Icma.az
close
up
RU
İki ildir ölü olduğu düşünülən Qaramyan sağ çıxdı

İki ildir ölü olduğu düşünülən Qaramyan sağ çıxdı

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birinci Qarabağ müharibəsi zamanı, Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Arşavir Qaramyanın sağ olduğu məlum olub. 

“Cebheinfo.az”-ın məlumatına görə, ləğv edilmiş qondarma rejimin “Milli təhlükəsizlik xidməti”nin keçmiş direktoru, “Təhlükəsizlik şurası”nın keçmiş katibi Arşavir Qaramyanın Ermənistan mediasında fotoşəkli və bəyanatı paylaşılıb. 

Qeyd edək ki, Qaramyan müharibə zamanı azərbaycanlı əsir və girovlara işgəncə verməsi, çoxsaylı qətllər törətməsi ilə tanınır. 

Onun bu cinayətlərini sübut edən məhşur bir videogörüntü də var. Birinci Qarabağ müharibəsində əsir düşmüş azərbaycanlı döyüşçüyə işgəncə verən Qaramyan onu hərbi buşlatının qolundakı Ermənistan bayrağını yalamağa məcbur edir. 

Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-20-də keçirdiyi antiterrror əməliyyatından sonra Ermənistan mediasında və sosial şəbəkələrdə Arşavir Qaramyanın öldürüldüyü barədə məlumat yayıldı. 

Sonra isə Qaramyanın Azərbaycan tərəfindən həbs edildiyi bildirildi. Lakin sonradan bu xəbərlərin heç biri təsdiqini tapmasa da, Qaramyanın sağ olduğunu sübut edən məlumatlar verilmədi.    

Nəhayət, Arşavir Qaramyanın öz fotoşəklini dərc edərək, Qarabağda xalqının döyüşdüyünü və həlak olduğunu yazması onun antiterror əməliyyatından sonra Ermənistan qaçmaq imkanı tapdığını göstərir.

“Əslində, 2020-ci il müharibəsindən və ondan sonra həm Ermənistanın, həm də “Artsax”ın bir çox uğursuz ictimai və siyasi xadimləri qarabağlılar (ermənilər-red.) haqqında oxşar sözləri səsləndiriblər. 

Bu yolla çalışıblar və indi çalışırlar ki, guya “artsaxlılar”ın döyüşmədiyi, mübarizə aparmamadığı, buna görə də ermənilərin “Artsax”ı itirdiyinə dair insanlar arasında yanlış təsəvvür yaratsınlar. Odur ki, mənim qınaq sözüm bu yalan tezisi yayanlaradır”, - deyə Qaramyan qeyd edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Fevral 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri