Icma.az
close
up
RU
İki lider iki fərqli siyasət

İki lider iki fərqli siyasət

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Trampın realizmi Makronun multilateralizminə qarşı qlobal mübarizəyə başlayır

Donald Trampın Ağ Evə qayıdışı ilə beynəlxalq siyasət səhnəsi diplomatik pıçıltıların və üstüörtülü mesajların yerini açıq, bəzən də sərt reallıqların aldığı yeni dövrə qədəm qoydu. Prezidentin yaxın zamanlarda verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər onun siyasətinin təsadüfi emosional partlayışlardan ibarət olmadığını, əksinə, Amerika Birləşmiş Ştatlarının milli maraqlarını hər şeydən üstün tutan dərin köklərə malik strateji realizmə söykəndiyini bir daha təsdiqlədi.

Aparıcının Çinin casusluq fəaliyyəti və intellektual mülkiyyət oğurluğuna istinad edərək “çinlilər fransızlar deyil” şəklindəki müqayisəsinə cavab olaraq Trampın “Sizcə fransızlar daha yaxşıdır? Doğrudanmı? Mən bu barədə o qədər də əmin olmazdım” deməsi və dərhal Fransanın Amerika texnoloji şirkətlərinə tətbiq etdiyi diskriminasiya xarakterli vergiləri gündəmə gətirməsi, əslində, İkinci Dünya müharibəsindən sonra formalaşmış, lakin zamanla ABŞ üçün əlverişsiz yükə çevrilmiş transatlantik münasibətlər sisteminin mühüm şəkildə yenidən qiymətləndirilməsi prosesinin başlanğıcıdır.

Trampın yanaşması köhnə vərdişlərdən və sentimental ittifaq anlayışından imtina edərək beynəlxalq münasibətləri qarşılıqlı hörmət və ədalətli mənfəət prinsipləri üzərində yenidən qurma cəhdidir. Qlobal güc balansının yenidən formalaşdığı tarixi məqamda öz suveren iradəsi ilə Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan üçün Trampın bu praqmatik və nəticəyönümlü siyasəti beynəlxalq münasibətlərin ikili standartlardan təmizlənməsi və milli maraqların aliliyi prinsipinə qayıdış kimi oxunur.

Donald Trampın xarici siyasət fəlsəfəsinin təməlində “Öncə Amerika” prinsipi dayanır. Lakin tənqidçilərin təqdim etməyə çalışdığı kimi, bu, təcridçilik və ya dünyadan geri çəkilmə siyasəti deyil. Əksinə, həmin prinsip ABŞ-nin qlobal öhdəliklərini və tərəfdaşlıqlarını milli maraqlar süzgəcindən keçirərək Amerika xalqının vergiləri hesabına başqalarının təhlükəsizliyini və rifahını təmin edən birtərəfli asılılıq münasibətlərinə son qoymağı hədəfləyir. Trampın arqumenti sadə və aydındır: ABŞ onilliklər boyunca NATO çərçivəsində Avropanın təhlükəsizliyinin əsas yükünü çiyinlərində daşıyıb. Həmin müddət ərzində Fransa kimi ölkələr müdafiəyə kifayət qədər vəsait ayırmaq əvəzinə, həmin resursları sosial proqramlara və ABŞ şirkətləri ilə rəqabət aparacaq iqtisadiyyatlarını gücləndirməyə yönəldiblər. İndi isə Avropa ABŞ-ın texnoloji liderliyini hədəfə alan rəqəmsal xidmətlər vergisi kimi proteksionist addımlar atır. Trampın Fransanı Çinlə müqayisə etməsi məhz bu reallığı ətraflı göstərir. Onun üçün bir ölkənin iqtisadi addımları ABŞ-nin maraqlarına zərər vurursa, həmin ölkənin coğrafi mövqeyi və ya tarixi müttəfiqlik statusu tənqiddən yayınmaq üçün əsas ola bilməz. Bu, beynəlxalq münasibətlərə sentimentalizmdən arınmış, sağlam düşüncə və işgüzar praqmatizm gətirən yanaşmadır.

Emmanuel Makronun təmsil etdiyi Avropa elitasının reaksiyası Trampın siyasətinin mahiyyətini daha aydın anlamağa kömək edir. Makronun “strateji müstəqillik” çağırışları Avropanın təhlükəsizliyi üçün məsuliyyəti üzərinə götürmək istəyindən daha çox, ABŞ-ın hərbi çətiri altında qalmağa davam edərkən, iqtisadi və siyasi müstəvidə Vaşinqtondan müstəqil, hətta bəzən ona zidd siyasət yürütmək arzusunu əks etdirir. Avropa ABŞ-nin qlobal liderliyindən faydalanmaq, lakin həmin liderliyin qaydalarına tabe olmaq istəmir. Tramp isə bu ikili oyuna son qoymağı təklif edir. O, deyir ki, əgər Avropa müstəqil qütb olmaq istəyirsə, o zaman müdafiəsinin xərcini tam ödəməli və ticarətdə ədalətli rəqabət prinsiplərinə əməl etməlidir. Fransanın tətbiq etdiyi rəqəmsal xidmətlər vergisi, mahiyyət etibarilə, qlobal rəqabətdə uduzan tərəfin süni maneələr yaratmaqla Amerikanın texnoloji innovasiyasını cəzalandırmaq cəhdidir. Trampın buna sərt reaksiyası azad və ədalətli ticarət prinsiplərinin müdafiəsi və Amerikanın iqtisadi suverenliyinə qarşı yönəlmiş hərəkətlərə qarşı qətiyyətli cavabdır.

Həmin qlobal proseslərə Azərbaycanın son illərdəki təcrübəsi və yaratdığı reallıqlar pəncərəsindən baxdıqda Trampın siyasətinin arxasındakı məntiq daha aydın başa düşülür. Azərbaycan təxminən 30 il boyunca beynəlxalq hüququn işləmədiyi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız parçasından ibarət qaldığı və Minsk qrupu kimi vasitəçilik formatlarının işğalın status-kvosunu möhkəmləndirməkdən başqa funksiya yerinə yetirmədiyi reallıqla üz-üzə qaldı. Həmin prosesdə həmsədr ölkələrdən biri olan Fransa neytral vasitəçi olmaq əvəzinə, açıq şəkildə işğalçı Ermənistanın yanında yer aldı, daxili siyasi gündəmi və erməni lobbisinin maraqlarını beynəlxalq hüquqdan və ədalətdən üstün tutdu. Bu, ölkəmiz üçün xoşagəlməz amil oldu. Müasir dünyada milli maraqların təminatı üçün beynəlxalq təsisatların və böyük güclərin “xoş məramına” ümid etmək əvəzinə, öz hərbi, iqtisadi və siyasi gücünü formalaşdırmaq yeganə doğru yoldur.

Məhz bu nöqteyi-nəzərdən Donald Trampın beynəlxalq münasibətlərə gətirdiyi praqmatizm və realizm Azərbaycanın xarici siyasət fəlsəfəsi ilə eynilik təşkil edir. Tramp beynəlxalq sistemi yalançı dəyərlər və ikili standartlar pərdəsindən təmizləyərək hər dövlətin ilk növbədə öz milli maraqları üçün çalışdığı reallığını açıq şəkildə bəyan edir. Azərbaycan bu reallığı öz təcrübəsindən artıq bilir. Vətən müharibəsindəki Zəfər Azərbaycan Ordusunun gücünə və Ali Baş Komandanın qətiyyətli iradəsinə söykənərək əldə edildi. Trampın “müttəfiqlər öz öhdəliklərini yerinə yetirməlidir” tələbi Azərbaycanın regional siyasətində tətbiq etdiyi “hər kəs öz gücünə və verdiyi sözə görə məsuliyyət daşıyır” prinsipi ilə üst-üstə düşür. Bu, daha ədalətli və proqnozlaşdırıla bilən dünya nizamının təməlini qoya biləcək yanaşmadır. Çünki əgər hər ölkə öz təhlükəsizliyi və iqtisadiyyatı üçün daha çox məsuliyyət daşıyarsa, o zaman “pulsuz təhlükəsizlik” hesabına aparılan avantürist və təcavüzkar siyasətlər üçün daha az yer qalar.

Trampın siyasəti Azərbaycan kimi suverenliyini və müstəqil siyasət yürütmək haqqını hər şeydən üstün tutan dövlətlər üçün yeni imkanlar açır. Dövlətmiz Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı strateji rol Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzi olması və regional sabitliyin qarantı kimi funksiyaları ilə ABŞ üçün məhz belə konkret və əvəzolunmaz tərəfdaşdır. Trampın sövdələşməyə əsaslanan diplomatiyası daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlığa fokuslanmaq deməkdir. Bu, Azərbaycanın xarici siyasət kursunun təməl prinsipləri ilə tam uyğunluq təşkil edir. Rəsmi Bakı heç kimdən dərs almaq niyyətində deyil və inkişaf modelini müstəqil şəkildə müəyyən edir.

Donald Trampın Fransa ilə bağlı səsləndirdiyi sərt fikirlər illərdir davam edən ədalətsiz sistemin artıq davam etdirilə bilməyəcəyini göstərən sağlamlaşdırıcı prosesin başlanğıcı kimi qiymətləndirilməlidir. ABŞ Prezidenti beynəlxalq münasibətlər sistemini daha ədalətli, daha məsuliyyətli və daha real prinsiplər üzərində qurmağa çalışır. Onun siyasəti suverenliyini, milli maraqlarını və ləyaqətini hər şeydən üstün tutan dövlətlər üçün ümiddir.

Yusif ŞƏRİFZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see212

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see211

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see205

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see155

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see141

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see140

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see140

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see136

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see134

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see129

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see129

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri