Icma.az
close
up
RU
Parisdə “Şərəfin əks sədaları” adlı musiqi gecəsi təşkil edilib VİDEO

Parisdə “Şərəfin əks sədaları” adlı musiqi gecəsi təşkil edilib VİDEO

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paris, 5 noyabr, AZƏRTAC

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi, Fransadakı səfirlik və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Parisdə “Şərəfin əks-sədaları” adlı möhtəşəm musiqi gecəsi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, gecənin açılışında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, diplomatik korpusun təmsilçilərinə, qonaqlara və digər iştirakçılara təşəkkürünü bildirib, onların iştirakının Azərbaycanın tarixinə, xalqına və mədəniyyətinə göstərilən marağın ifadəsi olduğunu vurğulayıb.

O, 8 Noyabr tarixinin Azərbaycanın müasir tarixində mühüm yer tutduğunu deyib, ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinə hər zaman ehtiram göstərildiyini bildirib.

“Xalqın şərəfi onun yaddaşında, eyni zamanda, öz mədəniyyətini qorumaq və irsini gələcək nəsillərə ötürmək bacarığında təcəssüm olunur”, – deyə səfir qədim ənənələrdən qaynaqlanan Azərbaycan musiqi irsinin zənginliyinə diqqət çəkib.

“Parisdə bu musiqi dialoqu xüsusi məna kəsb edir. O, mədəniyyətin xalqları bir-birinə yaxınlaşdırmaq, maneələri aradan qaldırmaq və millətlər arasında davamlı əlaqələr yaratmaq gücünü nümayiş etdirir. Qoy bu gecə yalnız yaddaş və qürur anı deyil, həm də gözəllik, paylaşma və Azərbaycan-Fransa dostluğunun təntənəsinə çevrilsin! “Şərəfin əks-sədaları” həm də sülhün, qarşılıqlı hörmətin və ümidin sədası olsun!”, - deyə Leyla Abdullayeva vurğulayıb.

Gecənin musiqi proqramı Azərbaycan və Avropa musiqi irsinin görkəmli nümunələrini əhatə edib. Azərbaycan klassik musiqisinin banilərindən Üzeyir Hacıbəylinin, eləcə də Qara Qarayevin, Niyazinin, Asəf Zeynallının, Arif Məlikovun və Fikrət Əmirovun əsərləri ölkənin musiqi yaradıcılığının zənginliyini və çoxşaxəliliyini nümayiş etdirib.

Azərbaycan bəstəkarlarının əsərləri Avropa klassik musiqi nümunələri ilə vəhdətdə təqdim olunub. Bu çərçivədə Jorj Bizenin və Fransua Bornun “Karmen”, həmçinin Kamil Sen-Sansın “Samson və Dalila” əsərlərindən parçalar səsləndirilib. Belə bir musiqi dialoqu mədəni sərhədləri aşmaq, xalqları bir-birinə yaxınlaşdırmaq və dövlətlər arasında davamlı əlaqələr yaratmaq baxımından musiqinin mühüm rolunu nümayiş etdirib.

Tədbirdə tanınmış ifaçılar və dirijorlar - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyev, “Zoastre” ansamblının dirijoru Savitri de Roşfor, Azərbaycanın Xalq artisti Fidan Hacıyeva, Əməkdar artist Ramil Qasımov, eləcə də Fransada yaşayan azərbaycanlı musiqiçi Ağarəhim Quliyev iştirak ediblər.

Zalın girişində azərbaycanlı rəssamlar Nərgiz Quliyeva və Əsmər Nərimanbəyovanın sənət əsərləri nümayiş olunub. Beləliklə, musiqi proqramı ilə yanaşı, təsviri sənət nümunələri də tədbirin mədəni məzmununu zənginləşdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2026 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri