Icma.az
close
up
RU
İki ölkə arasında münasibətlərin tarixi daha qədimdir ŞƏRH EDİLDİ

İki ölkə arasında münasibətlərin tarixi daha qədimdir ŞƏRH EDİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycanın Şərq və Qərbin qovşağında yerləşməsi həm Avropa, həm də Asiya ölkələrinin rəsmi Bakı ilə əməkdaşlığa can atmasını şərtləndirən əsas faktorlardan biridir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, Cənub-Şərqi Asiya ölkələrinin də Azərbaycanla əməkdaşlıq əlaqələrini dərinləşdirməsi bu baxımdan diqqət çəkir: "Konkret Vyetnama və Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi To Lamanın ölkəmizə baş tutmuş səfərinə gəldikdə isə şübhəsiz ki, bu səfər ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcək.

Məlum olduğu kimi Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmasına baxmayaraq iki ölkə arasında münasibətlərin tarixi daha qədimdir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının rəhbəri Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Heydər Əliyev isə 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib. Sonrakı dövrdə isə 2014-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açaraq, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan verib. 2015-ci ilin mayında isə Vietnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri baş tutub və bu səfər iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır. Belə ki, Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu da keçirilib.

Xüsusilə son illərdə iki ölkə arasında çoxşaxəli əməkdaşlığın qurulduğu müşahidə edilməkdədir. İki ölkə arasında ticarət dövriyəsinin həcmi artır, neft-qaz sahəsində əlaqələr inkişaf edir, kiçik və orta biznesin qarşılıqlı əlaqəsi üçün platformalar yaradılır. Paralel olaraq mədəni dialoq möhkəmlənir və nəqliyyat və logistika sferasında, ələlxüsus da, Azərbaycanın tranzit qovşaq olaraq artan əhəmiyyəti fonunda – yeni perspektivlər açılır. Bir sözlə coğrafi baxımdan uzaq olmasına baxmayaraq, Azərbaycan və Vyetnam praqmatik yanaşmaya və əsas sahələrdəki ümumi maraqlara söykənərək dayanıqlı və qarşılıqlı faydalı əlaqələr qurmaqdadır.

Azərbaycan və Vyetnam arasında iqtisadi əməkdaşlıq dinamikasına baxdıqda görürük ki, 2025-ci ilin ilk üç ayında ikitərəfli ticarət dövriyyəsinin həcmi 127,2 milyon dollar təşkil edib. Bunun 91,8 milyon dolları məhz Azərbaycandan Vyetnama ixrac olunan xam neftin payına düşür. Azərbaycana idxal isə 35,4 milyon dollar olub. Müqayisə üçün deyim ki, 2024-cü il ərzində iki ölkə arasında ticarət əməliyyatlarının ümumi həcmi cəmi 223,9 milyon dollar təşkil etmişdi və indi üç aylıq göstərici iqtisadi əlaqələrdəki davamlı artımı göstərir.

İşgüzar münasibətlərin inkişafında mühüm addımlardan biri də 2024-cü ildə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Vyetnamın Beynəlxalq Biznes Əlaqələri Klubu arasında sazişlərin bağlanması olub. Bu addım iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin möhkəmləndirilməsinə və birgə layihələr üçün platformaların yaradılmasına yönəlib".

Onun sözlərinə görə, ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Ölkə başçısı da müsahibəsində bu məqama toxunaraq neft sahəsində əməkdaşlığın möhkəm tarixi təmələ əsaslandığını bildirdi. Çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.

İki ölkə arasında münasibətlərin inkişafında mühüm amillərdən biri də Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı tələbənin təhsil alması ilə bağlıdır. Prezidentin də qeyd etdiyi kimi, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Onu da deyim ki, cənab Prezidentin 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş də keçirilmişdi və nəticədə 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi.

Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin baş katibi To Lamanın ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Vyetnam arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat, energetika sahəsində əməkdaşlıq haqqında, müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumları, Ədliyyə Nazirlikləri arasında 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramı, “SOCAR Trading Singapore PTE LTD” ilə “Binh Son Refining and PetrochemicaI JSC” arasında Anlaşma Memorandumu, elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf, mədəniyyət sahələrində əməkdaşlığa dair sənədlər imzalandı ki, bu da Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ olacağını deməyə əsas verir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 May 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri