İki ölkə arasında münasibətlər qarşılıqlı iradə sayəsində daha da reallaşacaq ŞƏRH EDİLDİ
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın çox mühüm tərəfdaşlarından biridir. Bəlkə də ərəb dünyasında BƏƏ qədər Azərbaycanla geniş əlaqələrə malik ikinci bir ölkə yoxdur. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq çoxşaxəli və dinamik xarakter daşıyır. Demək olar ki, bu əməkdaşlığın əhatə etmədiyi əsas sahə yoxdur". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.Onun sözlərinə görə, xüsusilə də Azərbaycanda alternativ enerji mənbələrinin yaradılması və yaşıl enerji sahəsinin inkişaf etdirilməsi sahəsində Birləşmiş Ərəb Əmirliklərinin investisiyaları xüsusi əhəmiyyətə malikdir:"Artıq işğaldan azad olunmuş bölgələrdə belə stansiyaların qurulması ilə bağlı da razılaşmalar əldə olunub. Bu sahədə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan iqtisadiyyatına böyük faydası dəyə bilər. Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın mühüm ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət əlaqələri sürətlə inkişaf edir. Xüsusilə də Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə bağlı əməkdaşlıq önəmli yer tutur. Bütün bunlarla yanaşı, iki ölkə rəhbərliyi arasında mövcud olan sıx və səmimi münasibətlər əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümid yaradır. Elə bir məsələ yoxdur ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri rəhbərləri onunla bağlı razılığa gələ bilməsinlər. Eyni zamanda, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətləri beynəlxalq platformalarda da özünü göstərir. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, BMT kimi qurumlarda Əmirliklər Azərbaycanın əhəmiyyətli müttəfiqlərindən biridir. Bütün bu amillər göstərir ki, iki ölkə arasında münasibətlərin böyük gələcəyi var və mövcud potensial qarşılıqlı iradə sayəsində daha da reallaşacaq".
Müəllif: Arzu Qurbanlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 19 Dekabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















