Icma.az
close
up
RU
İki ölkə İrəvan üçün qollarını çırmalayıb: Nəticə isə...

İki ölkə İrəvan üçün qollarını çırmalayıb: Nəticə isə...

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistan, Hindistan və İran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi mövzusunu müzakirə ediblər. 

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, dekabrın 12-də Nyu-Dehlidə Ermənistan-Hindistan-İran üçtərəfli formatında 2-ci məsləhətləşmələr keçirilib.

Hindistan tərəfdən məsləhətləşmələrə J. P. Sinq, Ermənistandan XİN-in Asiya və Sakit Okean ölkələri departamentinin rəhbəri Anahit Karapetyan və İran XİN-in Cənubi Asiya şöbəsinin rəhbəri Haşim Aşcazadə başçılıq ediblər.

"Məsləhətləşmələr zamanı nümayəndə heyətləri "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində sıx əməkdaşlığın təşviq edilməsinin zəruriliyini vurğulayaraq, bu kontekstdə "Çabahar" limanının rolunu qeyd ediblər. Ermənistan tərəfi öz təklifini təqdim edib".

2023-cü ilin aprelində İrəvanda keçirilmiş əvvəlki üçtərəfli məsləhətləşmələrin nəticələrinə əsasən, tərəflər kommunikasiya kanallarının təşəbbüsləri, çoxtərəfli platformalarda iştirak və regional hadisələrlə bağlı məsələləri müzakirə ediblər.

Ümumiyyətlə, İran və Hindistan Ermənistan üçün iqtisadi cəhətdən nə dərəcədə vacib ölkələr sayılır? İran və Hindistanla iqtisadi-ticari münasibətlərin dərinləşdrilməsi Ermənistanın Rusiyadan asılılığını azalda bilər?

Məsələ ilə bağlı politoloq Samir Hümbətov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Hindistan, İran və Ermənistan birgə addımlar atsa belə, müsbət nəticələr əldə edəcəkləri mümkün görünmür:

“Hindistan Çinə rəqib ola biləcək əsas potensial ölkələrdən biri sayılır. Düzdür, Hindistanın Çin qədər sərbəstliyi yoxdur, Böyük Britaniya və ABŞ-dən müəyyən mənada asılı dövlət kimi tanınır. Amma Hindistanın iqtisadi potensialı kifayət qədər böyükdür. Eyni zamanda, Hindistan iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatlarından biridir. 

İran Hindistanla sövdələşməyə getmək istəyir. Amma nəzərə almaq lazımdır ki, İranın Çinlə böyük miqyasda iqtisadi-ticari münasibətlərə malikdir və Çin İrana çox böyük sərmaye yatırıb. Belə bir halda İranın Hindistanla tam  yaxınlaşması o qədər də asan görünmür. 

Hindistan da İrana sərmaye yatırır. Bu gün Hindistan və İran yeni beynəlxalq iqtisadi marşrut üzərində çalışırlar. Amma bu marşrutun effektivliyi necə olacaq, hansı istiqamətdən keçəcək, bu, hələ sual altında qalır. İranın iqtisadi potensialı olduqca zəifdir. 

Ermənistanın isə hansı iqtisadı potensiala malik olduğu hamıya bəllidir. 

Hindistan, İran və Ermənistan – bu üç ölkə iqtisadi zona yaratmaq istəyirlər. Hətta Hindistan bununla bağlı "Bharat: layihəsi də irəli sürüb". 

Burada bir məsələni nəzərə almaq lazımdır ki, Gürcüstanın İran və Hindistan tərəfindən irəli sürülən iqtisadi marşruta razılıq verəcəyi, Qərbin buna müsbət yanaşacağı hələ müəmmalı qalır: 

"Şəxsən düşünürəm ki, bunun həyata keçməsi hələ mümkün görünmür”. 

S.Hübbətov, həmçinin vurğulayıb ki, Qərbə yaxınlaşma fonunda İran və Hindistanla əlaqələri möhkəmləndirmək Ermənistan üçün asan olmayacaq:

“İran və Hindistanla tam yaxınlaşmaq və bu iki ölkə ilə münasibətlərin gücləndirilmək Rusiyanın Ermənistandan sıxışdırılması cəhdləri kimi də başa başa düşülə bilər. Tarixə baxdığımızda İran və Rusiya arasında ədavət olub. İndiki halda Ermənistan, Hindistan və İran iqtisadi-ticari münasibətləri genişləndirə bilərlər, ancaq bunu. müsbət nəticələr doğurub-doğurmaycağını zaman göstərəcək”.  

Yunis Abdullayev 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri