Icma.az
close
up
RU
İki ölkənin partiya sədrləri görüşə bilər ŞƏRTLƏR

İki ölkənin partiya sədrləri görüşə bilər ŞƏRTLƏR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Ermənistan arasında sülh prosesində dövlət rəsmiləri səviyyəsində aparılan danışıqlarla yanaşı, siyasi partiyalar və təşkilatlar arasında mümkün təmaslar da diqqət mərkəzinə gəlir. İndiyədək iki ölkənin liderləri, xarici işlər nazirləri və digər rəsmi şəxsləri arasında müxtəlif formatlarda görüşlər keçirilsə də, siyasi təşkilatlar səviyyəsində dialoqun genişləndirilməsinin sülh prosesinə hansı töhfəni verə biləcəyi sual doğurur.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Modern.az-a açıqlama verib:

"Azərbaycan və Ermənistan arasında sülh prosesinin əsas gündəliyini dövlət rəhbərləri müəyyən edir və danışıqlar da məhz onların rəhbərliyi ilə aparılır. Bu baxımdan, siyasi partiyalar arasında mümkün dialoq məsələsinə də ilk növbədə dövlət rəhbərliyinin mövqeyi və qərarı əsasında yanaşılmalıdır.

Əgər rəhbərlik hesab etsə ki, sülhün möhkəmləndirilməsi, cəmiyyətlər arasında etimadın artırılması və qarşılıqlı anlaşmanın formalaşdırılması üçün siyasi partiyaların da bu prosesə töhfə verməsi məqsədəuyğundur, əlbəttə, biz belə bir təşəbbüsə qoşulmağı müzakirə edə bilərik. Çünki sülh yalnız dövlətlər arasında imzalanan sənəddən ibarət deyil. Onun davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir. Amma siyasi partiyaların bu prosesdə hansı formada və hansı çərçivədə iştirak edəcəyini müəyyən etmək bizim deyil, ilk növbədə sülh gündəliyini formalaşdıran dövlət rəhbərliyinin səlahiyyətindədir.

Bizim mövqeyimiz aydındır: əgər dövlət rəhbərliyi siyasi partiyaların da sülhün möhkəmləndirilməsinə töhfə verməsini məsləhət və məqsədəuyğun hesab edərsə, Azərbaycan siyasi partiyaları olaraq üzərimizə düşən məsuliyyəti yerinə yetirməyə və bu prosesə konstruktiv töhfə verməyi nəzərdən keçirə bilərik".

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa gələcəkdə qeyri-dövlət strukturlarının da bu prosesə cəlb olunmasının vacib olduğunu söyləyib:

"Təbii ki, dövlətlərarası münasibətlərin digər mühüm komponentlərindən biri də cəmiyyətlərarası münasibətlərdir. Ayrı-ayrı vətəndaş cəmiyyəti qurumları, qeyri-hökumət təşkilatları və siyasi partiyalar da bu prosesdə gələcəkdə mühüm rol oynaya bilərlər.

Hələlik bu məsələ ilə bağlı hər hansı konkret təşəbbüs yoxdur. Ona görə də bu barədə dəqiq fikir söyləmək çətindir. Amma bütövlükdə bu istiqamətdə müəyyən addımların atılması nəzərdə tutula bilər. Çünki gələcəkdə münasibətlərin və cəmiyyətlərarası dialoqun inkişafı baxımından qeyri-dövlət strukturlarının da bu prosesə cəlb olunması vacibdir".

REAL Partiyasının sədri Natiq Cəfərli isə saytımıza açıqlamasında Ermənistan parlamentində təmsil olunan üç partiyadan yalnız birinin sülh quruculuğundan danışdığını bildirib:

"Biz parlamentdə təmsil olunan partiyayıq. Mən öz partiyamız haqqında danışa bilərəm. Əgər parlamentin belə bir qərarı olarsa, parlamentlərarası və partiyalararası dialoqun, görüşlərin təşkili ilə bağlı qərar qəbul edilərsə, biz buna normal yanaşarıq və Azərbaycan Respublikası Parlamentinin qərarı çərçivəsində belə görüşlərdə iştirak edə bilərik. Amma hələlik belə bir görüşün nəzərdə tutulması ilə bağlı heç bir məlumatımız yoxdur.

Bizim parlamentin rəhbəri ilə Ermənistan parlamentinin rəhbəri arasında beynəlxalq platformalarda görüşlər keçirilir. Bu da sülhün, xüsusilə dayanıqlı sülhün möhkəmlənməsi baxımından vacib addımlardan biridir. Belə görüşlərin keçirilməsi, əlbəttə, müsbət haldır. Əgər parlamentlərarası görüşlərin, siyasi partiyalar arasında təmasların keçirilməsi ilə bağlı dövlət səviyyəsində belə bir qərar olarsa, təbii ki, bu da sülh quruculuğu istiqamətində müəyyən addımların atılmasına yardımçı ola bilər. Paşinyanın partiyası ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən və parlamentdə təmsil olunan siyasi partiyalar arasında hər hansı görüşlərin keçirilməsi sülh quruculuğunda müəyyən addımların atılmasına, daha irəli mərhələyə keçilməsinə, şübhəsiz ki, yardımçı ola bilər".

Nicat Rüstəm

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Sentyabr 2026 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri