Icma.az
close
up
RU
İki oyuna 6 xal fantastik nəticədir Vüqar Nadirov

İki oyuna 6 xal fantastik nəticədir Vüqar Nadirov

Icma.az, Fanat saytına istinadən bildirir.

"Qarabağ" çox əla futbol oynadı. Birinci hissədə rəqibə göz açmağa imkan vermədilər. Qaçırılan qol vəziyyətlərindən istifadə etsəydik, fasiləyə yəqin ki, 3 top fərqi ilə öndə yollanardıq".

Bunu Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin sabiq hücumçusu Vüqar Nadirov deyib.

Hazırda 2-ci Liqa təmsilçisi "Şəmkir"i çalışdıran Nadirov UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda Bakıda "Kopenhagen"i 2:0 hesabı ilə məğlub edən "köhlənlər"in çıxışını dəyərləndirib: "İki oyuna 6 xal fantastik nəticədir. "Benfika" üzərində parlaq geridönüşlə qazanılan qələbənin ardından evdə "Kopenhagen"in də məğlubiyyətə uğradılması tarixi uğurdur. "Qarabağ"ın ÇL-dəki ilk iki oyunda qələbə qazanacağına çox az adam inanardı.

Komandamızın dayaq yarımmüdafiəçisi mövqeyində qərarlaşan futbolçuların zədəli Marko Yankoviçin yoxluğunda gördüyü iş xüsusi şəkildə vurğulanmalıdır. Müasir futbolda "6" və "8" ampluasında yer alanlar oyunun tempini müəyyənləşdirirlər. "6 nömrə" kimi mübarizə aparan Pedro Bikalyonun irəli gedərək zərbə endirməyə də imkan tapması qeyd olunmalıdır. Bikalyo həqiqətən ağıllı, çox yüksək səviyyəli oyunçudur. Məhz onun zərbəsindən sonra dirəyə dəyən topu Zubir qapıdan keçirdi. 

Taktiki dərinliklərə getmək istəmirəm, yəqin ki, çoxları üçün yorucu olar. Amma onu deyim ki, birinci hissədə meydanda həqiqətən bir komanda var idi. İkinci yarıda "Qarabağ"ın feri çəkilməsini yorğunluqla əlaqələndirməzdim. Gördüyünüz kimi, bizimkilər rəqibi sürətli əks-hücumlarda cəzalandırmağa çalışırdı. Razıyam, 50-80-ci dəqiqələr arasında "Kopenhagen"in üstünlüyü var idi. Ancaq onların real qol vəziyyətləri çox deyildi. Səhv etmirəmsə, tirdən qayıdan zərbəni çıxsaq, ikinci hissədərəqibin bir real epizodu oldu. Təmsilçimiz 83-cü dəqiqədə ikinci qolu vurandan sonra onların ümidləri öldü. "Qarabağ" sübut etdi ki, "Benfika" üzərində qələbə təsadüfi deyil. Fakt budur ki, artıq elit Avropa klubları da komandamıza hörmət edir, çəkinirlər. Bu sabitlik, bu nəticələri bir sözlə ifadə etmək olar: super".

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://fanat.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri