Icma.az
close
up
RU
İKİ PARTİYA SƏDRİ ARASINDA ŞOK QARŞIDURMA “Mütəllim Rəhimli mənə 150 min dollar təklif etmişdi, elmi işi saxtadır...”

İKİ PARTİYA SƏDRİ ARASINDA ŞOK QARŞIDURMA “Mütəllim Rəhimli mənə 150 min dollar təklif etmişdi, elmi işi saxtadır...”

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Ədalət Partiyasının sədri Mütəllim Rəhimli arasında bir müddət əvvəl baş verən narazılıq hazırda bir-birinin ünvanına ağır ittihamlarla əvəzlənib.

“AzPolitika” xəbər verir ki, S.Cəlaloğlunun Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatından sonra keçirilən qurultay barədə səsləndirdiyi fikirlər M.Rəhimlinin narazılığına səbəb olub. O, “Qlobalinfo.az”a müsahibəsində bildirib ki, Ədalət Partiyası ölkənin siyasi həyatında fəaliyyət göstərən ilk qurumlardan biri kimi fəaliyyəti dövründə kifayət qədər yaxşı izlər qoyub. Partiyanın mərhum sədri İlyas İsmayılov isə siyasi müstəviyə əxlaqi dəyərləri gətirməyi bacarıb. “O qeyd edirdi ki, siyasətlə əxlaqlı adamlar məşğul olmalıdır. Çünki siyasət xalqın taleyidir. ADP sədri olduğu dövrdə bu partiya ilə Müsavat arasında olan düşmənçilik münasibətlərinə son qoyub. Rəqiblərinin tənqid və yalanlarına dözümlü yanaşmağı bir nümunə kimi göstərib. Hazırda Ədalət Partiyası İlyas müəllimin qoyduğu bu mirası öz fəaliyyətində yaşatmaqdadır” – M.Rəhimli bildirib.

Sədr deyib ki, İlyas İsmayılovun vəfatından sonra partiya ciddi sınaqla üzləşib, lakin bu mərhələdən uğurla çıxdı: “Vaxtilə İlyas İsmayılovun yanında olan bütün şəxslər hazırda Ədalət Partiyasında qalır. 5 nəfər istefa verdi və onlar da Ədalət Partiyasına sonradan gələn şəxslərdir. Onların içərisində ən stajlı partiya üzvü 2014-cü ildə Ədalət Partiyasına üzv olub. O da indiyədək 3 partiya dəyişib, 4-cü partiya isə Ədalət oldu. Bütün rayon təşkilatları, funksionerlər və strukturlar yerindədir, fəaliyyətlərini davam etdirirlər”.

M.Rəhimli ADP sədri Sərdar Cəlaloğlunun bugünlərdə ona və rəhbərlik etdiyi partiyaya yönəlik ittihamlara da cavab verib. Deyib ki, 2000-ci ildə Sərdar Cəlaloğlunun Ədalətə qarşı oyunlarının baş tutmasına İlyas İsmayılov imkan vermədi və Ədalət Partiyası o zaman öz müstəqil fəaliyyətini bərpa etdi: “2025-ci ildə isə Ədalət Partiyasının üzvləri S.Cəlaloğlunun çirkin oyunlarının qarşısını aldı. Sərdar Cəlaloğlu İlyas müəllimin vəfatını fürsətə çevirib Ədalət Partiyasından qisas almaq istəyirdi, bu isə baş tutmadı. Partiyadaxili separatçıların başçısı Meydan Babayev ADP-nin təsisçilərindən biri olub. Sərdar Cəlaloğlu onun vasitəsilə Ədalət Partiyasının daxilində qarşıdurma yaratmaq istəyirdi”.

Sərdar Cəlaloğlu isə “Hürriyyət TV”-yə müsahibəsində bildirib ki, Azərbaycanda baş verən son hadisələrə Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik kontekstindən baxmaq lazımdır. O, xatırladır ki, Rusiya rəsmiləri Azərbaycanı daxili qarşıdurmaya məcbur etməyin zəruri olduğunu deyirlər. “Hətta Zatulin bildirib ki, biz Azərbaycandakı hücrələrimizi aktivləşdirməliyik” – partiya sədri vurğulayıb.

S.Cəlaloğlu qeyd edir ki, Rusiya Azərbaycandakı vəziyyəti gərginləşdirmək üçün bir neçə alətdən istifadə edə bilər, onlardan biri də Azərbaycanda fəaliyyət göstərən “beşinci kolon”un nümayəndələridir: “Rusiyanın maraqlarını müdafiə edən, göstərişi ilə vəzifələrə qoyulan adamlardır, onlar da öz oyunlarını oynaya bilərlər. Hakimiyyətdə bu istiqamətdə müəyyən aktivləşmələr var”.

ADP sədri yada salır ki, “Siyasi partiyalar haqqında” Qanuna görə partiyaların nizamnaməsinin forması müəyyən edilib, daha hərə bir nizamnamə yaza bilməz: “Orada partiyanın təsis olunması, buraxılması, qurultaya getməsinin qaydaları əksini tapıb. Amma Ədalət Partiyasının sədri İlyas müəllim rəhmətə gedəndən sonra bu Mütəllim Rəhimov bir qrup adamla qurultay keçirdi, partiyanın Məclisinin sədri, sədr əvəzi, MNTK-nın sədri orada iştirak eləmədi. Mən Ədliyyə Nazirliyinə müraciət edirəm: Ədalət Partiyasında qurultayın keçirilməsi, rəhbər orqanların seçilməsi araşdırılsın. Bu partiyanın rəhbərliyində baş verənlərə hüquqi qiymət verilsin. Bu nə deməkdir? Bizim bir hərf səhvimiz olanda nazirlik 50 dənə irad tutur, amma qanun açıq-aşkar pozulur, partiyanın Məclisinin, MNTK-nın sədri, rəhbər orqanları qurultayda iştirak eləmir. Daha sonra əsas rəhbərlər müəmmalı şəkildə istefa verib partiyadan gedirlər”.

S.Cəlaloğlu daha sonra Mütəllim Rəhimlinin konkret ittihamları üzrə danışıb: “Əvvəla, o iddia edir ki, partiyanın sədr əvəzi olmuş Meydan Babayev ADP-də olub, bəli olub, fəaliyyət göstərib. Bəs Mütəllim kim olub? O, 1992-1993-cü ildən Ədalət Partiyası bizdən ayrılana qədər ADP-də mətbuat katibi olub, mənim əmrimlə təyin edilib. O, partiyanın daxilində yerliçilik prinsipi ilə pozuculuq işləri aparıb, ona-buna pul təklif edib, Ədalət Partiyasına aparmağa çalışıb. Mən ADP rəhbərliyinə tapşırmışam ki, bir nəfər də reaksiya verməsin, özünüzü elə aparın ki, guya xəbəriniz yoxdur. Mütəllim məni əxlaqsızlıqda, merkantil maraqlar güdməkdə ittiham edir. Deməli, Ədalət Partiyası bizdən aralanandan sonra mən baş katib idim, mövqeyim vardı. Bu Mütəllim Zorge parkında bir çayxanada bizimlə danışıq aparmağa gəldi. Orada mənə 150 min dollar təklif edib ki, Ədalət Partiyasına keçim. Pulu gətirmişik, təqdim edə bilərik. İndi bu adam məni tamahkarlıqda, maraq güdməkdə ittiham edir. Şahidlər də sağdır, heç biri ölməyib. Onda mən Mütəllimə dedim ki, sənə ayıb olsun, yaşına-başına baxmırsan, mən sənə atalıq eləmişəm, 1-ci kursdan götürüb gətirmişəm, cibinə pul qoymuşam, Azərbaycanın siyasi mühitinə gətirmişəm. İlyas müəllimlə gedibsən, lap yaxşı, indi gəlib mənə pul təklif edirsən ki, Ədalət Partiyasına keç. Bu, Mütəllimin nə qədər “təmiz adam” olmasının sübutudur”.

ADP sədri daha sonra xatırladıb ki, M.Rəhimli universitetlərdən birində prorektordur, elmlər namizədidir: “Mən buradan rəsmi şəkildə deyirəm, onun öz elmi işindən xəbəri yoxdur. O, elmi işini özü yazıb? Gəlsin bura, ona elmi işindəki iki termindən sual verəcəm, görək bilir? O, elmi işi kim yazıb, yaxın ətrafımız bilir, ona da hörmətimiz var. Əxlaqsızlıq budur: başqasının ağlı ilə olmusan elmlər namizədi, prorektor, işlədiyin universitetdə də səni necə tanıyırlar, gedək rəy sorğusu keçirək. Ən mənfur fəaliyyət göstərən adamsan. Mütəllim orada nə oyunlardan çıxır, bunu tələbələr əzbər bilir. Mən buradan onun rektoruna müraciət edirəm ki, adamın zəncirini bağla...”

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Sentyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see171

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see146

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see138

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri