Icma.az
close
up
RU
İki qardaş dövlət bir ərəb ölkəsinə “əl gəzdirir”

İki qardaş dövlət bir ərəb ölkəsinə “əl gəzdirir”

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Suriyada 27 noyabrda müxalifət qüvvələri tərəfindən başlanan əməliyyat Bəşər Əsədin hakimiyyətinə 12 gün ərzində son qoydu. Hələb və İdlib əyalətlərində hökumət mövqelərinə qarşı başlanan genişmiqyaslı hücum Dəməşqin ələ keçirilməsi ilə sonlandı.
Nəticədə 61 illik Baas rejimi devrildi və ölkənin keçmiş prezidenti Bəşər Əsəd ailəsi ilə birlikdə Suriyaya qaçdı. Suriyada Əsəd rejiminin süqutunda Heyət Təhrir əş-Şamın (HTŞ) lideri Məhəmməd Colaninin rolu böyükdür. O, ölkədəki üsyana müxalifətin lideri kimi başçılıq edirdi.   

Hazırda Suriyanın müvəqqəti hökumətinin tərkibi formalaşıb və baş nazir vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir tərəfindən elan olunub.

Səkkiz nazirdən ibarət yeni hökumət, bazar ertəsi İstanbulda başlayan Baş Assambleyanın iclasında iştirak edən 98 üzvdən 68-nin etimadını qazanıb.

Yeni müvəqqəti hökumət səkkiz nazirlik, bir baş nazirin müavini və iqtisadi məsələlər üzrə nazir müavinindən ibarətdir.

Suriyada baş verənlər prezident Rəcəb Tayyib Ərdoğanın qələbəsidir. Rəsmi Ankara Suriyanın parçalanaraq, bölüşdürülməsi cəhdlərinin qarşısını aldı.

Türkiyə hazırda Suriyanın gələcək taleyinin həll olunması istiqamətdə qətiyyətli və prinsipial addımların atılmasına hazırlaşır. Bu ölkə 2014-cü ildən üzü bəri ilk dəfə olaraq, ölkənin milli təhlükəsizlik maraqlarını təmin etmək şansını qazanıb. Digər tərəfdən, Türkiyə Suriyaya qaçqınların geri dönüşünü həyata keçirməklə ağır yükdən xilas olacaq. Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geri qayıda bilərlər. Və Türkiyə Suriyanın yenidən inşası üçün çalışacaq.

Prezident Rəcəb Tayyib Ərdoğan isə Suriyanın bir daha bölünməsinə izn verməyəcəklərini deyib: “Biz Suriya xalqını illərdir qorumuşuq. Suriya ilə qardaşlıq sınağından uğurla çıxmışıq. Ölkə ərazisinin bir daha atəş bölgəsinə çevrilməsinə heç vaxt razı ola bilmərik.

Zalım Əsədin illərdir zülm və qırğınlarla yaşatmağa çalışdığı rejim 8 dekabr bazar günü Dəməşqin azad edilməsi ilə süqut etdi. Suriya və onun xalqı üçün firavan və xoşbəxt gələcəyin qapısı açılıb. İnşallah ölkənin digər bölgələrində də DAİŞ, PKK/PYD kimi terror təşkilatları ən qısa zamanda darmadağın ediləcək. Beləliklə, Suriyanın ərazi bütövlüyü və suverenliyi bütün ölkə ərazisində tam möhkəmlənəcək".

Ərdoğan deyir ki, Türkiyə bütün siyasi, diplomatik, iqtisadi və hərbi imkanları ilə bu tarixi mübarizədə daim Suriya xalqının yanında olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 10-da türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğanla telefon danışığında da  Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Qeyd edilib ki, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyə birgə fəaliyyət göstərəcək. 

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda da bildirilib ki, qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır.

Politoloq Tofiq Abbasov deyir ki, Azərbaycan və Türkiyə liderlərinin bir-irinə dəstəyi Suriyanın yenidən qurulmasında da özünü göstərəcək. 

“Onlar bütün məsələlərdə sağlam yanaşma sərgiləyirlər. Bu da ondan irəli gəlir ki, hər iki liderin baza prinsipləri var, dünyada inteqrasiyanı gücləndirmək və gərginliyin qarşısını sağlam yolla almaq taktikasından istifadə edirlər. Suriya məsələsində Türkiyə böyük risklərə gedib. Belə risklər Azərbaycan üçün də real idi. Çünki biz Bəşər Əsəd rejiminin erməni vandalizminə dəstək verdiyini bilirdik. Birinci Qarabağ müharibəsində məhz Suriyadan gələn ermənilər nə dərəcədə mənfur, idbar rol oynayırdılar. Azərbaycan xalqına divan tuturdular. Bu işlərdən əlbəttə ki, rəsmi Dəməşqin xəbəri var idi.  Suriyanın şimalında, xüsusi ilə Hələb şəhərinin müxtəlif məhəllələrində ermənilər at oynadır. Mövqeləri güclüdür, böyük kapital sahibidirlər. Həmişə müharibələri, terroru dəstəkləyiblər. Bəşər Əsəd isə bütün bu xoşagəlməz hadisələrin qarşısını almaqda maraqlı deyildi.

Son dövrlərdə rəsmi Dəməşq vəziyyətə ümumiyyətlə hakim kəsilə bilmirdi və idarəetmə rıçaqlarını itirmişdi. Türkiyə yaxın qonşu olaraq Bəşər Əsədə barışıq əlini uzatdı. O isə buna cavab vermədi və öz faciəvi sonunu gətirdi. 

İlham Əliyevin belə bir məqamda türkiyəli həmkarına zəngi göstərir ki, Rəsmi Bakının rəsmi Ankara ilə baxışları ən mürəkkəb məsələlərdə üst-üstə düşür. Çünki biz bütün prosesləri özümüzdən keçirərək onlara münasibət bildiririk. Bu siyasi və mənəvi dəstəkdir. Bu iki qardaş həmişə bir-birinin yanındadır”. /musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Dekabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri