İki şəhərdə həyəcan siqnalı! Evlər boşaldıldı, elektrik kəsildi
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin Antalya və Adana vilayətlərində meşə yanğınları ilə mübarizə davam edir.
Turkustan.az xəbər verir ki, Antalyanın Aksu və Adananın Kozan rayonlarında baş verən yanğınların nəzarət altına alınması üçün ərazilərə havadan və qurudan müdaxilə edilir.
Antalyanın Aksu rayonunda dünən saat 16:30 radələrində başlayan meşə yanğını güclü külək səbəbindən sürətlə yayılıb. Alovların yaşayış məntəqələrinə yaxınlaşması ilə əlaqədar 254 evdən 720 nəfər təxliyə edilib.
Yanğın elektrik infrastrukturuna da zərər vurub və 2 097 abonent elektriksiz qalıb. Güclü külək səbəbindən yanğından qalxan sıx tüstü Antalya şəhərini bürüyüb. Yerli sakinlər traktor və su çənləri ilə yanğınsöndürmə işlərinə dəstək verirlər.
Antalya valisi Hulusi Şahin yanğının intensivliyinin azaldığını və onu tam nəzarət altına almaq üçün səylərin davam etdiyini bildirib.
Adananın Kozan rayonunda baş verən meşə yanğını ilə əlaqədar isə ehtiyat tədbiri olaraq 40 ev təxliyə edilib.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:174
Bu xəbər 08 Sentyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















