İki şəhid atası vəfat etdi FOTO
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Xocavənd rayon Qaradağlı kənd sakini, 2 oğlunu şəhid verən İslam Dadaşov vəfat edib.
Modern.az xəbər verir ki, 1-ci Qarabağ müharibəsi veteranı olan İslam Dadaşov yaşadığı Xocavənd rayon Qırmızı bazar qəsəbəsində dünyasını dəyişib.
Mərhum doğulduğu rayonda dəfn edilib.
Qeyd edək ki, 1992-ci ildə məcburi köçkün kimi Mingəçevirdə məskunlaşmış İ.Dadaşov və ailə üzvləri bir müddət əvvəl Xocavəndə köçmüşdü. Ötən ilin sentyabrında Prezident İlham Əliyev Qırmızı bazarda olarkən İslam Dadaşovun evində olmuş, onunla söhbət etmişdi.
Onun iki oğlu - 1970-ci il təvəllüdlü Mikayıl və 1973-cü il təvəllüdlü Manaf 1992-ci ilin fevralında doğma Qaradağlı kəndinin müdafiəsi zamanı qəhrəmanlıq göstərib. Həmin döyüşdə Manaf həlak olub, Mikayıl isə əsir götürülüb, lakin taleyindən heç bir məlumat alınmayıb.
(Qafqazinfo)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 25 Mart 2026 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















