Icma.az
close
up
RU
İki supergüc toqquşur, yeni lider doğulur? İrəvanın dostu əsas rolda

İki supergüc toqquşur, yeni lider doğulur? İrəvanın dostu əsas rolda

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Trampın Çinlə apardığı iqtisadi müharibənin Hindistanın “əlinə oynadığı”, böyüməsinə zəmin yaratdığı bildirilir. İddia edilir ki, Hindistan ABŞ-Çin qarşıdurmasından böyük üstünlük əldə edib. Məlmata görə, Hindistan nəhəng işçi gücü ilə uzun müddətdir Çinin istehsal sahəsinə girməyə çalışır. ABŞ və Britaniya da bu məsələdə Dehliyə ciddi dəstək verir.

Qərbin Hindistanın baş naziri Narenda Modiyə isti münasibətində də bunu görmək mümkündür. Hətta bu siyasət Cənubi Qafqaza belə sirayət edib. Ermənistan müharibədən sonra Hindistan vasitəsilə silahlandırılır.

Proses nələr vəd edir?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Trampın Çinə qarşı tarifləri artırmaq siyasətinin arxasında bu ölkə ilə ixrac əməliyyatının balanslaşdırılması dayanır:

“Çünki Çin ABŞ-dan aldığından çox məhsulu bu ölkəyə satır. Ortada 200-300 milyard dollarlıq bir ticarət fərqi var. Tramp məhz bunu dəyişməyə çalışır, lakin o qədər asan deyil.

Tramp faktiki olaraq problemlərlə üzləşir, çünki Çinlə ticarət müharibəsi davam etdikcə Vaşinqton üçün fəsadları üzə çıxır. Məsələ ondadır ki, bir çox zavod, fabrik Çindən və digər ölkələrdən detallar, parçalar alır. Bunların ölkəyə girişi baha olduğundan onların da xərcləri artır və daxildə bahalaşma qaçılmaz olur.

Tramp düşünür ki, bu, müvəqqəti çətinlikdir. O, Çindən fərqli olaraq müxtəlif ölkələrlə ikitərəfli sazişlər imzalayıb, balans yarada bilər. Yəni bu tariflər sadəcə Çinə qarşı tətbiq oluna bilər. Məqsəd Çinlə rəqabət və onu zəiflətməkdir”.

Elxan Şahinoğlu

Ekspert deyib ki, Çin ABŞ-ın bu siyasətinə qarşı yaxşı tab gətirir:

“Hətta ABŞ-ın bu siyasətindən narazı olan ölkələri öz tərəfinə çəkə bilir. Çin liderinin qonşu ölkələrə səfəri məhz bu məqsədə hesablanıb. O bu yolla anti-Amerikan blok yaratmağı hədəfləyir.

Çinlə iqtisadi sahədə əməkdaşlıq edən ölkələr ABŞ-la siyasi gərginlik içərisində olmaq istəmir. Yəni Çinin blok səyləri də əslində çox effektiv görünmür. Hindistan isə ABŞ-la ticarət müharibəsi aparmır, əksinə əməkdaşlıq edir. Burada Çin-Hindistan gərginliyi də böyük rol oynayır”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Aprel 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri