Icma.az
close
up
RU
İki türk dövlətinin lideri görüşdü Bu sahələrdə əlaqələr gücləndirilir (Yenilənib)

İki türk dövlətinin lideri görüşdü Bu sahələrdə əlaqələr gücləndirilir (Yenilənib)

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Özbəkistan və Türkiyə prezidentləri Şavkat Mirziyoyevlə Rəcəb Tayyib Ərdoğan ali səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasını keçiriblər.

"Report" Özbəkistan liderinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər müqəddəs Ramazan ayı və iki ölkə arasında əbədi dostluq və əməkdaşlıq müqaviləsinin 30 illiyi ərəfəsində keçirilən görüşün rəmzi əhəmiyyətini vurğulayıblar.

İclas zamanı siyasi dialoqun dinamik inkişafı və əsas beynəlxalq məsələlərdə mövqelərin yaxın olduğu qeyd edilib.

BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı dəstəyi davam etdirmək barədə razılıq əldə olunub.

Tərəflər parlamentlərarası əlaqələrin, o cümlədən dostluq qrupları xətti üzrə təmasların fəallaşdığını, həmçinin aparıcı Türkiyə şirkətlərinin iştirakı ilə qarşılıqlı ticarətin, birgə müəssisələrin sayının və həyata keçirilən layihələrin davamlı artımını qeyd ediblər. Yaxın illərdə Preferensial Ticarət Sazişi çərçivəsində malların çeşidinin genişləndirilməsi hesabına ticarət dövriyyəsinin həcmini 5 milyard ABŞ dollarına çatdırmaq vəzifəsi qoyulub.

Regionlararası əməkdaşlığın yüksək potensialı qeyd edilib. Bildirilib ki, ilin sonunadək Özbəkistanın bütün vilayətlərinin nümayəndə heyətləri tərəfdaş regionlarla birgə layihələr portfelini formalaşdırmaq üçün Türkiyəyə səfər edəcəklər.

İclasın yekunlarına əsasən, iki ölkənin hökumətlərinə əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə "yol xəritəsi"ni təsdiqləmək tapşırılıb.

Görüşün sonunda Mirziyoyev Ərdoğanı Özbəkistana səfərə dəvət edib.

19:36

Özbəkistan və Türkiyə prezidentləri Şavkat Mirziyoyev ilə Rəcəb Tayyib Ərdoğan arasında Ankaradakı prezident sarayında məhdud tərkibdə görüş keçirilib.

"Report" Özbəkistan liderinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Türkiyə–Özbəkistan münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində, ilk növbədə siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə daha da genişləndirilməsi ətraflı müzakirə olunub.

Bütün səviyyələrdə mövcud olan yüksək dinamika və aktiv dialoq qeyd edilib. Tərəflər bu yaxınlarda "4+4" formatında keçirilmiş strateji planlaşdırma qrupunun iclasının səmərəli nəticələrini məmnunluqla qarşılayıblar.

"Qarşılıqlı ticarət dövriyyəsinin həcmi, birgə müəssisələrin sayı, ölkələr arasında aviareyslərin uçuş tezliyi ardıcıl şəkildə artır. Müntəzəm olaraq birgə mədəni tədbirlər keçirilir. Sənaye, kənd təsərrüfatı, sosial müdafiə və digər prioritet istiqamətlərdə layihə və proqramların irəliləməsinin zəruriliyi vurğulanıb", - məlumatda bildirilib.

Müdafiə və təhlükəsizlik, kibercinayətlərlə mübarizə sahəsində qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsinə xüsusi diqqət yetirilib.

Liderlər, həmçinin beynəlxalq və regional gündəmin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Yanvar 2026 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see457

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see196

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see191

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see183

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see153

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see153

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see143

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see141

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see141

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri