İki zolağın ortasından keçmək istəyən sürücü təhlükə yaratdı Sonra görün nə oldu VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında Heydər Eyvazov küçəsində qeydə alınıb. Kadrlardan görünür ki, 99-ZY-056 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq sağ zolaqdakı motosikletə məhəl qoymadan onun xəttinə daxil olub və qəza şəraiti yaradıb. Bu zaman iki nəqliyyat vasitəsinin arasından keçmək istəyən sürücüyə motosikletçi siqnal verərək iradını bildirib.
Ardınca tərəflər avtomobillərini yol kənarında saxlayıb və səmimi şəkildə söhbət ediblər. Motosikletçi gülümsəyərək onun qayda pozduğunu deyib. Sürücü isə “Düşündüm ki, sağa manevr edərsən, mən də aradan keçərəm” sözləri ilə cavab verib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 19 Noyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















