Icma.az
close
up
RU
İkibaşlı qartala Damokl qılıncı ilə cavab

İkibaşlı qartala Damokl qılıncı ilə cavab

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Kubra Məhərrəmova yazır...

Övladlarımıza öz uşaqlığımızdan danışanda onlara qəribə gəlir, elə bilirlər, qorxutmaq üçün nağıl uydururuq, dəhşətli hadisələr isə təxəyyülümüzün məhsuludur.

Amma çox yox, cəmi 30-35 il əvvələ qayıdanda, halbuki bu müddət tarix üçün nanosaniyələrdir, görürsən ki, "sındırılmış" ölkənin vətəndaşı idik. Ermənilər rus hərbi birləşmələri ilə birgə Qarabağda at oynadır, yallı gedir, hər gün şəhid xəbəri gəlirdi. Əl boyda ölkə idik, amma hər qarışı üçün müharibə gedirdi. Hələ özünə dost deyən İranın qırıcıları da Azərbaycanın hava sərhədini həyasızcasına pozur, əzələ nümayiş etdirirdi.

Bu yazdıqlarım hələ həmin illərin çox qısa xülasəsidir.

Aydındır ki, o zaman Bakı yağlı tikə kimi çoxlarının arzusu idi. Əslində isə Bakıda neft tapılandan.

Adolf Hitlerin məşhur tort səhnəsi, yəqin, yadınızda olar. İkinci Dünya müharibəsi ilə bağlı xronikada yer alır: Hitler üçün tort hazırlayıblar, "Bakı" hissəsini kəsib ona təqdim edirlər, üstünə də neftimizin rəmzi olan şokolad siropunu tökürlər, alqışlayır, dişlərini ağardıb hırıldayırlar...

Tarix təkrarlanır. Bir Hitlerin yerini başqa Hitlerlər tuturlar.

Rusiyada azərbaycanlılara qarşı törədilən cinayətlər artıq terror səviyyəsinə qalxıb desək, yanılmarıq. Adamların evlərinə basqınlar olunur, döyülür, qətlə yetirilirlər. Sonra da adını qoyurlar ki, bəs OMON (Xüsusi Təyinatlı Milis Dəstəsi) cinayətkarları həbs edəndə həmin o iki azərbaycanlı müqavimət göstərdiyi üçün müvafiq addımlar atılıb. İndi ölüb də, nə edək?

Və hər kəs də başa düşür ki, bu OMON-un maskalı şousunun sifarişçisi Rusiyanın rəhbərliyidir. Hər vəchlə Azərbaycanı, onun siyasətini özünə tabe etmək, susdurmaq, əzmini əlindən almaq niyyətində olan Kremldir.

Bəs Bakı nə edir?

Bakı tələsmədən, səbirlə, qəti addımlarla Moskvanın bütün addımlarını güzgü effekti ilə təkrarlayır. İkibaşlı qartala Bakı öz qartalının dimdiyini göstərir. Və bu, ilk belə prinsipial mövqe deyil.

Dəfələrlə Bakı sözünü deyib və arxasında da dayanıb.

Cənab Prezident demişdi ki, Rusiyanın sülhməramlıları Azərbaycan torpağında olmayacaqlar! Demişdi ki, Azərbaycanın üçrəngli bayrağı bütün suveren ərazimizdə dalğalanacaq. Demişdi ki, Azərbaycan xalqının qanında əli olanların hamısı cəzasını çəkəcək.

Fakt budur ki, həmin o cinayətkarlar indi oturublar Bakıda, müttəhim kürsüsündə, Azərbaycan bayrağının altında, Azərbaycanın qanunları əsasında məhkəmələri gedir. Bütün əməlləri də bir-bir faş olur: kim kim idi, kimə işləyirdi, niyə işləyirdi. Məsələn, Ruben Vardanyan Kremlin çirkli pullarını yuyan əsas adam idi. Görəsən, kimin tapşırığı ilə Rusiya pasportunu cırıb Xankəndiyə getmiş, özünü qondarma qurumun "baş-ayaq, kəllə-paça naziri" təyin etmişdi?

Rəsmi Bakı qətiyyətli danışa bildiyi qədər də, əsl Şərq mədəniyyəti və fəlsəfəsinə uyğun susmağı da bacarır. Zamanı çatanda isə çayı dəmləyir, bütün gizliləri açıb qoyur ortaya.

Bir deyin görüm, nə vaxt Azərbaycanın tarixində belə şey yaşanmışdı? Bakıda polislər rus agentlərini, el dilində desək, "paketləyib" basırlar maşına. Olubsa belə bir şey, deyin. Olmayıb, qardaşlar! Rusun, Moskvanın adı gələndə tir-tir əsənlərə deyirəm, olmayıb!

Amma mən bir zamanlar "sındırılmış" ölkənin balaca vətəndaşı kimi yenə qorxulu röyalarıma qayıdıram. Əslində, bu günün möhtəşəmliyini yaşaya bilmirəm. Hər baş verən hadisə məni keçmişə qaytarır. İndi buna dəbli ad qoyublar "flashback".

35 il əvvəl o qədər sındırılmış idik ki, nəinki belə hadisələri təsəvvür edə bilmir, "Bakılı oğlanlar"ın Moskvada çempion olması bizim üçün eyforiyaya çevrilirdi. A kişi, torpaqların iyirmi faizi işğal altında, milyondan çox qaçqın-köçkün, aclıq, səfalət, biz gör nəyə sevinirdik...

Bu gün isə rəsmi Bakı Yekaterinburqda azərbaycanlıların vəhşicəsinə öldürülməsinə görə Moskvadan haqlı olaraq cavab tələb edir. Bu, ilk hal deyil. Bundan əvvəl Rusiyada vurulan AZAL təyyarəsinə görə də Bakı tələblərini səngitmir. Bu tələb artıq Kremlin üzərində Damokl qılıncına çevrilib.

Dünən gecə saatlarında isə Yekaterinburqda Kremlin sifarişi ilə öldürülən iki azərbaycanlının cənazəsi Bakıya gətirildi. Bununla dövlət baba deyir ki, mənim üçün fərqi yoxdur - sən kimsən, günahkarsan, günahkar deyilsən, - mən hər kəsdən, hər bir dövlətdən tələb edirəm ki, mənim insanıma hörmət etsin. Günahı varsa, məhkəmə ilə, qanunla cəzalandırılsın.

Bu isə o deməkdir ki, bir zamanlar heç kimin hesablaşmadığı, ölkə yerinə qoymadığı, hava məkanının sağdan-soldan pozulduğu o "sındırılmış" Azərbaycan indi yoxdur. Azərbaycan küllərindən doğuldu, gücləndi, böyüdü, Qafqazın ulduzuna çevrildi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyul 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri