Icma.az
close
up
RU
İkili pensiya sistemi qurulur: Yaş həddi belə müəyyənləşəcək Komitə sədri detallı danışdı

İkili pensiya sistemi qurulur: Yaş həddi belə müəyyənləşəcək Komitə sədri detallı danışdı

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Özəl pensiya fondlarının yaradılmasının əlavə hansı üstünlükləri olacaq? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunun üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırladığını açıqlayıb. Gözləntilər nədən ibarətdir?

- Hazırda özəl pensiya fondlarının formalaşması istiqamətində işlər davam edir. Bununla bağlı qanun layihəsi Milli Məclisə daxil olduqdan sonra burada incəlikləri araşdırıb detalları haqqında ətraflı danışmaq olar. Ümumilikdə isə konsepsiyanın yaranması müsbət addımdır. Özəl pensiya fondunun yaranması könüllü sosial sığortanın inkişafına təkan verəcək. Vətəndaşlara alternativ pensiya xidməti göstərilməsi üçün şərait yaradacaq.

- İcbari sosial sığorta sistemində dəyişikliyin edilməsi ehtimalı varmı?

- Burada hər hansı bir dəyişiklik olmayacaq. Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait ödənilməyəcək anlayışı yanlışdır. Bu olmayacaq. Bu sistem könüllü şəkildə fəaliyyət göstərəcək. İcbari tibbi sığorta və könüllü tibbi sığorta olduğu kimi bu sistem də eyni analogiya ilə işləyəcək. Könüllü şəkildə kimin əlavə vəsaiti, arzusu varsa, müqavilə bağlayıb həmin özəl fondlara öz pulunu yerləşdirə biləcək.

- Burada əlavə imkanlar nədən ibarətdir?

- Bağlanacaq müqavilə şərtlərinə uyğun olaraq şəxs pensiyaya çıxdıqda yığdığı və yaxud qoyduğu kapitalın hamısını birdəfəlik götürə biləcək. Və yaxud həmin kapital həmin şəxsin ailə üzvlərinə verilə bilər. Eyni zamanda özəl pensiya fonduna yığılan vəsait hər hansı bir biznesə yatırılırsa, buradan gələn gəlirlər onun yığımının üzərinə əlavə olacaq. Beləliklə, bu sistemdə yeni alternativlər yaranacaq. Dünyada bu praktika mövcuddur.

- Məcburi sosial sığortadan imtina ilə bağlı fikirlər səslənir. Bununla bağlı presedentlər varmı?

- Özəl pensiya fondları, özəl sosial sığorta prinsipləri işləyən ölkələrin heç birində məcburi sosial sığortadan imtina edilməyib. Sığorta haqqlarının rəqəmlərində müəyyən fərqlər ola bilər. Amma məcburi sosial sığorta dövlətin vətəndaş qarşısında pensiya öhdəliyi deməkdir. Ona görə də, bu təminatdan əl çəkmək, həmin sistemi tamamilə çökdürmək, dağıtmaq deməkdir.

- Zaman etibarı ilə özəl pensiya fondlarının dövlətin mövcud sistemini əvəzləməsi mümkündürmü?

- Özəl pensiya fondlarının yaradılması müsbət addımdır. Vətəndaşa alternativ pensiya xidməti göstərmək üçün yeni bir yoldur. Amma bu sistem dövlətin icbari pensiya fondunu əvəz etməyəcək.

- Pensiya yaşı ilə bağlı əsas anlayışlar necə olacaq? Özəl fonda bəlli bir səviyyədə vəsait toplayan şəxsin daha tez pensiya almaq imkanı olacaqmı?

- Bu mümkün olan bir yanaşmadır. Özəl pensiya fondları haqqında qanun müzakirə edilib qəbul edildikdən sonra bu anlayışlar ola bilər. Belə olan halda vətəndaş ikili pensiya almaq imkanı qazanır. Məsələn, vətəndaş bir yaşdan sonra özəl pensiya fondunun təqaüdünü ala bilirsə, müəyyənləşmiş vaxtdan sonra isə DSMF-nin ayırdığı məvacibi əldə etmək imkanı əldə edəcək. Sözsüz ki, bütün bunlar imzalanacaq müqavilədən, müəyyən olunmuş şərtlərdən asılıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 12 Dekabr 2024 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri