Icma.az
close
up
RU
İkili pensiya sistemi qurulur Yaş həddi belə müəyyənləşəcək Komitə sədri detallı danışdı

İkili pensiya sistemi qurulur Yaş həddi belə müəyyənləşəcək Komitə sədri detallı danışdı

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev News24.az teleqraf.com-a istinadla bildirir ki, sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Özəl pensiya fondlarının yaradılmasının əlavə hansı üstünlükləri olacaq? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunun üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırladığını açıqlayıb. Gözləntilər nədən ibarətdir?

- Hazırda özəl pensiya fondlarının formalaşması istiqamətində işlər davam edir. Bununla bağlı qanun layihəsi Milli Məclisə daxil olduqdan sonra burada incəlikləri araşdırıb detalları haqqında ətraflı danışmaq olar. Ümumilikdə isə konsepsiyanın yaranması müsbət addımdır. Özəl pensiya fondunun yaranması könüllü sosial sığortanın inkişafına təkan verəcək. Vətəndaşlara alternativ pensiya xidməti göstərilməsi üçün şərait yaradacaq.

- İcbari sosial sığorta sistemində dəyişikliyin edilməsi ehtimalı varmı?

- Burada hər hansı bir dəyişiklik olmayacaq. Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait ödənilməyəcək anlayışı yanlışdır. Bu olmayacaq. Bu sistem könüllü şəkildə fəaliyyət göstərəcək. İcbari tibbi sığorta və könüllü tibbi sığorta olduğu kimi bu sistem də eyni analogiya ilə işləyəcək. Könüllü şəkildə kimin əlavə vəsaiti, arzusu varsa, müqavilə bağlayıb həmin özəl fondlara öz pulunu yerləşdirə biləcək.

- Burada əlavə imkanlar nədən ibarətdir?

- Bağlanacaq müqavilə şərtlərinə uyğun olaraq şəxs pensiyaya çıxdıqda yığdığı və yaxud qoyduğu kapitalın hamısını birdəfəlik götürə biləcək. Və yaxud həmin kapital həmin şəxsin ailə üzvlərinə verilə bilər. Eyni zamanda özəl pensiya fonduna yığılan vəsait hər hansı bir biznesə yatırılırsa, buradan gələn gəlirlər onun yığımının üzərinə əlavə olunacaq. Beləliklə, bu sistemdə yeni alternativlər yaranacaq. Dünyada bu praktika mövcuddur.

- Məcburi sosial sığortadan imtina ilə bağlı fikirlər səslənir. Bununla bağlı presedentlər varmı?

- Özəl pensiya fondları, özəl sosial sığorta prinsipləri işləyən ölkələrin heç birində məcburi sosial sığortadan imtina edilməyib. Sığorta haqqlarının rəqəmlərində müəyyən fərqlər ola bilər. Amma məcburi sosial sığorta dövlətin vətəndaş qarşısında pensiya öhdəliyi deməkdir. Ona görə də, bu təminatdan əl çəkmək, həmin sistemi tamamilə çökdürmək, dağıtmaq deməkdir.

- Zaman etibarı ilə özəl pensiya fondlarının dövlətin mövcud sistemini əvəzləməsi mümkündürmü?

- Özəl pensiya fondlarının yaradılması müsbət addımdır. Vətəndaşa alternativ pensiya xidməti göstərmək üçün yeni bir yoldur. Amma bu sistem dövlətin icbari pensiya fondunu əvəz etməyəcək.

- Pensiya yaşı ilə bağlı əsas anlayışlar necə olacaq? Özəl fonda bəlli bir səviyyədə vəsait toplayan şəxsin daha tez pensiya almaq imkanı olacaqmı?

- Bu mümkün olan bir yanaşmadır. Özəl pensiya fondları haqqında qanun müzakirə edilib qəbul olunduqdan sonra bu anlayışlar ola bilər. Belə olan halda vətəndaş ikili pensiya almaq imkanı qazanır. Məsələn, vətəndaş bir yaşdan sonra özəl pensiya fondunun təqaüdünü ala bilirsə, müəyyənləşmiş vaxtdan sonra isə DSMF-nin ayırdığı məvacibi əldə etmək imkanı əldə edəcək. Sözsüz ki, bütün bunlar imzalanacaq müqavilədən, müəyyən olunmuş şərtlərdən asılıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Dekabr 2024 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri