Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

İkili standartların kölgəsində qalan həqiqətlər

İkili standartların kölgəsində qalan həqiqətlər

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Regional münaqişələrin həllində beynəlxalq vasitəçilərin şübhəli rolu

Cənubi Qafqaz regionunda cərəyan edən son siyasi proseslər, Ermənistanda 7 iyun tarixində keçirilməsi planlaşdırılan parlament seçkiləri ərəfəsində Qərbin nümayiş etdirdiyi mövqe beynəlxalq qurumların riyakarlığını bariz şəkildə nümayiş etdirir. Demokratik təsisatların fəaliyyətini tənzimləyən beynəlxalq missiyaların tərəfkeşliyi, daxili siyasi proseslərə açıq müdaxilələr və pozuntulara qarşı sərgilənən sükut qlobal geosiyasi maraqlara xidmət edən amil olduğunu təsdiqləyir. Ermənistandakı vəziyyət hakimiyyətin bütün inzibati resursları səfərbər etdiyini aşkar şəkildə göstərir.

Dövlət aparatının, hüquq-mühafizə orqanlarının və maliyyə rıçaqlarının hakim partiyanın xeyrinə istifadə olunması seçki rəqabətinin bərabər şərtlərlə aparılmadığına dəlalət edir. Siyasi rəqiblərin sıxışdırılması, müxalif namizədlərin fəaliyyətinə süni maneələrin yaradılması və dövlət büdcəsindən maliyyələşən layihələrin bilavasitə təbliğat məqsədilə yönləndirilməsi ölkədəki real mənzərəni xarakterizə edən amillərdəndir. Normal şəraitdə Qərbin müvafiq institutları belə halları dərhal kəskin tənqid atəşinə tutar, hesabatlarında demokratik geriləmə kimi qiymətləndirərdi. Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin seçki missiyaları Ermənistan rəhbərliyinin qanunsuz addımlarına qarşı lal sükut nümayiş etdirirlər. Həmin təşkilatların hesabatlarında Ermənistanın “demokratiya adası” kimi qələmə verilməsi cəhdləri, əslində, siyasi konyunkturaya uyğun olaraq reallığın təhrif edilməsindən başqa şey deyil.

***

Seçki kampaniyası dövründə diqqətçəkən əsas neqativ tendensiya seçicilərin səslərinin maddi vəsait müqabilində satın alınması təcrübəsidir. Regional səviyyədə səsvermə hüququ olan vətəndaşların səsini əldə etmək üçün təklif olunan məbləğ 10 – 25 dollar arasında dəyişir. Maraqlı məqam ondan ibarətdir ki, qanunsuz maliyyələşmə prosesini rəqabətdə olan tərəflərin hər ikisi həyata keçirir. Qərb dövlətləri yerlərdə səs toplamaq, rəyi manipulyasiya etmək məqsədilə Ermənistandakı qeyri-hökumət təşkilatlarına irihəcmli qrantlar və maliyyə yardımları paylayır. Paralel olaraq, Rusiyaya yaxınlığı ilə tanınan biznesmen Samvel Karapetyan da eyni metoddan istifadə edərək rəhbərlik etdiyi siyasi qüvvənin mövqelərini möhkəmləndirməyə çalışır. İki qütb arasında yeganə fərq səsvermə rüşvətinin paylanma formasındadır. Tərəflərdən üstün olan Qərb qanadı lazımi maliyyəni avro ilə, Rusiyayönümlü qanad isə rublla təqdim edir.

Seçici səslərinin pulla satın alınması sahəsində maliyyə transaksiyalarının həyata keçirilmə yolları hər iki geosiyasi qütbün daxili seçki prosesinə təsir göstərmək üçün oxşar üsullardan yararlandığını təsdiqləyir. “Güclü Ermənistan” partiyasının rəhbərliyi tərəfindən həyata keçirilən layihələr xeyriyyəçilik adı altında vətəndaşlara maddi yardımların təqdim edilməsi və hətta Rusiya bank kartları vasitəsilə maliyyə köçürmələrinin planlaşdırılması faktları istintaq materiallarında yer alıb. Lakin ədalətli məhkəmə prinsipinə uyğun qiymətləndirmə aparmaq əvəzinə, rəsmi qurumların yalnız rəqib tərəfə sərt tətbiqlər etməsi prosesin qərəzliliyini nümayiş etdirir. Qərb fondlarından gələn maliyyə axınlarının şəffaflığı heç vaxt ciddi yoxlanılmır, əksinə, həmin vəsaitlər daxili siyasi mühitdə legitim dəstək kimi qəbul olunur.

Siyasi arenada təzyiq metodlarının tətbiqi Ermənistan hakimiyyətinin seçkiqabağı dövrdə tez-tez müraciət etdiyi üsullardandır. Hökumət rəqib namizədlərə və fəal seçicilərə qarşı inzibati cəza tədbirlərindən geniş şəkildə yararlanır. Müxalifət partiyalarının funksionerlərinin əsassız ittihamlarla həbs edilməsi, səsvermə prosesində iştirak etmək niyyətində olan müxalifyönümlü şəxslərin fəaliyyətlərinin məhdudlaşdırılması ölkədə qorxu mühitinin formalaşmasına xidmət edir. Hökumət müxtəlif dövlət müəssisələrində çalışan işçilərə hədə-qorxu gələrək, onları hakim partiyanın namizədini dəstəkləməyə məcbur edir. Beynəlxalq müşahidəçilər digər Şərq tərəfdaşlığı ölkələrində baş verən ən kiçik inzibati təzyiqi belə qlobal qalmaqala çevirdikləri halda, İrəvanın daxili siyasi repressiyalarına kar və kor kimidirlər.

***

Xaricdən səsverməyə gələn vətəndaşlara qarşı tətbiq edilən inzibati metodlar isə seçki tarixinin ən qeyri-adi təzyiq üsullarındandır. Rusiya Federasiyası ərazisində müvəqqəti və ya daimi yaşayan, seçkilərdə iştirak etmək niyyəti ilə Ermənistana qayıdan çoxsaylı vətəndaşlar İrəvanın Zvartnots beynəlxalq hava limanında hərbi polis tərəfindən saxlanılır. Həmin şəxslərə sərhəd nəzarətindən keçən kimi dərhal 25 günlük hərbi toplanışa cəlbedilmə haqqında rəsmi çağırış vərəqələri təqdim olunur. Eyni qayda quru sərhəd məntəqələrində də tətbiq edilir. Hərbi uçota alınma və dərhal ordu sıralarına toplanışa göndərilmə təhlükəsi xaricdən gələn seçicilərin səsvermədə sərbəst iştirakına mane olmaq məqsədilə qabaqcadan planlaşdırılan siyasi hədə-qorxu vasitəsidir. Bu üsulla hakim partiya Rusiyadan gələn və müxalifət partiyalarını dəstəkləmək ehtimalı yüksək olan seçici kütləsinin ölkəyə daxil olmasının qarşısını almağa çalışır. Hərbi mükəlləfiyyətdən boyunqaçırma ittihamı ilə cinayət məsuliyyətinə cəlbedilmə hədəsi vətəndaşları qorxutmaq və onların səsvermə prosesində iştirakına mane olmaq üçün istifadə edilir.

Seçki kampaniyasına beynəlxalq müdaxilənin ən bariz nümunələrindən digəri Qərb dairələrinin müəyyən namizədin lehinə açıq şəkildə təbliğat aparmasıdır. 4 may tarixində İrəvanda keçirilən Avropa Siyasi Platformasının 8-ci Zirvə toplantısı məhz indiki iqtidarın mövqelərini gücləndirməyə xidmət etdi. Avropanın aparıcı dövlət rəhbərlərinin seçkilərə qısa müddət qalmış Ermənistan paytaxtına toplaşması, qlobal media qarşısında rəhbərliyə verilən ortaq dəstək bəyanatları daxili auditoriyaya yönələn aşkar mesaj xarakteri daşıyırdı. Beynəlxalq tədbirin məhz səsvermə ərəfəsində İrəvanda təşkil olunması siyasi nöqteyi-nəzərdən təsadüfi hesab edilə bilməz. Həmin addım Qərbin hazırkı Ermənistan hakimiyyəti üçün siyasi çətir rolunu oynadığını və fərqli qüvvələrin rəhbərliyə gəlməsini istəmədiyini göstərən bilavasitə müdaxilə faktıdır.

***

Qərbin demokratik institutlarının susqunluğu siyasi tərəfkeşliyin göstəricisidir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu kimi təşkilatlar digər postsovet ölkələrində keçirilən səsvermə proseslərini xırda detallarına qədər araşdırır, dərhal mənfi rəylər hazırlayır. Lakin Ermənistanda baş verən aşkar hüquq pozuntuları, səslərin pulla alınması halları, hava limanlarında seçicilərə hərbi polisin təzyiqi bu qurumların hesabatlarına daxil edilmir. AŞPA və Avropa Parlamentinin seçki missiyaları da analoji mövqedən çıxış edir. Onların təqdim etdiyi bəyanatlarda Ermənistanda seçki prosesinin “beynəlxalq standartlara uyğun gəldiyi” iddia olunur. Belə aşkar tərəfkeşlik göstərir ki, Qərbin qiymətləndirmə meyarları obyektiv hüquqi prinsiplərə deyil, geosiyasi müttəfiqlərin maraqlarına əsaslanır. Ermənistanda parlament seçkiləri ərəfəsində cərəyan edən hadisələr beynəlxalq münasibətlər sistemindəki geosiyasi riyakarlığın kədərli mənzərəsini tamamlayır. Qərb dövlətləri və onların nəzarətində olan seçki missiyaları Ermənistan daxilindəki inzibati təzyiqləri, səslərin pulla satın alınmasını, müxalifət fəallarının həbsini və hava limanlarında seçicilərə qarşı tətbiq edilən hərbi polisin zorakılığını tamamilə görməzdən gəlir. Avropa Siyasi Platformasının 8-ci Zirvə toplantısının məhz seçki ərəfəsində İrəvanda təşkil edilməsi Qərbin daxili siyasətə bilavasitə müdaxilə etdiyini təsdiqləyir. Digər tərəfdən, Şimal qonşunun daxili siyasi prosesləri təsir altında saxlamaq cəhdləri qarşıdurmanı daha da gərginləşdirir. Beləliklə, ikitərəfli təzyiqlər fonunda azad seçki prinsipləri tamamilə sıradan çıxıb. Qərbin demokratik nəzarət mexanizmlərinin sərgilədiyi qərəzli mövqe göstərir ki, demokratiya beynəlxalq münasibətlərdə yalnız qlobal güclərin maraqlarını təmin edən vasitədir. Siyasi praqmatizmin sivil dəyərləri üstələməsi Cənubi Qafqazda real inkişafa və sabitliyə xidmət etmir, əksinə, gələcək qarşıdurmalar üçün zəmin hazırlayır.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyun 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri