Icma.az
close
up
RU
İkili standartların kölgəsinə sığınanlar...

İkili standartların kölgəsinə sığınanlar...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Bəzi Qərb dövlətləri müharibə cinayətkarını niyə müdafiə edir?

Bəzi Qərb dövlətləri bəyan etdikləri “dəyərləri” tapdaması tendensiyası yenidən aktuallaşır. İllərdir separatizmə qarşı “mübarizə” adı altında xəyali təbliğatlar aparan həmin dövlətlərin iç üzü açılır - nəticə etibarı ilə ortadakı situasiya bunu deməyə əsas verir. Beynəlxalq, ədalət prinsipini, bəşəri insani dəyərləri bir göz qırpımında özünün korporativ maraqlarına qurban verən “demokratik dünya” təmsilçiləri fərqli coğrafiyalara fərqli standartlar üzərindən yanaşdığını faktoloji şəkildə sübut edirlər. Cənubi Qafqaza yanaşmada illərlə erməni işğalına göz yuman, vasitəçlik adı altında təcavüzkarı qoruyan, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün əməli fəaliyyət nümayiş etdirməyən bu ölkələr yeni reallıqlarla da “barışmaq” istəmir. Azərbaycanın son 6 ildə bölgədə formalaşdırdığı siyasi situasiya nətcəsində ortaya çıxan mənzərə təbii ki, həmin ölkələrin və dairələri ürəyincə deyil - halbuki Azərbaycan 30 ildən çox davam etmiş işğal faktını aradan qaldırmaqla yanaşı, BMT TŞ-nın məlum 4 qətnaməsinin icrasını da yerin yetirib. Dolayısı ilə Azərbaycan həm də beynəlxalq aləmin Ermənistan tərəfindən tapdanan nüfuzunu bərpa edib. 2023-cü il antiterror əməliyyatı ilə isə Azərabaycan özünün suverenliyini bərpa etməklə yanaşı, illərlə separatizm yayan, Azərbaycan qanunlarını pozan, müxtəlif cinayətlərdə günahlandırılan separatçı xunta üzvlərini ədalət mühakiməsi qarşısına çıxardı. Bu, ali hüququn təntənəsidir - cinayətkarın törətdiyi cinayətin məsuliyyətini daşıması ədalətin və hüququn qələbəsidir. Amma deyəsən, bir sıra dövlət üçün bu dəyərlər artıq aşınıb...

Vardanyan “sevgisi”, yoxsa sülhə mane olmaq istəyi...

Söhbət ondan gedir ki, 2023-cü ilin payızından indiyə qədər bir sıra ölkələr, xüsusilə Fransa, eləcə də bir sıra təşkilatlar separatçıların “azad edilməsi” üçün dayanmadan piar aparmaqdadır. Xüsusilə, cinayətkar xuntanın üzvü, erməniəsilli oliqarx, Qarabağdakı separatçı rejimdə “dövlət naziri” olmuş Ruben Vardanyanın azad edilməsi uğrunda yorulmadan iş aparırlar. 2023-cü ilin payızında həbs edilən Vardanyanın azad edilməsi üçün Fransanın göstərdiyi canfəşanlıq isə xüsusi qeyd edilməlidir - davamlı şəkildə bu ölkənin qanunverici strukturu, o cümlədən bu ölkənin təsiri ilə ayrı-ayrı  “beynəlxalq” təşkilatlar Vardanyan ətrafında aparılan “şou”nun təbliğatçıları və təşkilatçılarıdırlar.

Sülh prosesinin dinamik bir hal alması isə bu “təbliğatı” yenidən işə salıb. Ermənistanın siyasi rəhbərliyinin Qarabağ məsələsinin bitdiyini elan etməsinin ardından belə xaricdəki erməni lobbisinin təsiri ilə yenidən proses davam etdirilir. Əlbəttə ki, mənzərə aydındır - Vardanyandan sadəcə öz maraqları üçün istifadə edən bu dövlətlər və təşkilatlar birbaşa sülh prosesinə mane olmağa çalışırlar. Ötən ilin yayında Vaşinqtonda sülh sazişinin paraflanması onları əməlli-başlı narahat edib. Bu narahatlıq isə sonda onların maskalarının tam şəkildə cırılmasını, əsl simalarının üz çıxmasını şərtləndirdi. Beləliklə, adını “demokratik dövlət” qoyan ölkələr separatizmi müdafiə etməklə əsl kimliklərini nümayiş etdirirlər.

Azərbaycan ictimaiyyətindən etiraz...

Bu isə təbii şəkildə Azərbaycan cəmiyyətinin narazılığına səbəb olur. 30 il erməni işğalına göz yuman, erməni talanına susan, bir milyona yaxın qaçqın və məcburi köçkünün taleyi ilə maraqlanmayan, 4 mindən çox itkin düşmüş azərbaycanlının taleyini görməzdən gələn, hətta müharibədən sonra belə davam edən mina terroruna etiraz etməyən bu dövlətlərin müharibə cinayətkarını müdafiə etməsi heç bir hüquqa sığmır. Bu cinayətkarın “müharibə qurbanı” kimi beynəlxalq ictimaiyyətə təqdimatı ədalətə və hüquqa arxa çevirməkdir. Yeri gəlmişkən, Azərbaycan QHT-ləri, şəhid ailələri, itkin düşmüş şəxslərin və mina terroru qurbanlarının yaxınları keçmiş məcburi köçkünlər bu məsələ ilə bağlı Açıq Məktub ünvanlayıblar. Açıq Məktubda Ruben Vardanyanın və digərlərinin törətdikləri ağır cinayətlərə, separatizmi və terrorizmi maliyyələşdirməsinə görə məhkum edildikləri bildirilib. Qeyd olunub ki, onların adı ilə süni şəkildə qurulan kampaniyalar bu cinayətlərin real qurbanlarının - onilliklər boyu münaqişə, işğal, etnik təmizləmə, terror və mina təhlükəsindən birbaşa zərər çəkmiş minlərlə azərbaycanlının haqlı səsini boğmaq və kölgədə qoymaq məqsədi daşıyır. Sənəddə vurğulanır ki, Azərbaycan vətəndaş cəmiyyəti uzun illərdir beynəlxalq strukturlara müraciətlər ünvanlayaraq müharibə cinayətləri qurbanlarının hüquqlarının müdafiəsini, tarixi ədalətin bərqərar olunmasını və beynəlxalq məsuliyyət prinsiplərinin qorunmasını tələb edir. Müraciət müəllifləri xüsusi olaraq bəyan ediblər ki, Azərbaycanın öz suveren ərazilərində törədilmiş ağır cinayətləri araşdırmaq, qanunun aliliyini təmin etmək və təqsirkar şəxsləri məhkəmə qarşısına çıxarmaq hüququ və öhdəliyi həm daxili qanunvericilikdən, həm də fundamental beynəlxalq hüquq normalarından irəli gəlir və bu suveren hüquqa kənar müdaxilə yolverilməzdir. Sənəddə onilliklər ərzində itkin düşmüş şəxslərin ailələrinin beynəlxalq birliyə etdiyi çoxsaylı çağırışların cavabsız qaldığı, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş 4 mindən çox azərbaycanlının taleyinin bu gün də naməlum saxlanıldığı və 3400-dən çox mina qurbanının humanitar faciəsinin qlobal kampaniyalarda qərəzli şəkildə diqqətdən kənarda saxlanıldığı faktlarla ifşa olunur. Xüsusilə itkin düşmüş oğlu ilə bağlı xəbər belə ala bilmədən, ömür boyu dərin daxili əzablar içində yaşayaraq ötən il vəfat edən Elmira Dadaşovanın acı taleyi beynəlxalq ictimaiyyətin nümayiş etdirdiyi ikili standartlardan və vurulmuş mənəvi zərər nümunələrindən biri kimi göstərilir. Məktubda bildirilir ki, 2025-ci ilin avqustunda Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması regionda fundamental və yeni inkişaf mərhələsinin əsasını qoyub. Bununla yanaşı, qətiyyətlə vurğulanır ki, Cənubi Qafqazda davamlı sülh yalnız keçmişdə törədilmiş ağır müharibə cinayətlərinə dürüst hüquqi qiymət verilməsi, cinayətkarların qanun qarşısında məsuliyyətə cəlb edilməsi və qurbanların tapdanmış hüquqlarının tam bərpası əsasında mümkündür.

30 il susanların “səsi”...

Bəli, özlərinin bütün dövlətlərin daxili işlərinə müdaxilə kimi müstəsna bir “hüquqa” malik olduqlarını düşünən bu dövlətlər və təşkilatlar arxada qalan 30 illik işğal dövründə bir dəfə də olsun Azərbaycan xalqına qarşı törədilən cinayətlər haqda danışmayıblar, onu görməzdən gəliblər. Ermənistan silahlı qüvvələrinin işğalı illərində Azərbaycanda 1,5 milyon mina basdırılıb, bu isə ölkə ərazisinin 13 faizini təşkil edir. Ermənistanın 30 illik mina terroru nəticəsində beynəlxalq humanitar hüquq, o cümlədən fundamental insan hüquqları kobud şəkildə pozulub. Bu gün də günahsız insanlar mina qurbanı olur. Ermənilər ötən 30 il ərzində tariximizi saxtalaşdırmağa, Azərbaycanın tarixi torpaqlarından izimizi silməyə çalışbılar. Tarixi abidələrimiz məhv edilib, məscidlərimiz, dini inanc yerlərimiz təhqir olunub. Amma bir dəfə də olsun bu dövlətlər baş verənlərlə bağlı bəyanat səsləndirməyiblər - indi isə cinayətkarlarla haqq qazandırmağa, bölgədəki sülh prosesinə kölgə salmağa niyyətləniblər. Bunu isə bacarmayacaqlar...

P.SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 İyul 2026 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri