Icma.az
close
up
RU
İkili standartlarla mübarizədə Azərbaycan nümunəsi

İkili standartlarla mübarizədə Azərbaycan nümunəsi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin liderliyi bu bəlaya qarşı ölkəmizə uğur qazandırır

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında dünyadakı ikili standartlar siyasətinin yolverilməzliyini vurğuladı. Dövlətimizin başçısının mövcud xüsusda üzərində dayandığı başlıca məqam isə budur: ikili standartlar siyasətindən imtina müxtəlif müharibə və münaqişələrin həllində həlledici amildir. Ölkəmizin liderinin mövzuya dair səsləndirdiyi müstəsna fikirlər var və onlara nəzər salacağıq.

Əvvəla, onu deyək ki, ikili standartlar beynəlxalq siyasətdən tam şəkildə aradan qaldırılacağı təqdirdə müharibələrin dayandırılmasında və münaqişələrin həllində mühüm vasitə olacaq. Prezident İlham Əliyevin vurğuladığı budur. Lakin indiki durumda problemlərin həllinin Azərbaycan nümunəsi var. Bu nümunə ədalətsizliklərlə barışmamağa əsaslandığı kimi, dövlətimizin başçısının təbirincə desək, ikili standartlar siyasətinə münasibətdə də sıfır tolerantlıq mövqeyini rəhbər tutur. Yəni Prezident İlham Əliyev məhz bu mövqeni vacib sayır.

***

Məlum olduğu kimi, xalqımız uzun illər imperiya boyunduğunda yaşamaq məcburiyyətində qalıb. Əvvəl çarizmin müstəmləkəçiliyi, sonra rus imperializminin yenidən zühuru olan SSRİ totalitarizmi ilə baş-başa qalmışıq. 200 ildən çox davam etmiş bu mərhələdə faciələr, məşəqqət və məhrumiyyətlər görmüşük. Ana dilimizə, mədəniyyətimizə, milli mənlik şüurumuza, adət-ənənələrimizə yad münasibətin müxtəlif təzahür formalarına, bizi dəyərlərimizdən perik salmaq cəhdlərinə şahidlik etmişik. Üstəlik, ərazilərimizə açıq və qapalı qəsdlər reallaşdırılıb, əzəli yurd yerlərimizdən didərgin duruma salınmışıq.

Lakin bütün bunlar müstəqil dövlətə sahiblənmək arzularımızı sıradan çıxara bilməyib. Xalqımız özündə təpər taparaq, mənfi meyillərə sinə gərməyi bacarıb, özünün dövlət müstəqilliyinə qovuşub. Əlbəttə, Qarabağ münaqişəsinin timsalında, müstəqil yaşamaq əzmimizin, bir növ, cəzasını da çəkmişik. Havadarlarına arxalanan Ermənistanın otuz ildən çox davam etmiş işğalı ilə üzləşmiş, təcavüzün fəsadlarını aradan qaldırmaq istiqamətində çalışmışıq. Nəhayət, yenilməzliyimiz, iradəmiz sayəsində ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmiş, torpaq bütünlüyümüzə qovuşmağın sevincini yaşamışıq.

Azərbaycan xalqı bu böyük sevinci, onun verdiyi qürur və fəxarət hissini öz müdrikliyi sayəsində qazanıb. Xalqımız müdrik olub ki, 1993-cü ildə dövlət müstəqilliyini itirmək təhlükəsi yaşananda ulu öndər Heydər Əliyevi rəhbərliyə qaytarıb. Heydər Əliyev yolu Azərbaycanı inkişafa və sabitliyə, insanlarımızı firavanlığa və rifaha aparıb. Məhz Ulu öndərin səriştəli idarəçiliyi itirilmiş dövlətçilik ənənələrimizin, sözün həqiqi mənasında, bərpasında həlledici əhəmiyyət daşıyıb. Heydər Əliyev şəxsiyyəti cəmiyyətə inam aşılayıb. Torpaqlarımızın işğaldan qurtulacağına inamımız Ümummilli liderin çoxşaxəli, müfəssəl struktura malik daxili və xarici siyasət kursundan qaynaqlanıb.

Xalqımız müdrikliyini həm də ulu öndər Heydər Əliyev siyasətindəki varislik prinsipini dəstəklədiyini 2003-cü ildə İlham Əliyevi ölkə Prezidenti seçməklə göstərib. Heydər Əliyev siyasi kursunun davamlılığı baxımından müstəsna əhəmiyyətə malik bu seçim müstəqil Azərbaycanın uca zirvələrin fəthinə doğru addımlamasını təmin edib.

Bir sözlə, xalqımızın müdrik seçimində cəsarət və qətiyyət, prinsipiallıq və səriştə bir-biri ilə çulğalaşaraq, İlham Əliyev Prezidentliyinə dünya səviyyəli liderlik obrazı qazandırıb. Elə bir obraz ki, dövlətimizin maraq və mənafelərini hər şeydən üstün tutmaq müqavimətini daşıyır. Elə bir liderlik ki, Vətən torpağının bir qarışını belə güzəştə getməyəcək qədər barışmazdır. Nəhayət, elə bir liderlik ki, insanları müqəddəs Zəfərimizə inadırmaqla bərabər, bu Zəfər naminə birlik və həmrəylik, ümumən, ali vəhdət yaradıb. Xalqın nəsillərə miras qalacaq, qəhrəmanlıq salnaməsinə, şanlı tariximizə çevrilmiş vəhdətini.

***

Bəli, sadaladığımız məqamlara görədir ki, bu gün Azərbaycan cəmiyyəti ikili standartlar siyasətinə münasibətdə dözümsüzdür. Dözümsüzlük immunitet qazancımızdır. İmmunitetimiz isə dövlətçiliyimiz üçün gələcək yaşam təminatıdır. Söhbət əbədiyyat təminatından gedir. Azərbaycan dünyaya belə bir sarsılmazlığın nümunəsidir. Ədalətə öz gücü və qüdrəti ilə çatmanın, ikili standartlara meydan oxumanın nümunəsi.

Prezident İlham Əliyev bənzərsiz və təkrarsız Azərbaycan nümunəsini yaratdığı üçün dünyadakı ədalətsizlik meyillərinə qarşı cəbhə açmaq haqqına malikdir. Yəni layiqli yaşamın Azərbaycan nümunəsi olduğu kimi, beynəlxalq miqyasda vüsət almış ikili standartlar siyasəti və onun təzahür formalarına qarşı dirənişin də Azərbaycan örnəyi var. O örnək ki, özündə hərbi güclə yanaşı, “yumşaq güc”ün elementlərini daşımaqdadır. Ölkəmizdə keçirilən mötəbər toplantılar, həmçinin Azərbaycan dövləti tərəfindən beynəxlalq miqyasda həyata keçirilən nəhəng təşəbbüslər fikrimizin sübutudur.

***

Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan həm rifaha və əmin-amanlığa söykənmiş daxili vəhdət formulu, həm də beynəlxal miqyasdakı uğurlu siyasi xətti ilə ikili standartlar siyasətinə qarşı böyük cəbhə açmaqdadır. Nəinki cəbhə açmaqda, eyni zamanda, açdığı cəbhəni genişləndirməkdədir. Heç şübhəsiz, bu alternativsiz kursun nəticəsidir ki, hazırda dövlətimizin başçısı müstəqil ölkəyə necə yaşamağın, nəyi etməyin, nəyi etməməyin dərslərinin verilməməli olduğunu vurğulayır. Nəzərə alaq ki, Azərbaycan dövləti və dövlətçiliyi istər ideoloji, istərsə də siyasi planda özünə dərs verilməsi məntiqini qəbul etməyəcək qədər təkmildir. Təkmillik isə təkmil və əmin fikirlər doğurur.

Diqqət yetirək, Prezident İlham Əliyev ikili standartların özünü həm də kiminsə sizə necə yaşamağı öyrətmək istədiyi zaman göstərdiyini vurğulayır. Hesab edirik ki, bu deyim son dərəcə dəqiq təsbitdir. Dövlətimizin başçısının belə mənfi təmayüllərə münasibətdə formalaşdırdığı immunitetin xalq dilindəki ifadə tərzi isə sadəcə mükəmməldir: “Belə bir addım atmazdan əvvəl insan güzgüyə baxmalı və özünə sual verməlidir: kiməsə dərs vermək, onu öyrətmək, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu izah etmək üçün mənəvi haqqınız varmı?”

***

Bəli, müasir müstəqillik illərində üzərimizdə heç bir mənəvi haqqı olmayanları, öz gözlərində tiri görməyib gözümüzdə çöp axtaranları az görməmişik. Belələrinin minnət qoyurmuş kimi əndazəsizlikləri də diqqətimizdən yayınmayıb. Əlbəttə, onlar layiqli cavablarını alıblar. Amma Azərbaycan dövləti üçün prioritet heç də təkcə yerlərini bilməyənlərə yerlərinə göstərmək olmayıb. Prezident İlham Əliyevin təbirincə desək, öz işimizə, öz məsuliyyətlərimizə diqqət yetirirmişik: “Digər ölkələrdə baş verənlər həmin ölkələrin xalqlarına aid məsələdir. Bu, bizim işimiz deyil”.

Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan beynəlxalq aləmdən özünə qarşı layiqli münasibəti gözləyir və istəyinə nail olur. “Bizə qarşı istənilən hörmətsizlik əlaməti, əsassız üstünlük hissinin istənilən təzahürü, kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr müqavimətimizlə qarşılanıb və bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq”, - deyən dövlətimizin başçısının bu fikirlərlə də diqqəti dünyanı cənginə almış ikili standartlar siyasətinin mühüm elementlərinə çəkdiyi aydındır. Qeyd edək ki, Prezident İlham Əliyevin beynəlxalq miqyasda müstəqil dövlətləri öz yollarından döndərmək üçün çeşidli siyasi texnologiyalardan istifadə olunduğuna dair çoxsaylı fikirləri var. O fikirlər ki, cəmiyyətimiz onlara yüksək həssaslıqla yanaşır və müstəqil dövlətçilik naminə mübarizə əzmini gücləndirir. Heç şübhəsiz, ölkəmizin liderinin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında dilə gətirdiyi fikirlər də, bu mənada, böyük əhəmiyyət daşıyacaq, müstəqil və suveren Azərbaycan naminə mübarizə tariximizə düşəcəkdir.

Əvəz CAHANGİROĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Oktyabr 2026 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri