Icma.az
close
up
RU
İkinci bahar... Dinimizin icazə verdiyi çoxarvadlılıq hüquqi aspektdən qəbul olunmursa, tətbiq edilmir

İkinci bahar... Dinimizin icazə verdiyi çoxarvadlılıq hüquqi aspektdən qəbul olunmursa, tətbiq edilmir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Rusiya Müsəlmanları Ruhani İdarəsinin (SAM) Üləmalar Şurası müsəlmanlara 4-ə qədər dini nikah bağlamağa icazə verib. Belə ki, Rusiyada kişinin eyni vaxtda ikinci, üçüncü və hətta dördüncü dini nikaha daxil olması ehtimalı ilə bağlı qərar verilib. Həmçinin əgər həyat yoldaşı səhhətinə görə uşaq dünyaya gətirə bilmirsə, buna icazə verilir. Din xadimi əlavə edib ki, çoxarvadlılığın icazəli olmasının əsas şərti ərin bütün arvadlara ədalətli və bərabər münasibət göstərməsidir. Əgər bu şərtlər yerinə yetirilmirsə, o zaman kişinin çoxarvadlı nikaha daxil olmasına icazə verilmir. Dini lider bildirib ki, evli kişi arvadına başqa bir qadınla yenidən evlənmək niyyəti barədə məlumat verməlidir. “Arvadın varlığını gizlətmək yolverilməzdir. Əgər ikinci arvad bu barədə məlumatlandırılmayıbsa və buna dözməyə hazır deyilsə, o zaman onun nikahının (İslam normalarına görə toy) pozulmasını tələb etmək hüququ var”, - deyə müfti bildirib.

2020-ci ildə nəşr olunan Pew Research araşdırmasına görə, “dünya əhalisinin yalnız 2%-i çoxarvadlı ailələrdə yaşayır”. Ancaq bir çox ölkədə rəsmi olaraq qadağandır. Məsələn, Özbəkistanda ölkədə çoxarvadlılığın təbliğinə görə inzibati məsuliyyət var. “Dəyişikliklərə əsasən, iki və ya daha çox arvadla birgə yaşayışı təşviq etmə, bu cür məzmunlu fikir, ideya və ya çağırışların yayılması, habelə bu cür hərəkətlərə təşviq edilməsi əsas hesablaşma vahidinin on beş mislindən otuz mislinədək miqdarda cərimə edilir (405-810 dollar) və ya 15 günə qədər inzibati həbs edilir".

Bəs Azərbaycanda dini baxımdan çoxarvadlılığa münasibət necədir?

İlahiyyatçı İbrahim Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, inanc baxımından xristian çoxluq təşkil etdiyi bir ölkədə müsəlman azlıq təşkil etdiyi bir halda, bu qərarın verilməsi marağa səbəb oldu.

“Son illərdə Rusiyada itki sayının çox olması və əhalisinin çoxalması istəyindən irəli gələn qərar kimi görünür. Müsəlman inancında bir kişinin dörd arvadla ailə qurmasına qərar verilib. Müsəlmanların şəriətində dörd arvad almağa icazə var.

Mövzunu ölkəmizdəki hüquqla bağlı bildirsək, Azərbaycanda din dövlətdən ayrıdır. Hər kəs öz inancında azaddır. Əgər bizim ölkədə, qanunvericilikdə bu hökm xalqımıza tətbiq olunarsa, mən belə düşünürəm ki, şəriətin buyurduğu kimi ədalət baxımından hökm bizdə düzgün icra olunmayacaq. Çünki şəriətin buyurduğu kimi çoxarvadlı olmağın hökmü dini ayinlərdə ən ağır və çətin hökmdür”-deyən ilahiyyatçı bildirib ki, Azərbaycanda hökmün şəriətə uyğun icra ediləcəyi inandırıcı deyil, çünki Azərbaycanda ailə münaqişələri aktual mövzulardan biridir.

P.S. Etiraf etməliyik ki, rəsmi olmasa da, Azərbaycanda da "çoxarvadlılıq" mövcuddur. Əslində bunu hamı bilir. Sadəcə Azərbaycanda bunu qəbul etmək bir az çətindir ki, bu da uzun illər Rusiya kimi bir ölkənin əsarətində olub və Rusiya mədəniyyətindən təsirlənməkdən irəli gəlir. Nə qədər ağrılı olsa da, bu gün Azərbaycanda ikinci arvada "əxlaqsız" kimi baxılır. Görəsən bu qərar Azərbaycanda qəbul edilsə, vəziyyət necə olar?

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Dekabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri