Icma.az
close
up
RU
“İkinci hissədə daha böyük hadisələr olmalı idi” Rəşad Sadıqov İdmanXəbər

“İkinci hissədə daha böyük hadisələr olmalı idi” Rəşad Sadıqov İdmanXəbər

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Zirə” Misli Premyer Liqasının 19-cu turunda öz meydanında “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Fasilədən sonra ilk oyun olmasına baxmayaraq, hər iki komandanın futbolçuları aqressivlik, ustalıq göstərdilər. Sanki fasilə olmayıb. Oyun bizim üçün uğurlu başladı. İlk dəqiqələrdə fərqləndik. Yenə təhlükəli hücumlarımız var idi. Sonra oyuna nəzarət rəqibə keçdi. Birinci hissənin ikinci yarısını yaxşı keçirmədik. Fasilədən sonra daha aqressiv, istəkli idik. Hamımız rəqibin gücünü bilirik. Elmar Baxşıyev möhkəm, yaxşı komanda formalaşdırıb. Oyunçularımın çıxışından razı qaldım. Rəqibi təbrik edirəm.

– Narazı qaldığınız məqamlar oldu?

– İtkilərimiz var. Davit Volkov 10 gün idi məşq etmirdi, dünən məşq etdi. Ehtiyatda oturmuşdu. Qola ehtiyacımız olsaydı, onu meydana buraxacaqdıq. Rüstəm Əhmədzadə də ehtiyatda idi. Digər futbolçularımız fiziki cəhətdən ideal ola bilməzdilər. İlk turlarda bütün komandalar üçün bu keçərli olur. Hamı formasını bərpa etdikdən sonra daha istəkli, daha ambissiyalı olmaq istəyirik.

– Baş verən hadisələri necə şərh verərdiz? Nələr baş verdi ki, Qara Qarayev aqressivləşdi?

– Çox üzücüdür ki, iki komanda arasında belə şey baş verdi. Şükür böyük insident olmadı, ola da bilməz. İki komanda arasında çox yaxşı münasibət var, rəhbərlik, məşqçilər və futbolçular arasında. Arada nə oldu bilmirəm, Qara əsəbiləşdi. Sarı vərəqəsi olduğu üçün müdaxilə etdim ki, sakitləşsin. Dedim ki, özünə də zərər verəcəksən. Orada çox adam var idi, düz-əməlli danışa bilmədim. İstəməzdik ki, nəsə olsun. İkinci hissədə daha böyük hadisələr olmalı idi, amma klublar arasındakı yaxşı münasibətə görə meydanda hər şey yaxşı oldu. (sportal.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 18 Yanvar 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri