Cüdo Federasiyası imtahan keçirdi
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 22-də milli komandaların Təlim-Məşq Mərkəzində cüdo üzrə kəmər dərəcələrinin verilməsi məqsədilə növbəti rəsmi imtahan təşkil olunub.
Futbolpress.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən imtahanda 200 cüdoçu iştirak edib. İdmançılar yaş qruplarına uyğun olaraq sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə tələb olunan texniki bilik və bacarıqlarını nümayiş etdiriblər.
Müəyyən edilmiş meyarları uğurla yerinə yetirən iştirakçılara müvafiq kəmərlər və sertifikatlar təqdim olunub.
Kəmər dərəcələri üzrə imtahan sistemi cüdoçuların texniki hazırlıq səviyyəsinin ardıcıl qiymətləndirilməsinə, mənimsənilmiş bacarıqların möhkəmləndirilməsinə və idmançıların mərhələli inkişafına xidmət edir. Eyni zamanda, müvafiq kəmər dərəcəsinə sahib olmaq bir sıra mühüm ölkədaxili yarışlarda iştirak üçün əsas tələblərdən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 23 Noyabr 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















