Icma.az
close
up
RU
“İkinci doğum gününə görə, Coşqun Rəhimovun 15 yaşı var” Müşfiq Abbasov bunları ilk dəfə danışdı

“İkinci doğum gününə görə, Coşqun Rəhimovun 15 yaşı var” Müşfiq Abbasov bunları ilk dəfə danışdı

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Əməkdar artist, “Bu şəhərdə”nin ulduzu Coşqun Rəhimovun 53 yaşı tamam olur.
Bu xoş günündə gələcək arzuları və planları barədə danışmaq üçün aktyorla əlaqə saxlamağa çalışsaq da, təəssüf ki, cəhdimiz baş tutmadı.

“Bu şəhərdə”nin ssenarist, prodüseri Müşfiq Abbasov C. Rəhimovun doğum günündə onunla bağlı xatirələrini Ölkə.Az-la bölüşüb.

M. Abbasov deyir ki, heç kim bilməsə də, yaxın dostları ildə 2 dəfə Coşqun bəyin doğum gününü qeyd edir. Ssenaristin sözlərinə görə, C. Rəhimov dekabrın 8-də anadan olsa da, 2010-cu il noyabrın 22-də keçirdiyi ağır əməliyyat onun dünyaya ikinci dəfə gəlişi hesab edilir:

“Pərəstişkarları xüsusilə 15 ildir ki, ciddi əməliyyatından sonra ona can sağlığı arzu edirlər. Allaha şükür, hamısı düzəldi. Noyabrın 22-si Coşqunun 2-ci doğum günü qeyd edirik. Bunu heç kim bilmir, amma 12 saat davam edən həmin əməliyyat gününü öz aramızda ayrıca qeyd edirik. Coşqun 2 dəfə bu dünyaya gəlib.

Doğulduğuna görə Coşqunun 53, ikinci doğum gününə görə (22 noyabr 2010-cu il) isə 15 yaşı var”.

“Bu şəhərdə”nin ssenaristi C. Rəhimov və R. İsgəndərovla bağlı Krasnoyarsk səfərindən maraqlı bir xatirəni danışıb:

“Uzun illərdir Rafael və Coşqun namaz qılırlar və spirtli içki qəbul etmirlər. Biz Krasnoyarsk şəhərində 10-12 il əvvəl konsertimiz vardı. Oraya uçuş çox uzun idi. Bakıdan Moskvaya 3, Moskvadan da ora təxminən uçuş 5,5 saat idi. O vaxtı təyyarələrdə turbulentlik çox olurdu deyə, dərman verirdilər. Onu içdikdən sonra insan bir az yuxulu olur, həyəcanı olmur və s. O vaxtı da Rafaellə Coşqun ikisi də həmin dərmandan içdilər, normal getdik. Sadəcə dozanı düzgün hesablamadıqlarına görə, onlar 4 yox, 8 saatlıq içmişdilər. Uçuş bitəndən sonra Rafaellə Coşqunun gözü açıq olsa da, hələ dərmanın təsirindən ayılmamışdılar. İnsan həmin anda heç nə hiss etmir, nə də ağıl işləyir. Hotelə çatdıq, səhər saatları idi, düşdük səhər yeməyinə. Orada həqiqətən çox gülməli bir “şou” baş verdi.

Rafaellə Coşqun əllərində qablarda bütün yeməkləri bir-birinə qarışdırmışdılar. Özüm də heç nə demirdim ki, qoy, sona kimi qarışdırsınlar. Məsələn, sıyığın içərisinə kolbasa atmaq, pendiri götürüb kompota atmaq kimi. Sonradan soruşdum ki, xəbəriniz var idimi səhər-səhər nə yemisiniz? Özləri də xeyli güldülər”.

M. Abbasov deyir ki, daha bir maraqlı hadisə də Moskva səfərindən qayıdarkən yaşanıb.

“Moskvadan qayıdırdıq. Səfər zamanı bizim 7-8 çamadanımız olur. Həmin çamadanlardan biri yoxlamalardan digər tərəfdə qalmışdı. Çamadanlarda məsələn, səhnə geyimləri, birində ayaqqabılar, birində şəxsi əşyalar, birində süni saç və qadın bədəni formasını almaq üçün əşyalar olurdu. Biz bilmirdik ki, hansı çamadanda nə var.

“Bu şəhərdə”nin musiqi qrupunun rəhbəri Əməkdar artist Eldar Məmmədov da öz sintezatoru ilə bizdən arxada gəlirdi. Coşqun qayıtdı ki, Eldar, orada qalan mənim çamadanımdır, onu da götür, bir də biz o tərəfə keçməyək. Eldar da götürdü. Çamadan monitordan keçəndə saxladılar. Soruşdular ki, kimindir? Eldar da dedi mənimdir, şəxsi əşyalarımdır. Dedilər ki, açın. O da çamadanı açdı. Bütün hava limanının əməkdaşları baxır ki, çamadanın içərisində qadın süni sinəsi, paltarın altından qoymaq üçün qadının süni arxa nahiyəsi, süni saçlar və s. Eldar başladı qıpqırmızı qızarmağa. Hava limanı işçiləri baxır ki, kök, keçəl, Qafqaz simalı bir kişi deyir ki, bunlar mənim şəxsi əşyalarımdır. Coşqun gülməkdən uğunur, Eldar da ona Azərbaycan dilində hansısa sözlər deyir. Deyir, Coşqun, sən məni zibilə saldın, bu nə idi?! Təbii ki, onların yanında “mənim çamadanım deyil” deyə bilmir. Onda deyəcəklər ki, nə üçün sən keçirirsən. Soruşdular ki, sən bunlarla nə edirsən? Eldar dedi ki, mən artistəm, bunu səhnədə geyinirəm. Keçəndən sonra Eldar qayıtdı ki, mən bir də qələt edərəm nə vaxtsa kiminsə çamadanına yiyə duraram, xüsusən də Coşqunun əşyalarına. Dedi ki, ən “təhlükəli” şeyləri Coşqun hava limanına keçirir. İndiyə kimi də həmin anları yadımıza salanda çox gülürük”.

Bu vaxta qədər Heydər Əliyev adına sarayda ən çox (200-dən çox konsert) “Bu şəhərdə” komandasının konsert verdiyini deyən M. Abbasov əlavə edib ki, bu il həm Coşqun Rəhimovun, həm Rafael İsgəndərovun, həm də Heydər Əliyev adına sarayın 53 yaşı tamam olur.

Billurə Yunus
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Dekabr 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri