Icma.az
close
up
RU
Menu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

Alimlər qanadsız külək turbinini yaradıblar...

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

Hansı ölkələr İrana kömək edir? Gizli dəstəyin gizli tərəfləri ŞƏRH

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

Survivor dan qazancı məlum oldu

İrandan mal gətirənlərə PİS XƏBƏR Bahalaşma…

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

Ermənistan polisi rusiyalı iş adamı Samvel Karapetyanın evində axtarışlara başlayıb

SEPAH İsrailə qarşı “10 cu dalğa”ya BAŞLADI

Şoyqunun Pxenyan səfərinin səbəbi məlum OLDU

İkinci Dünya müharibəsində Azərbaycan xalqının göstərdiyi fədakarlıq və qəhrəmanlıq unudulmazdır RƏY

İkinci Dünya müharibəsində Azərbaycan xalqının göstərdiyi fədakarlıq və qəhrəmanlıq unudulmazdır RƏY

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu il 9 May - faşizm üzərində Qələbədən 80 il ötür. İkinci Dünya müharibəsi bəşər tarixinin ən dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalıb. 9 May SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizmin süqutu ilə nəticələnib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşıb. Hər il 9 May ölkəmizdə də təntənəli şəkildə qeyd olunur. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman İkinci Dünya müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, İkinci Dünya müharibəsi bəşəriyyət tarixində ən dəhşətli və qanlı münaqişələrdən biri olub.

Deputat bildirib ki, müharibədə Azərbaycan xalqı əhəmiyyətli rol oynayıb: “Həmin dövrdə Sovet İttifaqının tərkib hissəsi olan Azərbaycan həm ön cəbhədə, həm də arxa cəbhədə faşizmə qarşı mübarizəyə böyük töhfələr verib. Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 11-də Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında səsləndirdiyi nitqində bu töhfələr xüsusi vurğulanıb. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan xalqı İkinci Dünya müharibəsində böyük fədakarlıq göstərib, 600 mindən çox azərbaycanlı cəbhəyə yollanıb, onlardan, təxminən, 300 mini döyüşlərdə həlak olub. Bu, kiçik bir respublika üçün nəhəng itki idi. Azərbaycanlı döyüşçülər alman faşizminə qarşı mübarizədə böyük qəhrəmanlıqlar göstəriblər. Onlardan 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanlılar müxtəlif cəbhələrdə - Moskva, Leninqrad, Stalinqrad, Qafqaz, Kursk, Ukrayna və Belarusun müdafiəsində, həmçinin Avropanın azad edilməsində fəal iştirak ediblər. Prezident İlham Əliyev öz nitqində Bakı neftinin müharibədə oynadığı həlledici rolu xüsusilə vurğulayıb. Müharibə illərində Sovet İttifaqında hasil edilən neftin 70 %-dən çoxu, benzinin 80%-i və sürtkü yağlarının 90%-i Azərbaycanda istehsal olunub. Faşizmə qarşı mübarizədə qələbənin əldə edilməsində Bakı nefti mühüm əhəmiyyət kəsb edib. Sovet tankları, təyyarələri və digər hərbi texnikası məhz Azərbaycan nefti ilə təchiz olunub. Sovet generalı Georgiy Jukov özü də etiraf etmişdi ki, “Əgər Bakı nefti olmasaydı, Sovet İttifaqı bu müharibədə qalib gələ bilməzdi”. Azərbaycan əhalisi təkcə ön cəbhədə deyil, eyni zamanda arxa cəbhədə də böyük fədakarlıq göstərib. Neftçilər, fəhlələr, kəndlilər, mühəndislər - bütün xalq “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı altında fasiləsiz işləyib. Müharibə illərində Bakıda yeni neft yataqları kəşf edilib, neft hasilatı artırılıb, cəbhə üçün lazım olan digər sənaye məhsulları istehsal olunub. Həmçinin Azərbaycanda müharibənin yaralı əsgərləri üçün hospitallar fəaliyyət göstərib. Azərbaycan ziyalıları da müharibə illərində əhəmiyyətli rol oynayıblar. Şairlər, yazıçılar, bəstəkarlar və digər sənət adamları öz əsərləri ilə xalqın ruhunu yüksəltmiş, cəbhədə döyüşən əsgərləri ruhlandırıblar. Üzeyir Hacıbəyovun, Səməd Vurğunun, Süleyman Rüstəmin və digər sənət xadimlərinin müharibə illərində yaratdıqları əsərlər xalqı qələbəyə ruhlandırıb. Azərbaycan incəsənət xadimləri cəbhə bölgələrində konsertlər verib, əsgərlərlə görüşlər keçiriblər. Prezident İlham Əliyev öz nitqində qeyd edib ki, Azərbaycan müharibə veteranlarına həmişə xüsusi hörmət və qayğı ilə yanaşır. Dövlət səviyyəsində müharibə veteranlarının sosial müdafiəsi təmin edilir, onların şücaəti haqqında gənc nəslə məlumat verilir. Azərbaycanda İkinci Dünya müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsi əziz tutulur, onların şərəfinə abidələr ucaldılıb və muzeylər yaradılıb. Bakıda “Hərbi Şöhrət” Muzeyi və digər memorial komplekslər bu xatirənin qorunmasına xidmət edir. Prezident İlham Əliyev çıxışında İkinci Dünya müharibəsi ilə bağlı tarixi həqiqətlərin təhrif olunmasına qarşı mübarizənin vacibliyini də vurğulayıb. O, faşizmin qəhrəmanlaşdırılması cəhdlərinə qarşı birgə mübarizə aparmağın zəruriliyini qeyd etmişdi. İkinci Dünya müharibəsində Azərbaycan xalqının göstərdiyi fədakarlıq və qəhrəmanlıq unudulmazdır. Prezident İlham Əliyevin 2019-cu ildə MDB Dövlət Başçıları Şurasının iclasında səsləndirdiyi nitqində vurğulandığı kimi, Azərbaycan həm ön cəbhədə, həm də arxa cəbhədə faşizmə qarşı mübarizəyə əvəzsiz töhfə verib. Bu gün Azərbaycan dövləti və xalqı İkinci Dünya müharibəsində göstərilən fədakarlığı və qəhrəmanlığı yüksək qiymətləndirir, müharibə veteranlarına hörmət və ehtiramla yanaşır, gələcək nəsillərə tarixi həqiqətlərin çatdırılmasına xüsusi diqqət yetirir”.

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev isə bildirib ki, İkinci Dünya müharibəsi bəşər tarixində ən qəddar müharibələrdən olub:

“Bu müharibədə on milyonlarla insan öldürülüb. Azərbaycan xalqı da İkinci Dünya müharibəsində kifayət qədər itki verib, müharibənin qələbəsi üçün əzmlə çalışıb. Kənd təsərrüfatı, sənaye məhsulları ilə yanaşı, xüsusi neft və neft məhsulları qələbədə mühüm əhəmiyyət kəsb edib. Təbii ki, müharibədə həlak olanların xatirəsini yad etmək üçün mayın 9-da qələbənin 80 illiyi ilə əlaqədar dünyanın 20-yə yaxın dövlət başçısı Moskva paradında iştirak edəcək. Bu beynəlxalq tədbirdə 20-yə yaxın dövlət rəhbərinin iştirakı, İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad etməsi nasizmə qarşı etirazın bir formasıdır. Ümumilikdə, bu cür proseslər müasir dünyamızda yenə davam etməkdədir. Azərbaycan xalqı 30 ilə yaxın erməni nasizmindən, erməni nasizminin işğalından əziyyət çəkdi. Nasizmə qarşı bəşəriyyət birmənalı şəkildə etirazını göstərməlidir. Təəssüf ki, İkinci Dünya müharibəsinin vurduğu ziyanlardan bəşəriyyət hələ nəticə çıxarmayıb. Böyük dövlətlər, güc mərkəzləri yenə də öz istəklərini beynəlxalq hüquqla deyil, gücün qanunu ilə tənzimləmək istəyirlər. İnsan şüurundakı təkamül prosesində yenilik əldə edilməyib. Azərbaycan Prezidenti İlham Əliyev nasizmə qarşı həmişə etirazını, mövqeyini birmənalı bildirib. Dövlət başçısı İkinci Dünya müharibəsində həlak olanların ailələrinə, veteranlara diqqət və qayığı göstərir”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 May 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see250

Alimlər qanadsız külək turbinini yaradıblar...

17 İyun 2025 20:37see200

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see171

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see155

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see136

“Əvvəlcə Zəngəzur dəhlizini verəcəklər, sonra Ermənistana azı 300 min azərbaycanlını gətirəcəklər” Erməni ekspertlər

18 İyun 2025 17:44see128

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

17 İyun 2025 17:04see123

“Zəngəzur dəhlizi açılacaq, başqa yol yoxdur”

17 İyun 2025 23:25see123

Əhmədinejat öldürülüb? Ofisi məlumat yaydı

17 İyun 2025 23:39see122

Lənətlənmişlərin özünün və nəsillərinin aqibəti Tel­man Oru­cov yazır

17 İyun 2025 19:27see121

Hansı ölkələr İrana kömək edir? Gizli dəstəyin gizli tərəfləri ŞƏRH

17 İyun 2025 21:26see121

ASC və MMC yə məxsus əmlaklar hərraca çıxarılacaq

18 İyun 2025 15:24see120

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

18 İyun 2025 01:15see119

Kazino mövzusu diqqətlə və mərhələli şəkildə araşdırıla bilər MÜNASİBƏT BİLDİRİLDİ

18 İyun 2025 17:16see118

Survivor dan qazancı məlum oldu

18 İyun 2025 17:25see116

İrandan mal gətirənlərə PİS XƏBƏR Bahalaşma…

17 İyun 2025 15:54see116

İsrailin İran hədəfləri üçün yeni bombaya ehtiyacı var I Ekspert detalları açıqlayıb

17 İyun 2025 20:19see114

Ermənistan polisi rusiyalı iş adamı Samvel Karapetyanın evində axtarışlara başlayıb

17 İyun 2025 18:51see114

SEPAH İsrailə qarşı “10 cu dalğa”ya BAŞLADI

17 İyun 2025 20:38see114

Şoyqunun Pxenyan səfərinin səbəbi məlum OLDU

17 İyun 2025 15:45see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri