Icma.az
close
up
RU
NATO da böyük dəyişiklik olacaq

NATO da böyük dəyişiklik olacaq

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


NATO yenidən təşkil olunacaq. Belə bir təşəbbüslə təşkilatın baş katibi Mark Rutte çıxış edib. Buradan belə anlaşılır ki, alyansın həm də genişmiqyaslı təşkili onun Brüsseldəki qərargahında onlarla vəzifənin ixtisarı ilə nəticələnəcək.
Reyting.az
xəbər verir ki, qərar ABŞ prezidenti Donald Trampın Vaşinqtonun NATO-dan çıxa biləcəyi ilə bağlı getdikcə daha səs-küylü bəyanatları və təşkilatda səmərəliliyin artırılması çağırışları fonunda qəbul edilib.
Səkkiz beynəlxalq departamentdən ikisinin - İctimai Diplomatiya Şöbəsinin (NATO-nun mətbuat xidməti) və İcraçı İdarəetmə Şöbəsinin (kadrlara cavabdeh) ləğvi gözlənilir.
Bundan başqa, müvafiq strukturlara rəhbərlik edən baş katibin köməkçisi vəzifələri də ləğv edilir.
Onlarla əməkdaş işini itirəcək, onların bəziləri yəqin ki, başqa vəzifələrə keçiriləcək və ya yenidən müqavilə əsasında işə götürüləcəklər.

M. Rutte
Bildirilir ki, bu addımlar NATO-nun “fəaliyyətinin optimallaşdırılmasına” və qərarların qəbulunda çevikliyin artırılmasına yönəlib.
M. Rutteni Amerika prezidentinə təsir etmək bacarığına görə “Trampın pıçıltıçısı” adlandırırlar. Onun vəzifəsi ABŞ-ı iqtisadi səmərəliliyi qoruyaraq NATO strukturunda qalmağa inandırmaqdır.
“Rutte öz prioritetlərinə uyğun olaraq dəstək heyətinin strukturunu dəyişir. Yəni müdafiəyə yenidən investisiya və maksimum səmərəlilik gətirməyə çalışır”,- deyə təhlükəsizlik üzrə tədqiqatçı Alexander Mattelaer bildirib.
Ruttenin islahatlarının NATO-nun Haaqa sammiti zamanı mühüm arqument olacağı gözlənilir. Burada alyansın qlobal qeyri-sabitlik kontekstində gələcək fəaliyyətləri - xüsusilə Ukraynadakı müharibə və Yaxın Şərqdəki münaqişə - müzakirə olunacaq.
Xatırladaq ki, Donald Tramp prezidentliyi dövründə NATO müttəfiqlərini müdafiə xərclərinin yetərli olmamasına görə dəfələrlə tənqid edib. O, hələ yenidən prezident seçilməzdən əvvəl deyib ki, alyansa üzv ölkələr müdafiə xərclərini artırmasalar, ABŞ NATO-dan çıxacaq.
2024-cü ildə Tramp “maliyyə ödəməyən” üzv ölkələri müdafiə etməyəcəyini bildirib, hətta onları hədələyib də: “Rusiyaya deyəcəyəm: nə istəyirsən, et”.
Y. QACAR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 İyun 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see499

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see429

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see268

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see268

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see252

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see234

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see226

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see224

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see224

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see217

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see204

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see188

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see187

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see184

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see183

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see183

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see182

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see178

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri