Icma.az
close
up
RU
“İRANDA REJİM DƏYİŞİKLİYİ ÇƏTİN GÖRÜNÜR...” “ABŞ İranda bu iki variant arasında seçim edəcək”

“İRANDA REJİM DƏYİŞİKLİYİ ÇƏTİN GÖRÜNÜR...” “ABŞ İranda bu iki variant arasında seçim edəcək”

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanlılar ən böyük milli toplum olsalar da, separatizm göstərmirlər”

“ABŞ İrana müdaxilə barədə artıq qərar verib. Onlar sadəcə, hansısa əlavə faktor və indikatorların yaranmasını gözləyirlər ki, müharibəyə qoşulsunlar”.

“AzPolitika” xəbər verir ki, bunu tanınmış yəhudi əsilli rusiyalı jurnalist və politoloq Sergey Auslender “Qrem” kanalına müsahibəsində deyib.

O qeyd edib ki, ABŞ-nin bu müharibədə iştirakı qaçılmazdır və bunun reallaşması həftələr, yaxud aylar deyil, saatlar, ya da uzağı bir neçə gün məsələsidir: “Amerikalılar Yaxın Şərqdəki bazalarına, eləcə də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi qonşu ölkələrə İranın zərbə endirmək imkanının tükənməsini gözləyirlər. Çünki coğrafi cəhətdən onlar İrana çox yaxındır və İsrail kimi güclü HHM sistemlərinə malik deyillər”.

Auslender qeyd edib ki, ABŞ müharibədə iki formada - geniş və nisbətən məhdud formada iştirak edə bilər. Onun dediyinə görə, ikinci halda İsrail İranın HHM sistemlərini, raket qüvvələrini və s. tam sıradan çıxarandan sonra ABŞ-nin ağır strateji bombardmançıları dövrəyə girərək, Fordo başda olmaqla, İranın yeraltı nüvə obyektlərinə sarsıdıcı zərbələr endirəcək: “Sonra da deyəcəklər ki, biz qalib gəldik”.

Auslender İranda mümkün hakimiyyət dəyişikliyi məsələsinə də toxunub. Onun fikrincə, xarici müdaxilənin hakimiyyətin taleyinə təsiri ziddiyyətli ola bilər: “Çoxları başa düşmür ki, xarici müdaxilə rejimin dağılması məsələsində əks təsir də göstərə bilər, əhali rejimin ətrafında birləşər və sair. Hərbi məğlubiyyətə gəlincə, məsələn, Səddam Hüseyn 1991-ci ildə ilk Körfəz müharibəsində məğlub olsa da, 2003-cü ilə qədər müvəffəqiyyətlə hakimiyyətdə otura bilmişdi. Amerikalılar növbəti dəfə gəlməyincə, repressiyalar və digər yollarla hakimiyyətini saxlamışdı. Yəni, diktaturalarda hərbi məğlubiyyət hələ heç də birmənalı olaraq, hakim rejimin mütləq devriləcəyi anlamına gəlmir.

İrana gəlincə, qarşıda çətin seçim var. Əgər rejim devrilsə, bunun nəzarət edilməsi mümkün olmayan kədərli nəticələri ola bilər. Bu, İraq ssenarisi deməkdir. Lakin daha pis və böyük miqyasda. İkinci variant rejimin hərbi potensialını tam məhv etmək, nüvə proqramını sıfırlamaq və beləliklə də əsas “zəhərli dişini” çıxarmaqdır. Bundan sonra onlar xüsusi böyük və ciddi təhlükə doğurmayacaqlar. Amerikalılar bu variantlardan birini seçməli olacaqlar”.

Politoloq qeyd edib ki, ən ideal variant təbii olaraq İranda siyasi dəyişikliklərin baş verməsi, rejimin dinc yolla dəyişməsidir. Lakin İranda və ondan kənarda bunu edə biləcək müxalifət, siyasi qüvvə yoxdur. Onun dediyi kimi, məsələn, Suriyada hazırda prezident kürsüsündə oturan Əhməd əş-Şara (Colani) kimi İranda, yaxud onun ətrafında siyasi, hərbi nüfuzu olan fiqur və qüvvə yoxdur. Keçmiş İran şahının oğlu Rza Pəhləvini “dekorativ fiqur” adlandıran Auslender onu ciddi qüvvə hesab etmədiyini və onun siyasi perspektivinin olmadığını deyib: “Düzdür, orada Pakistanla sərhəddə bəluclar var ki, mütəmadi olaraq rejimlə döyüşürlər. Kürdlər var… Azərbaycanlılara gəlincə, onlar İranda ən böyük milli toplum olsalar da, çox sülhsevərdilər. Onlar heç vaxt separatizm nümayiş etdirməyiblər. Bəli, muxtariyyət, məktəb, dil məsələlərini qaldırırlar. Lakin hakimiyyətin dəyişdirilməsi, devrilməsi kimi tələblərinə rast gəlinmir. Ona görə də İranda rejim, hakimiyyət dəyişikliyi məsələsi çətin görünür”.

C.Məmmədli

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 İyun 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri