İkinci əl avtomobil alanlara VACİB TÖVSİYƏ: “Bunları etməsəniz, başınız ağrıyacaq” KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda ikinci əl avtomobil bazarı ildən-ilə genişlənir. Qiymətlərin yeni avtomobillərlə müqayisədə daha münasib olması və sərfəli şərtlərlə satış təklifləri bu bazarı daha da cazibədar edir. Lakin mütəxəssislər bildirir ki, ikinci əl avtomobil alarkən bəzi vacib məqamlara diqqət yetirilməzsə, bu, alıcını ciddi maliyyə itkiləri ilə üz-üzə qoya bilər.
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov KONKRET.az-a açıqlamasında bildirib ki, avtomobil alarkən ilk növbədə onun sənədlərinə diqqət yetirilməlidir.
“Avtomobilin kimin adına rəsmiləşdiyi, üzərində cərimə olub-olmadığı və sənəddəki ban nömrəsinin avtomobilin üzərindəki ilə uyğun gəlib-gəlmədiyi yoxlanmalıdır. Bu, ən əsas məsələlərdəndir”.
Ekspert qeyd edir ki, hazırda texnologiyaların inkişaf səviyyəsi o həddə çatıb ki, avtomobilə yalnız gözlə baxmaqla onun əvvəl hansı problemlərlə üzləşdiyini müəyyən etmək mümkün deyil.
“Bu səbəbdən də, avtomobilin xüsusi kompüter diaqnostikasından keçirilməsi vacibdir. Avtomobili servis mərkəzinə aparıb peşəkar ustaların baxışından keçirmək olar. Onlar avtomobildə mövcud olan nasazlıqları müəyyən edərək alıcıya ətraflı məlumat verməlidirlər ki, sonradan gözlənilməz problemlərlə üzləşməsinlər. Alıcı avtomobilin əvvəlcədən hansı xərclər tələb etdiyini bilməlidir”.
E. Cəfərov sonda vurğulayıb ki, yalnız satıcının sözünə inanaraq avtomobil almaq doğru deyil. Mütləq şəkildə texniki baxış və sənəd yoxlaması aparılmalıdır.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 30 Aprel 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















