Icma.az
close
up
RU
Bunları etsəniz, qarlı havada maşınınız toqquşmaz Avtomobil ustasından TÖVSİYƏ

Bunları etsəniz, qarlı havada maşınınız toqquşmaz Avtomobil ustasından TÖVSİYƏ

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qarın yağmasına çoxumuz sevinsək də, bəziləri üçün yaxşı sonlanmadı. Söhbət qəza edən avtomobil sürücülərindən gedir. Qarlı-buzlu yollarda bəziləri qəzanı özü törətsə də, bəziləri isə istəmədən yol-nəqliyyat hadisəsinin iştirakçısına çevrilib. Yəni sürüşmə nəticəsində toqquşmalar, maneələrə çırpılma halları baş verib.

Bəs bu maşınların ən çox hansı hissələri əzilib? Belə hallarla rastlaşmamaq üçün sürücülər nəyə diqqət yetirməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan maşın ustası Murad Yunusov bildirdi ki, toqquşma zamanı ən çox ilk növbədə avtomobilin ön hissəsi zərbə alır:

"Qarlı havada sürüşkən yolda bamperlərin ciddi zərər görməsi mümkündür. Bu, həm də arxa hissəyə aiddir. Suspensiya hissəsi, hansı ki, bir çoxumuz buna asqı deyirik. Toqquşmada çox böyük rol oynayır, çünki yol şəraiti sabit olmayanda, məsələn, qarda sürüşərkən zərbə daha böyük ola bilər. Əyilmələr, hətta asqı hissələrinin sınması mümkündür. Toqquşmalar zamanı fənərlər və arxa işıqlar tez-tez zərər görür, çünki bunlar maşının ən həssas hissələrindəndir. Təkərlər də qarda sürüşərək və ya anormal sürətlənmə nəticəsində zədələnə bilər. Əgər toqquşma güclü olarsa, radiatorun zədələnməsi və ya mühərrikin yerləşdiyi yerin təhrif olması mümkündür".

Ustanın sözlərinə görə, qarlı hava şəraitində yolda sürüşmə ehtimalı yüksək olduğu üçün sürəti çox artırmamaq vacibdir.

"Yavaş və diqqətli sürmək, yolda olan dəyişikliklərə vaxtında reaksiya verməyə imkan yaradır. Qarlı və buzlu havada, uyğun təkərlərlə sürmək çox önəmlidir. Qış təkərləri həm dayanma məsafəsini azaldır, həm də daha yaxşı tutuş təmin edir. Təkərlərin hava təzyiqinin düzgün olduğuna əmin olmaq da vacibdir, çünki aşağı təzyiq sürüşkənlik riskini artırır. Sürüşkən yolda qəflətən yön dəyişdirməmək, ani əyləc etməmək, yumşaq və tədricən sürəti azaltmaq çox vacibdir. Əyləc məsafəsi qarlı yolda çox artır, buna görə irəlidəki maşına yaxınlaşmamaq və təhlükəsiz məsafəni saxlamaq lazımdır. Bütün bu tədbirləri nəzərə alaraq və ehtiyatlı sürərək qarlı havada avtomobil toqquşmalarının qarşısını almaq mümkündür", - deyə Murad Yunusov qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Fevral 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri