Icma.az
close
up
RU
İkinci əl avtomobil alarkən bu tələlərə düşməyin

İkinci əl avtomobil alarkən bu tələlərə düşməyin

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda, xüsusilə də Bakı şəhərində ikinci əl avtomobil bazarı hər zaman aktivdir, lakin bu bazardan maşın almaq bəzən “lotereya” oynamağa bənzəyir.

Azpost.info bildirir ki, işlənmiş avtomobillərin gizlədilən və ya sonradan üzə çıxan problemləri alıcıya maşının dəyərindən daha baha başa gələ bilər.

“İkinci əl” avtomobillərin əsas problemləri nələrdir?

Yürüşün (“probeq”in) geri çəkilməsi: Bu, bazarda ən çox rast gəlinən kütləvi problemdir. Avtomobilin real aşınmasını gizlətmək üçün odometr göstəriciləri xüsusi proqramlarla azaldılır.

“Utopka” və ya ağır qəza tarixçəsi: Xaricdən (xüsusilə ABŞ, Gürcüstan və ya Koreyadan) gətirilən bəzi avtomobillər suda batmış (utopka) və ya ağır qəzalı olur. Bu maşınlar kosmetik olaraq bərpa edilsə də, gələcəkdə elektronika və paslanma problemləri qaçılmaz olur.

Sürət qutusunun (“karobka”) və mühərrikin gizli qüsurları: Müəyyən qatqı maddələri (aşqarlar) vasitəsilə mühərrikin tüstü verməsi və ya karobkanın vurması müvəqqəti olaraq gizlədilir. Avtomobil bir neçə min kilometr sürüldükdən sonra bu problemlər yenidən baş qaldırır.

Hava astıqlarının (Airbag) olmaması: Qəza zamanı açılmış hava yastıqlarının yerinə yenisi qoyulmur, sadəcə panel bərpa edilir və beyindən səhv (error) silinir. Bu isə birbaşa həyati təhlükədir.

Müştəri işlənmiş avtomobil alarkən nəyə diqqət etməlidir?

Avtomobil alarkən aldanmamaq üçün prosesi iki mərhələyə bölmək lazımdır: İlkin vizual baxış və Peşəkar diaqnostika.

İlkin Baxış Zamanı (Özünüz nəyi yoxlaya bilərsiniz?)

Kuzovun cizgiləri və rəng fərqi: Qapıların, kapotun və yük yerinin (baqajın) birləşmə xətlərinə (şşotlarına) baxın. Arasındakı məsafə eyni olmalıdır. Günəş işığında detalların rəng çalarlarını müqayisə edin.

Salonun aşınma səviyyəsi: Sükanın, sürət qutusu başlığının, sürücü oturacağının və pedalların rezinlərinin vəziyyətinə baxın. Əgər maşının yürüşü 80.000 km göstərilibsə, lakin sükan tamamilə sürtülüb sıradan çıxıbsa, probeqin geri çəkildiyindən şübhələnə bilərsiniz.

Şüşələrin istehsal tarixi: Avtomobilin bütün şüşələrinin küncündəki zavod möhürlərinə və istehsal tarixlərinə baxın. Əgər bir şüşənin tarixi digərlərindən fərqlidirsə, deməli həmin hissədən zərbə dəyib və şüşə dəyişdirilib.

Rəsmi və sənədli yoxlanış (Mütləq edilməli olanlar)

VIN Kod (şassi nömrəsi) ilə yoxlama: Əgər avtomobil xaricdən gətirilibsə, onun VIN kodunu mütləq “Carfax” və ya analoji sistemlərlə yoxlayın. Maşının xaricdəki qəza vəziyyətini, rəngini və real probeqini bura yazaraq birbaşa görə bilərsiniz.

Yol Polisi (DYP) Bazası: Avtomobilin üzərində ödənilməmiş radarların, həbs (arest) qərarının və ya lizinq borcunun olub- olmadığını dəqiqləşdirin.

 Servis diaqnostikası (Ustada yoxlama)

Heç vaxt satıcının “öz ustasının” yanına getməyin. Avtomobili müstəqil və güvəndiyiniz bir servisə apararaq aşağıdakıları tələb edin:

Kompüter Diaqnostikası: Beyində silinmiş gizli səhvlər və airbagların yerində olub-olmaması yoxlanılır.

Kuzov və rəng ölçən (Tolşinomerd): Detalların üzərindəki rəng və şpaktlyovka qatı yoxlanılır.

 Asqı sistemi (“Xodovoy”): Maşın qaldırıcıya (podyomnikə) qaldırılmalı, altdan gələn zərbələr, yağ sızmaları və korroziya (pas) yoxlanılmalıdır.

Qızıl qayda nədir? Bazarda eyni modelin orta qiymətindən xeyli ucuz təklif olunan avtomobillərə şübhə ilə yanaşın. Keyfiyyətli, vaxtı-vaxtında servis qulluğu görmüş və sənədləri qaydasında olan avtomobil heç vaxt dəyərindən çox ucuz satılmaz.

S.Abdulla

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 İyun 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see307

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see297

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see281

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see279

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see273

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see271

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see253

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see224

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see219

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see219

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see216

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see213

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see207

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see203

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see197

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see194

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see191

Yuxusuz gecədən sonra bunu edin

15 Noyabr 2026 02:02see188

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see180

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri