İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır?
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
Son illər Azərbaycanda xarici saytlar vasitəsilə avtomobil sifariş etmək kütləvi hal alıb. Vətəndaşlar daha çox ikinci əl və ya qəzalı nəqliyyat vasitələrini münasib qiymətə alaraq ölkəyə gətirirlər.
Lakin bu prosesin uzun zaman aparması yerli bazarda yeni bir seqmentin – belə avtomobillərin satışını həyata keçirən saytın yaranmasına gətirib çıxarıb. Bu kateqoriyada üstünlük təşkil edən Çin istehsalı olan qəzalı avtomobilləri almaq nə dərəcədə doğrudur?
Avtobloqer Araz Mübarizoğlu bildirib ki, seçim zamanı avtomobilin zədə dərəcəsinə xüsusi diqqət yetirilməlidir:
“Biz yeni Çin avtomobillərini təqdim və ya reklam edəndə bu, birmənalı qarşılanmır, bəzən kəskin tənqid olunuruq. Lakin burada əsas məsələ avtomobilin qəza tipidir. Məsələn, ABŞ-dən gələn maşınların əksəriyyəti qəzalı olur. Lakin qapıda kiçik bir cızıq və ya yüngül əzik ciddi problem deyil, usta tərəfindən bir gün ərzində bərpa oluna bilər”.
O vurğulayıb ki, yüngül zədələr qorxulu olmasa da, avtomobilin gövdəsi ciddi deformasiyaya uğrayıbsa, belə nəqliyyat vasitələrini almaq risklidir.
https://www.youtube.com/watch?v=RXpSOPi93is
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 23 Mart 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















