Icma.az
close
up
RU
İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR Bu aylarda qiymətlər ucuzlaşacaq KONKRET

İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR Bu aylarda qiymətlər ucuzlaşacaq KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Yay mövsümündə Azərbaycanda avtomobil bazarında müəyyən durğunluq müşahidə olunur. Bu dövr ərzində istər ənənəvi avtomobil bazarlarında, istərsə də salonlarda fəallığın nisbətən azalması əsasən əhalinin tətil dövründə olması ilə izah edilir. “

Bu fikirləri nəqliyyat eksperti Eldəniz Cəfərov KONKRET.az-a açıqlamasında səsləndirib:

Nəqliyyat eksperti bu durğunluğun müvəqqəti xarakter daşıdığını və sentyabr ayından etibarən bazarın yenidən canlanacağını proqnozlaşdırır.

“Avtomobil elə bir məhsuldur ki, onu fiziki olaraq görmədən almaq çətindir. Bu səbəbdən onlayn platformalarda elanların sayı artsa da, alıcılar yenə də birbaşa olaraq avtomobil salonlarına və bazarlara üz tuturlar.

Qiymət trendlərinə gəldikdə isə, hal-hazırda mühərrik həcmi 3000 kubsantimetr və ondan yuxarı olan benzin və dizel mühərrikli avtomobillərin qiymətində təxminən 10 faiz enmə müşahidə olunur. Buna baxmayaraq, ümumi bazarda kəskin ucuzlaşma gözlənilmir”.

Mütəxəssis hesab edir ki, payız aylarında həm təklifin, həm də tələbin artması fonunda avtomobil bazarında daha yüksək fəallıq müşahidə olunacaq.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası idarə heyətinin sədri Eyyub Əliyev isə bildirir ki, son dövrlərdə ikinci əl avtomobil bazarında ciddi dəyişikliklər müşahidə olunur.

“ Əvvəllər ənənəvi avtomobil bazarlarına üz tutan vətəndaşlar indi getdikcə daha çox sosial şəbəkələr və onlayn platformalar vasitəsilə avtomobil alqı-satqısına üstünlük verirlər. Artıq insanlar avtomobillərini həm almaq, həm də satmaq üçün fiziki bazarlara getmək əvəzinə internet üzərindən, hətta gecə saatlarında belə bu prosesi həyata keçirirlər.

Qiymətlər isə adətən ənənəvi bazarlara nisbətən daha aşağı olur. Bu da o deməkdir ki, süni qiymət artımları aradan qalxır və bazar real qiymətlərlə tənzimlənməyə başlayır.

İkinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə 35-40 faizədək enmələr qeydə alınır. Xüsusilə yaşı 8-10 ildən çox olan və mühərrik həcmi böyük olan avtomobillərin qiymətləri real bazar mexanizmi ilə formalaşır”.

Ekspert hesab edir ki, bu tendensiya davam edəcəyi təqdirdə, ənənəvi avtomobil bazarlarının gələcəyi sual altına düşə bilər. Artıq alıcılar vaxt sərf edib bazarda axtarış aparmaq əvəzinə, internet üzərindən sürətli və rahat şəkildə avtomobil alqı-satqısını həyata keçirirlər”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 İyun 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri