Icma.az
close
up
RU
İkinci hissədə Hayduk anladı ki... Aslan Kərimov

İkinci hissədə Hayduk anladı ki... Aslan Kərimov

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Hayduk"u qəbul edən "Zirə" 1:1 hesablı heç-heçə ilə diqqət mərkəzinə düşdü. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayaraq "Neftçi Arena"da reallaşan görüşü dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Hayduk"un gücünə bələd idim. Əslində, oyunun ikinci hissədəki kimi keçəcəyini gözləyirdim. Fasilədən sonra nəyə qadir olduqlarını ortaya qoydular. "Zirə" oyuna yaxşı hazırlaşmışdı. Birinci hissədə rəqibin kombinasiyalı hücum qurmasına imkan vermədi. Komandamız boşluqları çox yaxşı bağlayır, "Hayduk"un hücum təşkil etməsinə inamla mane olurdu. "Zirə" bununla kifayətlənmir, özü də kəsərli həmlələr təşkil etməkdən çəkinmirdi. Belə hücumların birində qol vurmağı bacardılar. Razılaşaq ki, ilk yarı "Zirə"nin tam üstünlüyü şəraitində keçdi. Düzdür, qol vəziyyətləri çox olmadı, amma meydan sahibləri oyunu nəzarətdə saxlaya bildilər. Təəssüf ki, qolu vuran futbolçu - Brahim Konate zədələndi və məcburi dəyişiklik qaçılmaz oldu. 

İkinci hissədə "Hayduk" anladı ki, kombinasiyalı hücumlar qurmaqda çəkinlik çəkir və belədə, oyunçuların fərdi keyfiyyətlərindən daha çox istifadə etməyə başladılar. Birəbir epizodlarda hər uğurlu keçid qonaqların təhlükəli görünməsi ilə nəticələnirdi. Belə cəhdlərin birində hesabı bərabərləşdirdilər. Hərçənd "Zirə"nin də fərqlənmək üçün imkanı oldu. Rövlan Muradovun özünəməxsus zərbələrindən biri qolla nəticələnə bilərdi. Onun uzaq məsafədən endirdiyi zərbə zamanı top dirəkdən qayıtdı.

"Zirə" birinci qarşılaşmada yaxşı performansla diqqət çəkdi. İkinci matç daha çətin olacaq. Bəlli məsələdir ki, "Hayduk" Splitdəki görüşdə olduqca inamlı futbol sərgiləyəcək. Azərbaycan komandası ikinci oyunda Bakıdakı qarşılaşmanın birinci hissəsində ortaya qoyduğu futbolu oynasa, uğurlu nəticə qazana, mərhələni adlaya bilər. Bəli, cütün favoriti "Hayduk"dur. Ancaq şanslar belə desək, 55-in 45-ədir. "Zirə" ikinci yarıda yol verdiyi bəzi səhvləri təkrarlamasa, oyuna maksimum köklənsə, mərhələ adlamaq şansları bir qədər də artar".

Nihat  

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://fanat.az
archiveBu xəbər 24 İyul 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri