Icma.az
close
up
RU
“İkipilləli Buraxılış Sistemi”

“İkipilləli Buraxılış Sistemi”

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gömrük əməliyyatları sadələşdiriləcək

Azərbaycanda gömrük əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi, əlçatanlığın və şəffaflığın artırılması məqsədilə”İkipilləli Buraxılış Sistemi” layihəsinin tətbiqi nəzərdə tutulur. Yeni sistem gömrük keçid məntəqələrində saxlama məsrəflərinin minimuma endirilməsi və məhsulların istehlakçılara daha operativ şəkildə çatdırılmasını təmin etmək məqsədi daşıyır. Bu layihə xarici ticarət iştirakçılarına malların saxlanılması xərclərinin azaldılması, malların buraxılışının və istehlakçıya ünvanlanmasının sürətləndirilməsi, daha əlverişli biznes şəraitinin yaradılması kimi üstünlüklər təqdim edəcək. İlin sonuna kimi tətbiqi nəzərdə tutulan sistem xarici ticarət iştirakçılarına idxal əməliyyatları zamanı gömrük ödənişlərini malların buraxılışından etibarən 30 gün ərzində ödəmək imkanı yaradacaq.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bildirib ki, gömrük-biznes münasibətlərinin tərəfdaşlıq prinsipləri əsasında qurulması, biznes subyektlərinin məmnunluğunun təmin edilməsi gömrük xidmətinin əsas strateji hədəflərindən biridir. Gömrük orqanları müxtəlif platformalarda sahibkarlarla səmərəli, işgüzar dialoqun qurulmasına, gömrük sistemində tətbiq ediləcək yeniliklərin, layihələrin biznes nümayəndələri ilə birlikdə müzakirə edilərək onların təklif və rəylərinin öyrənilməsinə xüsusi önəm verir. Gömrük sahəsində əməliyyatların asanlaşdırılması və ticari prosedurların sadələşdirilməsi ilə bağlı davam etidirilən islahatlar da məhz biznesin təklif və rəylərinə əsaslanır.

Sərhəd məntəqlərində maneəsiz keçid

Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməklə, beynəlxalq nəqliyyat dəhlizlərində sürətli və maneəsiz keçidlərin təmin ediılməsində də fəal rol oynayır, bu məqsədlə müasir infrastrukturlar qurur, Orta Dəhlizin daşınma qabiliyyətinin gücləndirilməsi üçün tərəfdaşları ilə birgə hüquqi-institisional mexanizmlər hazırlayır. Bunun nəticəsidir ki, ölkəmizin ərazisindən keçən daşınmaların həcmi durmadan artır. Məsələn, 2025-ci ildə Orta Dəhliz vasitəsilə yükdaşımalar 11 faiz, Şimal-Cənub dəhlizi üzrə isə 12 faiz artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi nəticəsində illik ötürücülük qabiliyyəti 5 milyon tona çatdırılıb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücü daha da artırılıb və 2025-ci ildə Bakı Limanında konteyner aşırılması əvvəlki illə müqayisədə 40 faiz yüksələrək 107 mini keçib. Hazırda Limanın yükötürmə gücünün 25 milyon tona çatdırılması istiqamətində işlər davam etdirilir.

Zəngəzur Dəhlizinin istifadəyə verilməsi isə Avropa ilə Mərkəzi Asiya arasında etibarlı quru əlaqəsi yaratmaqla yanaşı, Azərbaycandan keçən yüklərin həcmini qat-qat artıracaq.

Eləcə də, Şimal-Cənub və digər dəhlizlərdə nəqliyyat və logistika imkanlarını artıran Azərbaycan dövləti beynəlxalq daşınmaların daha asan və sürətli keçidlərini təmin etmək üçün sərhəd-keçid məntəqlərində gömrük rejimini daha da sadələşdirməyi hədəfləyir.

10 ölkə ilə ticarət sazişi imzalanıb

Gömrük xidmətində davamlı çevik alətlərin tətbiqinin genişləndirilməsi, gömrük inzibatçılığının səmərəliliyinin artırılması üzrə həyata keçirilən fəaliyyətin mərkəzində məhz rəqabət mühitinin möhkəmlənməsi, xidmət keyfiyyətinin daha da yüksəldilməsi dayanır. Rəqəmsal tranzit sisteminə əsasən, ticarət prosedurlarının optimallaşdırılması və sərhəd-keçid sisteminin modernləşdirilməsi də nəzərdə tutulur. Bu sistemin əsas məqsədi Azərbaycanın xarici ticarət əlaqələrinin genişləndirilməsini təmin etməkdir. Hazırda Azərbaycan 10 ölkə ilə ticarət sazişi imzalayıb. Həmin sazişlər beynəlxalq ticarətin daha da genişlənməsinə imkan verir. Rəqəmsal həllərin tətbiqi isə ölkəmizin qlobal ticarət zəncirinə daha çevik inteqrasiyasını təmin edəcək. Eyni zamanda, qeyri-qanuni dövriyyə ilə mübarizə, subyektivlik risklərinin azaldılması və biznes mühitində bərabər rəqabət şəraitlərinin təmin olunması prioritetlər sırasındadır. İnsan kapitalının inkişafı, data əsaslı qərar qəbul etmə, “yaşıl gömrük” təşəbbüsləri və rəqəmsal transformasiya müasir idarəetmənin əsas elementləri olaraq qalacaq.

Avtoburaxılış sisteminə keçid

Azərbaycan gömrüyü avtoburaxılış sisteminə keçməyi əsas hədəflərdən biri hesab edir. Sahibkarlıq subyektlərinin bəyannamələrinə müəyyən limit çərçivəsi qoyulmaqla avtoburaxılış sisteminə keçməyi nəzərdə tutulur. Yeni rəqəmsal alətlər gələcəkdə artıq etibarlı tərəfdaş olan sahibkarlıq subyektlərinin bəyannamələrini müəyyən limit çərçivəsi qoymaqla avtoburaxılış sisteminə keçirməyə imkan verəcək. Eyni zamanda, gömrük orqanları Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) yeni versiyasının tətbiqinə başlayıb. Gömrük orqanları qabaqcıl texniki nəzarət vasitələrinin tətbiqini də genişləndirir ki, bu da tranzitin həcminə təsir edir.

Orta Dəhlizdə ticarət prosedurlarının asanlaşdırılması

Yeri gəlmişkən, sadələşdirilmiş gömrük keçidlərinin yaradılması Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında da başlıca məqsədlərdən biri kimi müəyyən edilib. Bir neçə gün əvvəl Bakıda keçirilən TDT-nin Hökumət Başçılarının/Vitse-prezidentinin İkinci Görüşündə bu məsələyə toxunulub. Bildirilib ki, nəqliyyat və logistika xərcləri, uzun məsafələr, sənədlərin yoxlama müddətləri, gömrük və tranzit prosedurları son nəticədə tranzit daşınmalarındakı intensivliyə təsir göstərir. Ona görə də, türk dövlətləri müəyyən etdikləri “Türk Dünyasına Baxış 2040” strateji sənədinə uyğun olaraq, Orta Dəhliz boyunca gömrük və ticarət proseslərini asanlaşdırmağı hədəfləyib. Həmin hədəflər çərçivəsində Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması və “Bir pəncərə” prinsipinin tətbiqi başlıca yer tutur. Həmçinin, vahid gömrük informasiya sisteminin yaradılması, ortaq risklərin idarə edilməsi mexanizmlərinin formalaşdırılması, elektron ticarət sahəsində innovativ texnologiyaların və vahid bəyannamə sisteminin tətbiqi əsas prioritetlərdəndir.

Asan gömrük dəhlizinin yaradılması

TDT-nin yeni iqtisadi baxış siyasətinə əsasən, ölkələr arasında rəqəmsal azad ticarət rejiminin təmin olunması da əsas prinsiplərdən biridir. Tərəflər arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasına dair imzalanmış Sazişə əsasən, türk dövlətlərinin apardığı ticarət əməliyyatları zamanı gömrük prosedurlarının asanlaşdırılması, qarşılıqlı ticarətin elektronlaşdırılması üzrə rəqəmsal məlumat mübadiləsinin həyata keçirilməsi də nəzərdə tutulur. Eləcə də, Preferensial (qarşılıqlı güzəşt) qaydalar əsasında məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, iqtisadi əlaqələrin və ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılması da əsas məqsədlərdən biridir. Bu, üzv ölkələr arasında  qarşılıqlı olaraq ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması deməkdir. Nəticədə, yeni gömrük qaydaları sərhədkeçmə prosedurlarını asanlaşdırmaqla, vaxt və müddətləri qısaldacaq, türk dünyası arasında ticarətin optimallaşması baş verəcək. Sadələşdirilmiş gömrük dəhlizinin yaradılması TDT-nin ən mühüm hədəflərindən biri olan ticarət dövriyyələrinin həcmlərinin artırımasına imkan yaradacaq.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Aprel 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1019

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see509

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see411

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see318

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see316

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see290

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see253

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see223

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see215

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see211

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see186

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri