İkiqat olimpiya çempionu dirəklə tullanma üzrə dünya rekordunu 14 cü dəfə yeniləyib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 15 sentyabr, AZƏRTAC
İsveçli ikiqat olimpiya çempionu Armand Duplantis dirəklə tullanmada 14-cü dəfə yeni dünya rekordu müəyyənləşdirib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, o, buna Yaponiyanın paytaxtıTokio şəhərində keçirilən dünya çempionatında 6,30 metr hündürlüyə tullanmaqla nail olub.
İdmançı üçüncü cəhdində rekord hündürlüyə çatıb. Onun əvvəlki rekordu bu ilin avqust ayında reallaşıb - 6,29 metr.
Qeyd edək ki, A.Duplantis Tokioda 3-cü dəfə dünya çempionu olub.

İkiqat Olimpiya çempionu xəstəxanaya yerləşdirilib
14 May 2025 16:37
İkiqat olimpiya çempionu karyerasını bitirir
07 İyul 2025 10:02
Karate üzrə ikiqat dünya çempionu öldürülüb
05 Fevral 2025 12:52
Fiqurlu konkisürmə üzrə ikiqat Olimpiya çempionu vəfat edib
31 Yanvar 2025 14:15
İkiqat olimpiya çempionu dünya çempionatına gedə bilməyəcək
11 Sentyabr 2025 00:49

