Icma.az
close
up
RU
İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var

İkisi həbsdə, ikisi azadlıqda olan İbrahimovların milyondan çox vergi borcu var

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

ATV kanalının sabiq prezidenti, hazırda həbsdə olan Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı Ağac Emalı” ASC-nin dövlət büdcəsinə 316 min 96 manat 75 qəpik vergi borcu yaranıb. Avtosfer.az "Yeniavaz"a istinadən xəbər verir ki, nizamnamə kapitalı 679 min 574 manat olan ASC-nin qanuni təmsilçisi İbrahimov Nəriman Həsən oğludur.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında "Bakı Ağac Emalı” ASC-nin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayış baş verib. Bir ildən çox davam edən istintaqdan sonra "Bakı Ağac Emalı” ASC-nin faktiki sahibi olan Tağı İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Tağı İbrahimov tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin və Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır.

Onu da qeyd edək ki, Tağı İbrahimovun başqa bir qardaşı Sahib İbrahimov da 2022-ci ildə Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub və ona 6 il 9 ay azadlıqdan məhrum edilmə cəzası verilib.

Uzun illər Hacı İbrahim Nehrəmlinin (İbrahimov İbrahim Hüseyn oğlu) rəhbərlik etdiyi "Avesta Konserni” MMC-nin (VÖEN – 0200020201) isə hazırda dövlət büdcəsinə böyük həcmdə – 774 min 794 manat 96 qəpik vergi borcu var. 1996-cı ildən fəaliyyət göstərən "Avesta Konserni” şirkətinin hazırda qanuni təmsilçisi Nadirov Araz Ələsgər oğludur.

"Avesta Konserni” MMC ilə eyni ünvanda – Nərimanov rayonu, Teymur Əliyev, ev. Məhəllə 1104-də yerləşən və faktiki sahibi olan Sahib İbrahimov olan "Sahil-D Kompani” MMC-nin (VÖEN – 1300006451) isə dövlət büdcəsinə 11 min 112 manat 46 qəpik vergi borcu var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 İyun 2026 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see384

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see326

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see314

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see253

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see248

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see245

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see242

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see230

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see227

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see223

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see217

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see215

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see211

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see209

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see209

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see202

Dünən bişirilən yeməyi bu gün yemək olarmı?

22 Noyabr 2026 04:06see200

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see200

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see194

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri