Icma.az
close
up
RU
“İkitərəfli münasibətlərin mərhələli şəkildə yumşalması ehtimalı yüksələ bilər”

“İkitərəfli münasibətlərin mərhələli şəkildə yumşalması ehtimalı yüksələ bilər”

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Cənubi Koreyanın Busan şəhərində Donald Tramp və Si Cinpin arasında keçirilən görüş iki qlobal güc mərkəzi arasında birbaşa dialoqun bərpasına işarə edən mühüm hadisə kimi qiymətləndirilə bilər. Görüş nəticəsində ABŞ tərəfi Çindən idxal olunan məhsullara tətbiq etdiyi gömrük rüsumlarının azaldılacağını bəyan edib, Çin isə öz növbəsində ABŞ-dən soya alışını bərpa edəcəyini və nadir torpaq elementlərinin ixracına qoyulmuş məhdudiyyətləri bir il müddətinə təxirə salacağını açıqlayıb”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

O bildirib ki, bu görüş Tramp administrasiyası dövründə ilk dəfə olaraq iki ölkə arasında yaranmış gərginliyin müəyyən dərəcədə azaldılması istiqamətində atılmış müsbət addım kimi dəyərləndirilə bilər: “Beləliklə də, gömrük rüsumlarının azaldılması və nadir torpaq elementlərinin ixrac məhdudiyyətlərinin dayandırılması iqtisadi qarşıdurmanın səviyyəsinin qismən azaldılmasına imkan yaradır. Həmçinin ABŞ və Çin arasında ən yüksək səviyyədə dialoqun bərpası beynəlxalq münasibətlər sistemində əhəmiyyətli hadisə olaraq xüsusi diqqətlə izlənilir. Digər tərəfdən isə atılan addımlar daha çox müvəqqəti xarakter daşıyır. Nadir torpaq elementlərinin ixracına qoyulmuş məhdudiyyətlərin bir illik təxirə salınması tərəflər arasında mövcud olan dərin və mürəkkəb mübahisələrin tam həll edildiyini göstərmir. Daha dəqiq ifadə etsək, strateji və təhlükəsizlik xarakterli məsələlər hələ də gündəliyə daxil edilməyib və bu istiqamətdə konkret razılaşmalar əldə olunmayıb. Bu isə onu göstərir ki, münasibətlərdə müəyyən yumşalma meyilləri müşahidə olunsa da, əməkdaşlıq mərhələsinə keçid haqqında danışmaq üçün çox tezdir”.

A.Qurbanovanın sözlərinə görə, nəticə etibarilə, Busan görüşü ABŞ–Çin münasibətlərində tam yumşalma mərhələsi kimi dəyərləndirilməsə də, mülayimləşmə istiqamətində atılmış mühüm addım hesab edilə bilər: “Strateji məsələlərdə hələlik ciddi irəliləyiş əldə olunmayıb, lakin iqtisadi sahədə real addımların atılması gələcəkdə münasibətlərin sabitləşməsi üçün müəyyən əsas yaradır. Beləliklə də, əgər əldə olunmuş razılaşmaların icrası təmin edilərsə, ikitərəfli münasibətlərin mərhələli şəkildə yumşalması ehtimalı yüksələ bilər”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Noyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri