Humanitar böhran dərinləşir, Rusiyanın hədəfi isə budur
Icma.az, Axar.az saytına istinadən bildirir.
Ukraynanın infrastrukturuna endirilən zərbələr Rusiyanın müharibənin artıq beşinci ilində hələ də əldə edə bilmədiyi məqsədlərinə çatmaq üçün istifadə etdiyi əlavə vasitəyə çevrilib.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşrində məqalə dərc edilib.
Nəşrin yazdığına görə, uzun illərdir enerji obyektlərinə endirilən zərbələr və hava hücumundan müdafiə imkanlarının azalması səbəbindən Ukrayna şəhərləri bu qış müharibə illərinin ən təhlükəli dövrünü yaşayır:
“Ukrayna əvvəlki illərdə, o cümlədən 2025-ci ilin olduqca soyuq qışında çətinliklərə baxmayaraq, vəziyyətə tab gətirməyin yolunu tapa bilib. Lakin bu il vəziyyətin necə inkişaf edəcəyini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Hava şəraiti də müəyyən rol oynayacaq.
Rusiya kritik infrastruktura zərbələr endirməklə ukraynalıların mübarizə əzmini sarsıtmağa və onların həyatını dözülməz hala gətirməyə çalışır. Rusiyanın bu hücum kampaniyası Ukraynada elektrik enerjisi və su təchizatının vaxtaşırı kəsilməsi ilə müşayiət olunan yeni və ağır reallıq yaradır.
Ukraynalı rəsmilərin və humanitar təşkilatların qiymətləndirməsinə görə, böyük şəhərlərin istilik, su və kanalizasiya sistemləri olmadan qalması riski humanitar böhran təhlükəsi yaradır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 17 Noyabr 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















