Icma.az
close
up
RU
İKTA: Azərbaycanda internetin sürəti 54 sponsor server vasitəsilə daha dəqiq ölçüləcək

İKTA: Azərbaycanda internetin sürəti 54 sponsor server vasitəsilə daha dəqiq ölçüləcək

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 20 fevral, AZƏRTAC

“Aztelekom” MMC tərəfindən abunəçilərin internet sürətinin ölçülməsinin optimallaşdırılması məqsədilə şəbəkəyə əlavə 8 ədəd “Ookla sponsor” serveri inteqrasiya edilib.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) AZƏRTAC-a bildirilib ki, bununla da operatorun müxtəlif regionlarda (Bakı, Xırdalan, Şirvan, Şamaxı, Quba, Masallı, Yevlax, Xankəndi, Gəncə və Zaqatala) yerləşən sponsor serverlərinin sayı 10-a, “Bakı Telefon Rabitəsi” MMC-nin serverləri ilə birlikdə isə 12-yə çatdırılıb.

Sponsor serverlərin sayının artırılması işləri İKTA-nın 2025-ci il üzrə internet ölçmə nəticələrinin yaxşılaşdırılması məqsədilə hazırlanmış tədbirlər planı çərçivəsində icra edilib. Tədbirlər planı internet performansının ölçülməsi infrastrukturunun gücləndirilməsi, regional ölçmə nöqtələrinin artırılması və nəticələrin daha obyektiv formalaşdırılmasını nəzərdə tutur.

Qeyd edək ki, ötən il İKTA-nın mütəxəssisləri “Ookla” “Speedtest” serverlərinin qiymətləndirilməsini həyata keçiriblər. Monitorinqlər dövründə ümumilikdə mövcud 38 serverə baxış keçirilərək aşkarlanan nöqsanlar operator və provayderlərə təqdim edilib. Hazırda sponsor serverlərin sayı 54-dür.

“Ookla” şirkəti “Speedtest Index” dünya üzrə internet performansını median yükləmə (download), ötürmə (upload) sürəti və gecikmə (latency) göstəriciləri əsasında formalaşdıran ən geniş istifadə olunan beynəlxalq ölçmə mexanizmlərindən biridir.

Sponsor serverlərin coğrafi olaraq genişləndirilməsi ölçmələrin istifadəçiyə daha yaxın nöqtədə aparılmasını təmin edir. Bu isə gecikmə göstəricilərinin daha real formalaşmasına, regional performansın dəqiq qiymətləndirilməsinə və statistik nəticələrin sabitliyinin artmasına şərait yaradır. Həmçinin operatorun real şəbəkə performansının beynəlxalq indekslərdə daha obyektiv əks olunmasına xidmət edir.

Qlobal təcrübədə internet xidmətlərinin keyfiyyəti artıq yalnız elan edilən sürətlə deyil, beynəlxalq ölçmə platformalarında təsdiqlənən real nəticələrlə qiymətləndirilir. Azərbaycanda da internet bazarı mərhələli şəkildə ölçüləbilən internet modelinə keçir. Bu model çərçivəsində xidmətin keyfiyyəti real vaxt ölçmələri əsasında qiymətləndirilir, nəticələr müqayisə olunur, performans dinamikası izlənilir və infrastrukturun optimallaşdırılması üçün texniki əsas formalaşır. Bu yanaşma həm istehlakçıların məlumatlı seçim etməsinə, həm də bazarda sağlam və keyfiyyətə əsaslanan rəqabətin güclənməsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2026 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri