İKTA: Azərbaycanda internetin sürəti zəif deyil
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Azərbaycanda internetin sürətinin zəif olması ilə bağlı səsləndirilən fikirlərlə razı deyiləm.
“APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə deyib.
O qeyd edib ki, əvvəlki dövrlərlə müqayisədə ölkədə internetin keyfiyyəti ilə bağlı kifayət qədər irəliləyişlər var:
“Son 3 ildə ölkə üzrə internet sürəti üç dəfə artıb. “Onlayn Azərbaycan" layihəsi çərçivəsində GPON texnologiyalarından istifadə 100 %-ə çatıb. GPON texnologiyası əvvəlki digər texnologiyalardan daha sürətli internet təmin etmək qabiliyyətinə malikdir. Odur ki, Azərbaycanda internetin sürətinin zəif olması fikri ilə razı deyiləm. Azərbaycanda internetin sürətinin BƏƏ, Bəhreyn və ya Koreya, Sinqapur kimi bu sahədə irəli gedən ölkələrdən aşağı olmasının tarixi səbəbləri var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 10 Mart 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















