Icma.az
close
up
RU
İktərəfli münasibətlər həm də məzmun baxımından genişlənəcək

İktərəfli münasibətlər həm də məzmun baxımından genişlənəcək

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Son əsrdə dünya dövlətləri arasında iqtisadi münasibətlər siyasi münasibətlər müstəvisində dayanıqlı səviyyədə formalaşır. Bu münasibətlər qarşılıqlı etimaddır, qarşılıqlı inamdır. İkitərəfli münasibətlər rəsmi səfərlər zamanı mahiyyət baxımından daha geniş məzmuna malik olur. Belə ki, bu səfərlər zamanı müzakirə olunan məsələlər istər təyinatı baxımından, istərsə də mahiyyəti baxımından ikitərəfli münasibətlərin daha dayanıqlılığına yönəldilir.
Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında münasibətlər də bu formatda inkişaf etdirilib, formalaşıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına səfəri də ikitərəfli münasibətlərin şəbəkəsinin genişləndirilməsində, mahiyyət baxımından dərinləşməsində vasitə oldu. Səfər zamanı dövlət başçımız verdiyi bəyanatda Serbiya xalqının bütün dövrlərdə öz dövlət suverenliyini böyük sədaqətlə qoruduğunu, möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərdiyini, Serbiyanın uğurla inkişaf etdiyini, beynəlxalq müstəvidə böyük hörmət qazandığını, iqtisadi və sosial sahədə böyük islahatlar aparıldığını xatırladaraq dedi: “Bu gün Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasında bir çox mə-sələlər müzakirə edildi. Bizim gələcək üçün də açıq-aydın planlarımız var. Həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.
Hər dövlət ikitərəfli münasibətlərin şəffaflığını, qarşılıqlı etimadın, ehtiramın yaşarlığını daimiləşdirmək üçün həm də iqtisadi baxımdan strateji köməyini əsirgəmir. Strateji kömək həm də sərmayə qoyuluşu ilə müəyyənləşdirilir. Azərbaycan da bu və ya digər dövlətin iqtisadi inkişafının dönməzləşməsi naminə köməyini əsirgəmir, ikitərəfli münasibətlər əsasında sərmayə qoyuluşu təklif edir, təklifini gerçəkləşdirir. Belə dövlətlər sırasında Serbiya da var. Serbiyaya səfəri zamanı verdiyi bəyanatda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu tezis ba¬xımından dedi: “Prezident Vuçiç artıq birgə inşa ediləcək elektrik stansiyasının gələcəyinə toxundu. Prezident qeyd etdiyi kimi, biz qərara gəldik ki, bu məsələni nəzarət altında saxlayacağıq. Bu elektrik stansiyasının yaradılması prosesi məhz Serbiyada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. Çünki əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir. Xüsusilə təbii resursları olmayan ölkələr bir çox hallarda asılı vəziyyətə düşürlər. Ona görə daxili enerji, istehsalat gücünün mövcudluğu hər bir ölkənin enerji təhlükəsizliyini təmin edir və bu layihənin həyata keçirilməsində mən Prezident Vuçiçin xüsusi rolunu qeyd etmək istərdim”.
Energetika sahəsində əlaqələrimizin çoxşaxəli formatda inkişaf etdiyini xatırladan, Azərbay-canın Serbiya bazarı üçün, həm də gələcəkdə ixrac üçün imkanlar yaradacağını, Azərbaycanın bir çox bərpa olunan enerji stansiyalarının tikintisi ilə də məşğul olduğunu, bu sahə üzrə Serbiya ilə də əməkdaşlığa hazır olduğunu nəzərə çatdıran dövlət başçımız çıxışında qeyd etdi ki, “Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm. Buna görə bir daha serbiyalı dostlarımızı ürəkdən təbrik etmək istəyirəm və Prezident Vuçiçin şüarına da qoşuluram. Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiya Respublikasına səfəri iktərəfli münasibətlərin həm də məzmun baxımından genişlənəcəyinin zəmanəti kimi tarixləşdi...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Fevral 2026 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri