Icma.az
close
up
RU
İlahiyyatçı: Evdə it saxlamaq adətindən xilas olmaq lazımdır

İlahiyyatçı: Evdə it saxlamaq adətindən xilas olmaq lazımdır

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Murdarçılıqdır, xəstəlikdir


Artıq Qərbdə də bu ənənə tənqid edilməyə başlayıb


Bakıda itlər öz sahibini parçalayaraq öldürüb. Hadisə srağagün Xətai rayonu NZS qəsəbəsində qeydə alınıb. Orada yaşayan 70 yaşlı Ə.Y-yə saxladığı Alabay cinsli itlər hücum edib. Səs-küyə qonşular gəlsələr də, itlərin qarşısında aciz qalıblar. Nəticədə itlər sahibini parçalayaraq öldürüb. Hadisə yerinə polis əməkdaşları çağırılıb. Polisin müdaxiləsindən sonra itlər zərərsizləşdirilib. Qonşuların bildirdiyinə görə, Ə.Y biri erkək, biri dişi olmaqla, 2 nəhəng it saxlayıb.  

Beləliklə, “itlə dostluq elə, çomağını yerə qoyma” məsəli bir daha özünü təsdiqləmiş oldu. Dəfələrlə itlər tərəfindən hücuma məruz qalma halları baş versə də, evlərində ən təhlükəli it cinslərini saxlayanlar da az deyil.

Heyvanların Müdafiə Cəmiyyətinin sədri Azər Qarayev  deyir ki, 40 növ it cinsi var ki, onları əhliləşdirmək çətindir. Ən təhlükəli it cinsləri bütün iri şəhərlərdə, meqapolislərdə qadağan olunub. “Nazirlər Kabineti tərəfindən 2011-ci ildə müəyyən qaydalar təsdiq olunub. Yeni qaydalar əsasında evlərdə saxlanılan heyvanların sayı və onların saxlanılma qaydaları tənzimlənmişdi. Təəssüflər ki, həmin qaydalara bütün ölkələrdə müəyyən edilən siyahı əlavə olunmayıb. Məsələn, hansı cins itləri ağızlıqsız saxlamaq olmaz, hansı it cinslərini axtalanmamış satmaq olmaz? Təəssüflər ki, Azərbaycanda qaydalar qüvvəyə minəndən sonra bunu fikirləşiblər. Ona görə də bu siyahı hələ ki, tərtib olunmayıb”. 

Ekspert hesab edir ki, son illər paytaxtda döyüşkən it cinslərinin sayı artır. Halbuki həmin itlər satılarkən axtalanaraq satışa çıxarılmalıdır. Döyüşkən it cinslərinin gəlir mənbəyi kimi istifadə olunması onların sayının artmasına səbəb olub. Azər Qarayevin sözlərinə görə, “brazilyero” ən təhlükəli it cinsi hesab olunur. “Mastiff”, “blədhaund” və “ingilis mastifi” cinslərinin çarpazlaşdırılması nəticəsində alınmış bu cins sahibindən başqa hər kəsi potensial düşmən sayır və aqressiv olur. Onun sözlərinə görə, hətta aqressiv olanda sahibinə də xətər yetirə bilir. Vaxtilə buldoq iri vəhşi heyvana ov zamanı istifadə olunurdusa da, indi mühafizə və silahlı şəxslə mübarizə üçün yararlı sayılır. Odur ki, bu cinsin də evdə saxlanılması həyat üçün təhlükəlidir. Mütəxəssisin sözlərinə görə, “japanese tosa”, “doq”, “staffordşir teryeri”, “bulteryer”, “tosa-inu”, “kanne korso”, “ka-de-bo” və “pitbulteryer” cinslərini də ev heyvanı kimi əhliləşdirmək çətindir. Bu it cinsləri də istənilən an sahibinin sağlamlığına zərər vura bilər.

Mütəxəssis həmin cinslərin Qərb ölkələrində soyuq silah sayıldığını deyib. Odur ki, evdə heyvan saxlayanlar, elə edin ki, son da nə it getsin, nə də ip.



İlahiyyatçı Tural İrfan isə “Sherg.az"a açıqlamasında deyib ki, islam dinində iki heyvan: donuz və it murdar hesab edilir: 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Dekabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri