Icma.az
close
up
RU
İlahiyyatçı: Qızların evlənmə yaşının 9 a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir

İlahiyyatçı: Qızların evlənmə yaşının 9 a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İraqda səlahiyyətlilər qadınlar üçün nikah yaş həddini 18-dən 9 yaşa endirmək istəyirlər.

Bu barədə "The Telegraph" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, mühafizəkar şiə müsəlman partiyalarının koalisiyasının üstünlük təşkil etdiyi İraq parlamenti ölkənin "şəxsi status qanunu"nu ləğv edəcək düzəlişi səsverməyə hazırlayır. O, dini mənsubiyyətindən asılı olmayaraq, iraqlı ailələrin işlərini tənzimləyən hərtərəfli qaydalar toplusunu təşkil edir.

Qadınlar nikah yaşını aşağı salmaqla yanaşı, boşanma, uşaq qəyyumluğu və vərəsəlik hüquqlarından da məhrum ediləcəklər.

Səlahiyyətlilərə görə, qanun qızları "əxlaqsız münasibətlərdən" qoruyacaq. Onlar, həmçinin hesab edirlər ki, yenilik İslam şəriətinin şərhinə tam uyğundur.

Artıq üçüncü dəfədir ki, ölkədə norma tətbiq etməyə çalışılır. İlk cəhdlər 2014 və 2017-ci illərdə edilib, lakin qadınların mənfi reaksiyaları səbəbindən uğursuz olub.

BMT-nin məlumatına görə, ölkədə qanunsuz uşaq nikahlarının sayı çoxdur. Belə ki, qızların 28%-dən çoxu yetkinlik yaşına çatmamış ailə qurur.    


İlahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, şəriətdə qızların 9 yaşda nikah yaşına çatması deyə, mütləq və standart qayda yoxdur: 


"Bu, əski zamanda, o dövrün ənənəsinə, şəriət dili ilə desək, o zamanın ürfünə uyğun belə olub. Lakin bu, indiki dövr üçün xarakterik deyil. Səddam Hüseyn zamanında da nə belə bir qayda, nə də pozğunluq  yox idi. İraqı viran edəndə dedilər ki, demokratiya gətiririk. Səddam Hüseyni isə orta əsr ənənəsi ilə kəndirlə dar ağacından asdılar. İndi də qızların evlənmə yaşını 9 - a salırlar. Belə qəbul etmək olar ki, ABŞ İraqı işğal edərək İrana təhvil verdi. Çünki bu yaxında İranda da buna oxşar qanun qəbul etdilər. Onda belə çıxır ki, ABŞ İraqı irəli yox, geri aparır. Bəs işğalın, hakimiyyəti dəyişməyin mənası nə oldu? Eynən Taliban kimi rejim yaranmağa doğru gedir.

Doğrudur, ərəb ölkələrinin iqlimi isti olduğu üçün həddi- buluğa çatma yaşı digər soyuq ölkələrdən fərqlidir. Lakin bu qədər də deyil. Bu, zinakarlığın qarşısını almaq üçün yox, əksinə, istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir. Bir də İrandakı kimi teokratik rejimə aparan yoldur.

İslam müasirliyi tərənnüm edir. Onlar isə İslam adı ilə öz nəfsi maraqlarını həyata keçirirlər. Ruhani təbəqəsi İraqda din pərdəsi altında geriçi, dünyadan təcrid olunmuş bir rejim qurmaq istəyir.

İslam dinində qanunlar, şəriət qaydaları dövrə, şəraitə, tələblərə, dünyaya baxışa görə, təsbit olunur. Doğrudur, Qərb də  evlənmə yaşını artırmaq istəyir ki, müsəlman qadınları istismar edə bilsin. Ona görə müsəlman ölkələrində insan haqları, qadın hüquqları pərdəsi altında işlər aparırlar. Mahiyyət etibarı ilə isə burada qaranlıq məqsədlər yatır. Ancaq ruhanilər də onlardan fərqli istismar yolu seçiblər.

Qadınların evlənmə yaşı həm ağıl, həm də həyat təcrübəsi baxımından tam yetişmiş olmalı, təhsil almalı, öz iradəsini tam təzahür etdirə bilmə həddində olmalıdır. Bunun da ən kamil yaş dövrü 17-18 yaşdır. Yəni, İslamın da əslində tövsiyyə etdiyi yaş dövrü bu cürdür".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Noyabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see311

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see215

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see204

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see198

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see191

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see190

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see169

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see153

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see142

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see140

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see125

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see122

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri