Partizanlar Kupyanskda mühasirədə qalan Rusiya hərbçilərinin durumundan danışdı... “ATEŞ“
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Rusiya Silahlı Qüvvələrinin 121-ci və 122-ci motoatıcı alaylarının əsgərləri Xarkov vilayətinin Kupyansk şəhərinin mərkəzində tamamilə mühasirəyə alınıblar. Onlar yaşayış binalarının zirzəmilərində barrikada qurublar.
Moderator.az bu haqda "Fokus" nəşrinə istinadla xəbər verir.
Ukrayna partizan hərəkatı "Ateş" Rusiya ordusundakı agentlərinə istinadl bildirib ki, Kupyanskın özü, demək olar ki, tamamilə rus işğalçılarından azad edilib.
Məlumatda deyilir:
"121-ci və 122-ci motoatıcı alaylarının 30-dan çox hərbçisi Kupyansk şəhər mərkəzi xəstəxanasında tamamilə mühasirəyə alınıb. Həmçinin, daha bir neçə rus hərbçisinin xəstəxananın yaxınlığındakı yaşayış binalarının zirzəmilərində özlərinə barrikada qurduqları və qaça bilmədikləri barədə məlumatlar var".
Ukrayna partizanları kütləvi mühasirənin ruslar üçün sürpriz olduğunu aydınlaşdırıblar.
"Ateş" qeyd edib ki, onlar Rusiya diviziyasınım qərargahındakı mövqelərindən Rusiya komandanlığının planları haqqında məlumat sızdırmaq və Rusiya ordusunun ali rəhbərliyinin əmrlərini pozmaq üçün istifadə edirlər.
"Ateş" vurğulayıb ki, "Şəhərin kənarında döyüşlər davam edir."
Xatırladaq ki, işğalçı diktator Putinin Kupyanskın ələ keçirilməsini bəyan etməsinə rəğmən Ukrayna lideri Vladimir Zelenski 12 dekabrda azad edilmiş Kupyanska gəldi və oradan video-bəyanat yaydı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 16 Dekabr 2025 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















