Icma.az
close
up
RU
İlan vuran ala çatıdan qorxar İnfeksionist sancmalardan danşdı

İlan vuran ala çatıdan qorxar İnfeksionist sancmalardan danşdı

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Ağsuda ilan sancması qeydə alınıb.

Hadisə rayonun Curuxlu kəndində baş verib. 

Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Eyyubov Emin Heybet oğlunu ilan sancıb. 

Təcili olaraq Rayon Mərkəzi Xəstəxanasına çatdırılan kənd sakininin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Həmçinin ötən gün axşam saatlarında rayonun Aşağı Göynük kənd sakini 54 yaşlı Cəlil Səməd oğlu Zamanov yaşadığı evin həyətyanı sahəsində işləyərkən qəfildən onu sağ əlindən ilan sancıb. 

C. Zamanov yaxınlarının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə aparılıb və lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub. Onun vəziyyəti ağır qiymətləndirilir, müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.


İnfeksionist Aytən Ziyadova "Sherg.az"a açıqlamasında bildirib ki, hər iki hadisə bir daha göstərir ki, ilan sancmaları ölkəmiz üçün aktual təbii təhlükələrdən biridir və zamanında düzgün tibbi müdaxilə həyati əhəmiyyət daşıyır:


“İlan zəhəri tərkibinə görə çoxkomponentlidir və yalnız sinir və damar sisteminə deyil, eyni zamanda toxuma strukturlarına da ciddi zədələyici təsir göstərir. Zəhər yerli olaraq şiş, ağrı, qızartı və nekroza səbəb olur, bu isə yaranın bakterial infeksiyalara daha açıq hala gəlməsinə şərait yaradır. İmmunitet sisteminin reaksiyası isə fərqli yaş qruplarına görə dəyişir. Yeniyetmələrdə bədən daha güclü reaksiya verə bilər, lakin bu, bəzən ağırlaşmaları da sürətləndirə bilər. Yaşlı şəxslərdə isə, xüsusilə xroniki xəstəlikləri olanlarda şəkərli diabet, hipertenziya və ya zəifləmiş immun sistem fonunda infeksiya riski daha yüksək və davamlıdır. İlan sancmasından sonra yaranın dərhal təmizlənməsi, axar su ilə yuyulması, dezinfeksiya edilməsi və steril şəkildə örtülməsi əsas addımlardır. Yaranın kəsilməsi, zəhərin sorulması və ya xalq təbabəti ilə müdaxilə qətiyyən yolverilməzdir. Xəstə dərhal tibb müəssisəsinə çatdırılmalı, ehtiyac olarsa, antizan serum təyin edilməlidir. Həm yeniyetmələrdə, həm də yaşlılarda infeksiyanın qarşısını almaq üçün yara gündəlik izlənilməli, şişkinlik, irin, qızartı və sistemik əlamətlər hərarət, ürəkbulanma kimi hallar müşahidə olunarsa, əlavə antibiotik müdaxiləsi nəzərdən keçirilməlidir. Yekun olaraq, ilan sancmalarında əsas məqsəd təkcə zəhərin təsirini minimuma endirmək deyil, həm də yaranın infeksiyalaşmasının qarşısını almaqdır. Erkən və düzgün müdaxilə həm həyatı xilas edir, həm də uzunmüddətli fəsadların qarşısını alır. Antivenom immunoglobulin-Polyvalent antivenom – bir neçə növ ilan zəhərinə qarşı təsirlidir. Monovalent antivenom – yalnız bir növ ilan zəhərinə qarşı hazırlanır. Azərbaycanda istifadə olunan zərdablar əsasən polyvalent antizanlar olur və onlar zəhərli gürzə (Vipera lebetina), gürcü gürzəsi (Vipera kaznakovi) kimi yerli ilanlara qarşı tətbiq edilir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyul 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri