Icma.az
close
up
RU
İldə 12 manat... Partiyalar üzvlük haqqı toplaya BİLMİR

İldə 12 manat... Partiyalar üzvlük haqqı toplaya BİLMİR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda bir çox siyasi partiyaların maliyyə mənbələrindən biri kimi nəzərdə tutulan üzvlük haqları faktiki olaraq simvolik xarakter daşıyır. Dövlət büdcəsindən ayrılan vəsaitlər və digər gəlir mənbələri ilə müqayisədə üzvlük haqları ya çox cüzidir, ya da demək olar ki, ümumiyyətlə toplanmır.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkənin ən böyük siyasi təşkilatıdır və 700 mindən çox üzvü olduğunu bildirir. 2024-cü ildə partiya 31.4 milyon manat üzvlük haqqı toplayıb.

Digər partiyaların isə vəziyyəti tamam fərqlidir. YAP-dan başqa 25 siyasi partiyadan sadəcə aşağıdakılar üzvlük haqqı toplaya bilib:

Haqq Ədalət Partiyası: 1045 manat

Böyük Quruluş Partiyası: 260 manat

Demokratik Maarifçilik Partiyası: 140 manat

Müsavat: 14 min manat

Milli İstiqlal Partiyası: 2300 manat

ReAL Partiyası: cəmi 12 manat.

Siyasi partiyaların üzvlük haqları vasitəsilə maliyyələşməsi bir çox ölkədə əsas gəlir mənbələrindən biridir. Bu, həm partiyanın müstəqilliyini təmin edir, həm də vətəndaşların siyasi sistemdə iştirakını artırır. Almaniyada partiyalar üzvlük haqları və ianələrdən böyük gəlir əldə edirlər. Məsələn, Sosial Demokrat Partiyası (SPD) və Xristian Demokrat İttifaqı (CDU) ildə milyonlarla avro üzvlük haqqı toplayır. Üzvlük haqqının məbləği gəlir səviyyəsinə görə dəyişə bilər. İsveçdə üzvlük haqları siyasi partiyaların ümumi gəlirinin 25-30 faizini təşkil edir. Bu sistem vətəndaşların siyasi iştirakını təşviq edir.

Azərbaycan qanunvericiliyinə görə, üzvlük haqqının ödənilməsi partiya üzvünün vəzifəsidir. Üzvün siyasi partiyaya il ərzində ödədiyi üzvlük haqlarının yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməz. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir. Siyasi partiya üzvlərinin bəzi kateqoriyasına (pensiyaçılar və digər sosial müdafiəyə ehtiyacı olanlara, tələbələr və s.) münasibətdə üzvlük haqlarının ödənilməsində imtiyaz və ya güzəşt müəyyən edə bilər.

Ancaq üzvlük haqqı ilə bağlı yuxarıdakı rəqəmlər partiyalarda bu məsələnin heç də ürəkaçan olmadığını göstərir.

Modern.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı bldirib ki, "Siyasi partiyalar haqqında" yeni qanunda partiyaların maliyyələşməsi, üzvlük haqqı, yaxud da ianələrin verilməsi prosesi çox ağırlaşdırılıb:

“Büdcədən maliyyələşdirilən partiyaların belə kifayət qədər vəsaitlə təmin edilmədiyini görürük. Parlamentdə təmsil olunan partiyalar az da olsa, maliyyələşirlər. Amma parlamentdə təmsil olunmayan və seçkidə iştirak edib səs toplayan partiyaların şərtləri çox ağırdır. Araşdırsanız, görərsiniz ki, bu şərtlərə 15 partiyadan ikisi ancaq cavab verə bilib. Demək olar ki, 15 partiyadan 13-ü yenə büdcədən maliyyə ala bilməyəcək. Çünki üzvlük haqqı və ianələrin toplanması prosedurlarında müəyyən boşluqlar var. Bu boşluqlar imkan vermir ki, parlamentdə olmayan partiyalar büdcədən maliyyələşsin".

Partiya sədri bildirib ki, dövlət partiyaların üzvlük haqlarının və ianələrin ümidinə buraxmamağa çalışmalıdır:

"İndi kimsə üzvlük haqqı verirsə, banka getməli, şəxsiyyət vəsiqəsini təqdim etməli, pul yatırmalıdır. İanə ödəyən də şəxsiyyət vəsiqəsi ilə banka getməli, bank hesabına pul qoymalıdır. Biz də 10 gün ərzində  bu barədə Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat verməliyik ki, bizə ianə gəlib. MSK bizə icazə verməlidi ki, o puldan istifadə edək. Bu da çevikliyin qarşısını alır. Eyni zamanda Azərbaycandakı siyasi reallıq hamıya bəllidir. Neçə nəfər adını, soyadını,şəxsiyət vəsiqəsinin məlumatlarını verərək müxalifət partiyasına üzvlük haqqı ödəyə bilər? İnsanlar qorxur, çəkinir. Ona görə də xüsusilə parlamentdə təmsil olunmayan müxalifət partiyalarının maddi vəziyyəti çox ağırdır, yəni acınacaqlıdır. Bəzi fədakar insanların və ya dostların hesabına partiyalar ayaqda qalıb. Yəni bu formada çoxpartiyalı sistem inkişaf etməz".

T.Abbaslı tək üzvlük haqlarının yox, ianələrin verilməsi  qaydalarının da sadələşdirilməsinin tərəfdarı olduqlarını söyləyib:

“Eyni zamanda dövlət tərəfindən büdcədən ayırlan vəsaitin hesablanma mexanizmi olmalıdır. Yenə deyirəm, parlamentdə təmsil olunmayan siyasi partiyalara dövlət yardımı çox ağır şərtlərdə verilir. Ümumiyyətlə, "Siyasi partiyalar haqqında" qanuna praktik dəyişikliklər lazımdır. Qanun nəzəriyyə baxımından maraqlı ola bilər, amma praktiki olaraq müddəaların həyata keçirilməsi çox qəlizdir. Partiyalar çox ağır şəraitdə ayaqda durur. Siyasi partiyadakı fədakar insanlar olmasa, Azərbaycanda partiya qalmaz. Bu şərtlər altında Azərbaycanda siyasi partiyaların fəaliyyət göstərməsi çox ağırdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Aprel 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri