Icma.az
close
up
RU
İlham Əhmədov: “Təhsil sistemində adlar yox, yanaşmalar dəyişməlidir”

İlham Əhmədov: “Təhsil sistemində adlar yox, yanaşmalar dəyişməlidir”

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Təhsil sistemində adlar yox, yanaşmalar dəyişməlidir”.

Bunu Gununsesi.info -ya açıqlamasında təhsil eksperti, dosent İlham Əhmədov son günlər universitetlərin adlarının dəyişdirilməsi ilə bağlı qərarları şərh edərkən bildirib:

“Bu da, deyəsən, islahatların yeni mərhələsidir. Keçmişdə tez-tez xəstələnən uşağın adını mollanın tövsiyəsi ilə dəyişirdilər ki, guya daha xəstələnməsin. Uşağı həkimə aparmaq əvəzinə, adını dəyişirdilər ki, Əzrayıl gəlib metrikanı yoxlayanda onu tanımasın. İndi də həmin düşüncəyə qayıtdığımızı hiss edirəm”.

İlham Əhmədov xatırladıb ki, 25 il əvvəl də oxşar proses baş verib:

“Bir gündə 40 institutun adı dəyişdirilib, hamısı “universitet” adlandırıldı. Guya bu, Boloniya prosesinə inteqrasiya üçündü. Amma o vaxt yalnız institutların lövhələri dəyişdi, real heç nə dəyişmədi. Universitet səviyyəsinə qalxmaq üçün nə proqram, nə kadr hazırlığı, nə də infrastruktur baxımından ciddi addım atılmadı”.

Onun fikrincə, bu gün də eyni yanaşma davam edir:

“İndi də universitetlərin əvvəlki adlarını qaytarırlar, bəlkə uğurlu olsun. Amma dəyişiklik yalnız addadır. Reallıq isə budur: vaxtilə 60 faiz bal yığan bir abituriyent bu günün 700 bal toplayan tələbəsindən daha bilikli idi. Hazırda AZİ-yə 30-50 faiz bal toplayan tələbələr daxil olur. Bəs biz bu keyfiyyətlə nəyi dəyişəcəyik?

Universiteti onun adı yox, fəaliyyəti, elmi uğurları və cəmiyyətə verdiyi töhfələr brendə çevirir.

Əvvəl iş olmalıdır, sonra ad yaranmalıdır. Əvvəllər olduğu kimi, şagirdlər AZİ-yə məktəbdən gəlsinlər, repetitorxanalardan yox. Təhsildəki dürüstlük və keyfiyyət bərpa olunarsa, brend adlar da özü-özünə formalaşacaq. Ad dəyişməklə Azad Mirzəcanzadələr yetişməz, xarici tələbələr də yenidən axın etməz”.

Təhsil Nazirliyinin adının dəyişərək Elm və Təhsil Nazirliyi olmasını da şərh edən ekspert bunu formal dəyişik adlandırır:

“Ad dəyişdi, mahiyyət yox. Sabah soyadı Mehdizadə olan birini nazir təyin etsək, bu o demək deyil ki, o, akademik M. Mehdizadənin yerini tutacaq. Təhsilimiz düzələcəkmi? Xeyr. Çünki təhsil təkcə idarəetmə deyil, həm də fəlsəfədir, sistemdir, yanaşmadır.”

İlham Əhmədov hesab edir ki, hazırda təhsil sistemi kökündən dəyişdirilməlidir:

“AZİ dövründə təhsil sistemi düzgün qurulmuşdu. İndi isə sistem tərsinə işləyir. Bizi o təhsilə yalnız ad dəyişmək yox, doğru düşüncə, dürüst yanaşma və savadlı kadrlar qaytara bilər. Bu isə akademik Mehdizadə kimi nazirlərdən və akademik İbrahimov kimi rektorlardan keçir”.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:523
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 İyul 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri