Icma.az
close
up
RU
“Distant təhsil və müasir kampuslar vacib prioritetdir” İlham Əhmədov

“Distant təhsil və müasir kampuslar vacib prioritetdir” İlham Əhmədov

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Universitetlərin regionlara köçürülməsi bu gün müzakirə olunan əsas məsələlərdən biridir.Əgər biz universitetləri regionlara köçürsək və orada kampuslar tiksək, yataqxana problemini birdəfəlik həll etmək mümkündür”.

Bunu Gununsesi.info-ya açıqlamasında dosent İlham Əhmədov deyib:

“Lakin bunun nəticəsində son 20-25 il ərzində universitetlərin qoyduğu investisiyalar praktiki olaraq itiriləcək. Çünki bu investisiyalar son 20-25 ildə təhsilin keyfiyyətinə xidmət edən layihələrə yönəlməyib.

Yəni normal dərsliklər yazılmayıb, fən proqramları və tədris planları modernləşdirilməyib, əlavə metodik materiallar, elektron resurslar və innovasiyalar yaradılmayıb, elmi tədqiqatlar aparılmayıb, müəllimlərin inkişafı təmin edilməyib. Universitetlərin mövcud maliyyə imkanları əsasən binaların təmiri, divarların rənglənməsi və digər tikinti işlərinə xərclənib.

Əgər hər universitetin son 20 ildə ortalama 5 milyon manatlıq investisiyasını götürsək, hər bir universitet təxminən 100 milyon manatlıq investisiya qoyub. Bütün bu təmir-tikinti işləri və binalar regionlara köçməklə səmərəsiz olacaq. Universitetlərin regionlarda fəaliyyətini sıfırdan başlamaq lazım gələcək. Bununla yanaşı, yeni kampuslarla birlikdə müasir tədris proqramları, fən proqramları və tədris planları hazırlanmalıdır. Yəni ali təhsildə kifayət qədər ciddi problemlər mövcuddur”.

İlham Əhmədov vurğulayıb ki, Bakıda fəaliyyət davam etdikdə və regiona köçməzdən əvvəl, kampusların tikintisinə nəzərdə tutulan vəsaitin ən azı 30%-i universitetlərin müasir səviyyəyə çatdırılması üçün investisiya edilməlidir:

“Bu gün əmək bazarında vəziyyət göstərir ki, diplomlar artıq əvvəlki qədər əhəmiyyət daşımır. Buna görə də universitetlərimizi bərpa edib yüksək keyfiyyətlə təhsil verə biləcək səviyyəyə çatdırmalıyıq. Belə universitetlər həm Bakıda, həm Bakı ətrafında, həm də regionlardan asılı olmayaraq fəaliyyət göstərə biləcəklər.

İkinci mühüm məsələ isə universitetlərdə distant təhsilin yaradılmasıdır. Bu gün dünyada əksər ölkələrdə distant təhsil mövcuddur, lakin bizim ölkəmiz bu sahədə geridədir. Universitetlərimiz yeni dərs ili ərəfəsində bu imkanları yaratmalı, tələbələrimiz isə daha müasir təhsil şəraitində öyrənməlidir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Sentyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri