Icma.az
close
up
RU
“Təhsil müddətinin artırılması təhsilin keyfiyyətini yox, məmurların maraqlarını artırır” İlham Əhmədov

“Təhsil müddətinin artırılması təhsilin keyfiyyətini yox, məmurların maraqlarını artırır” İlham Əhmədov

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda ümumi təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə məktəb illərinin sayının artırılması mütəmadi olaraq gündəmə gəlir.

Zamanla 10 illik təhsil sistemi 11 ilə keçirildi, hazırda isə 12 illik model müzakirə olunur.

Bəs bu dəyişikliklər təhsilin keyfiyyətinə real təsir göstərirmi, yoxsa daha dərin sistem problemlərinin üstünü örtmək üçünmü nəzərdə tutulur?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan dosent İlham Əhmədov belə şərh edib:

“Bu, yeni məsələ deyil. Bir neçə il əvvəl də bənzər bir situasiya yaşanmışdı. O zaman təhsil məmurları bildirmişdilər ki, 10 illik məktəb təhsil müddəti azdır. Dedilər ki, əgər biz təhsili 11 illik etsək, uşaqların repetitor yanına getməsinə ehtiyac qalmaz. Amma nəticədə nə baş verdi?

Əvvəllər uşaqlar 10-cu və 11-ci siniflərdə repetitor yanına gedirdilərsə, indi bu proses 9-cu sinifdən başlayır. Yəni, əvvəllər 2 sinif üzrə repetitor problemi var idisə, indi bu, 3 sinifi əhatə edir – 9, 10 və 11.

Bəs bu dəyişikliyin məmurlara nə xeyri oldu?

10 illik təhsilin 11 ilə uzadılması məktəblərdə dərs saatlarının təxminən 10 faiz artmasına gətirib çıxardı. Bu isə müəllim ştatlarının da 10 faiz artırılması deməkdir. Əgər məktəblərdə əvvəllər 150 min müəllim çalışırdısa, indi əlavə olaraq 15 min müəllim ştatı açıldı. Məmurlar əsasən bu hesabı aparırdılar”.

İlham Əhmədovun fikrincə, əvvəllər valideynlər uşaqlarına məktəbdən 2 il repetitor üçün “əlavə dəstək” ala bilirdilərsə, indi bu müddət 3 ilə yüksəlib:

“Yəni, uşaq artıq 3 il repetitor yanına gedəcək. Beləcə, bütün bu sistem məmurların maraqlarına xidmət edir və bu cür təkliflər də əksər hallarda onların yaxın ekspertlərinin dili ilə ictimaiyyətə təqdim olunur.

Formal olaraq deyilir ki, bu təkliflər nazirlik və ya məmurlar tərəfindən yox, guya ictimai ekspertlər tərəfindən irəli sürülür. Halbuki, əsas məqsəd yenə də təhsildəki strukturların genişləndirilməsi və ştatların artırılmasıdır. Məsələn, sabah 12 illik təhsil tətbiq olunsa, yenidən 10 faiz müəllim ştatı artacaq. Bu isə yenə də əlavə vəsait, əlavə yerlər, əlavə idarəetmə resursları deməkdir.

Amma əsas məsələ dəyişmir. Sistemli problemlər olduğu kimi qalır. Uşaqlar yenə də repetitor yanına gedəcəklər – bu dəfə artıq 4 sinif üzrə: 9, 10, 11 və 12.

Hətta təhsil müddəti 15 ilə qədər uzadılsa belə, heç nə dəyişməyəcək. Çünki müəllim dəyişmir, idarəetmə dəyişmir. Eyni səriştəsiz idarəçilər, eyni yanaşma qalır.

Bu gün “sertifikasiya” adı altında zəif müəllimlər sistemdən çıxarılır, amma onların yerinə başqa zəif müəllimlər işə qəbul olunur. Və deyəndə ki, bu zəif müəllimləri yetişdirən ali məktəblərdə islahat aparın, susurlar. Halbuki məsələ kökündə pedaqoji təhsilin keyfiyyəti dayanır. Gərək elə sistem qurulsun ki, pedaqoji universitetləri bitirən gənc müəllimlər artıq mükəmməl biliklə, hazır şəkildə məktəbə gəlsinlər.

Ancaq bu düşünülmür. Əksinə, savadsız gəlsin, iş tapa bilməsin, sertifikasiyadan keçməsin, işdən çıxarılsın – və məmurlar bu prosesi “iş görüntüsü” kimi təqdim etsinlər. Beləliklə də həmin müəllimlər məmurların güzəştinə möhtac olsunlar və müəyyən yollarla onlardan asılı vəziyyətə düşsünlər. Halbuki rəsmi çıxışlarda deyirlər ki, təhsildə güzəştə getmək vətənə xəyanətdir. Amma özləri güzəştlər və şəxsi maraqlar üzərində sistem qururlar.

Onların formalaşdırdığı komanda da bu prinsipə əsaslanır – səriştəsiz adamlar, şəxsi münasibətlər, təcrübəsiz idarəçilər.

Deməli, məsələ məktəb illərinin sayında deyil. Əsas məsələ – keyfiyyətdədir.

Məsələn, bir əsr öncə Qori Seminariyası, Qazax Müəllimlər Seminariyası vardı. Onlar cəmi 2, 3, 4 illik təhsil verirdilər. Amma oradan məzun olanlar bu günün 11 və hətta ali təhsil məzunlarından daha savadlı idilər. Çünki o dövrdə müəllim güclü idi, təhsilə bağlılıq vardı. Uşaq oxumaq istəyirdi, müəllim öyrətmək istəyirdi, ailə də övladının təhsilinə maraq göstərirdi. Bu gün isə nə o müəllim qalıb, nə o idarəetmə, nə də o cəmiyyət münasibəti”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Avqust 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see148

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri